Laçın rayonunun işğalından
19 il keçir
Təbii sərvətlərlə
zəngin olan Laçın
rayonunda Turşsu,
Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin,
Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli
bulaqlar mövcuddur.
Rayonda
ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı,
Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton
olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı,
ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən
üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş
əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan və
mişar daşı istehsalına yararlı 2 tuf
(Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və
kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil,
ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları
15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl
qarışığı, ehtiyatları 10 ton əqiq və
0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi
ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar
ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su
yataqları vardır.
1961-ci
ildə rayon ərazisində nadir təbiət komplekslərini
qorumaq üçün yaradılan Laçın Dövlət
Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə
yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə
240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və
27 fəsilədən ibarət bitki örtüyü
vardır.
Laçın
Dövlət Təbiət Yasaqlığının ərazisində
cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik,
qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb.
Yasaqlığın ərazisindəki Hacışamlı
meşəsində dünyada ən qiymətli növ olan
qırmızı palıd (qızıl palıd) vardır. Bu
ağac Azərbaycanda yalnız həmin yasaqlıqda
yayılmışdır.
Laçın
rayonu üzrə 33285 hektar meşə fondu torpaqları
vardır ki, bunun da meşə ilə örtülü sahəsi
26647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd,
vələs, göyrüş, ağcaqayın, qarağac,
akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları
üstünlük təşkil edirdi.
Rayonda
Həkəri çayının sağ sahilində və Zabux
kəndində 400 yaşlı 2 ədəd Şərq
çinarı, dövlət meşə fondu torpaqlarında
1092 hektar sahəni əhatə edən ardıc, şabalıd
və qaraçöhrə ağacları mühafizə
edilirdi.
İNTİQAM
Ədalət.- 2011.- 18 may.- S. 4.