Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı başlayır

 

Aprelin 2-dən 8-ə kimi Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, festival çərçivəsində elmi konfrans, həmçinin dünyanın tanınmış musiqiçilərinin konsertləri təşkil olunacaq.

Festivalın açılışı aprelin 2-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Festival aprelin 8-də Filarmoniyada keçiriləcək son konsert proqramı ilə yekunlaşacaq.

 

 

Ədalət.- 2011.- 31 mart.- S. 8.