Bərdə necə
gözəl, necə qəşəngdir...
2009-2010-cu
illər ölkəmizin inkişafı üçün
çox əhəmiyyətli olmuşdur. Təbii ki, bu ölkədə
aparılan düzgün islahatların və iqtisadi siyasətin
məntiqi nəticəsidir. Məhz bunun nəticəsində əksər
dünya ölkələrinin əziyyət çəkdiyi
"iqtisadi böhran"dan Azərbaycan üzüağ
çıxdı. Qeyd olunan dövrdə ölkə
iqtisadiyyatı inkişaf edərək 15,5 milyard dollar vəsaiti
inkişafa sərf etmişdir. 2010-artmış,infliyasiya isə cəmi
5,7 faiz olmuşdur. Ən əsası son 7 ildə ölkədə
yoxsulluq səviyyəsi 4-5 dəfə aşağı
düşərək 9,5 faiz təşkil etmişdir.
Bütün bu və ya digər uğurların əldə
edilməsində Azərbaycan Respublikası regoinlarının
sosial iqtisadi inkişafına dair dövlət
proqramının əhəmiyyətini xüsusilə qeyd etmək
lazımdır. Dövlət proqramının həm birinci
(2004-2008-ci illər) həm də ikinci (2009-2013-ci illər) mərhələsi
regionların sosial-iqtisadi inkişaf tempini sürətləndirmiş,
onların inkişaf tarixinə böyük töhfələr
vermişdir. Bu inkişaf xəttindən kənarda qalmayan əzəmətli
Bərdə rayonu da tikinti -quruculuq və abadlıq işlərinə
10 milyonlarla manatlıq vəsait sərf etmişdir. Rayonun
iqtisadiyyatının inkişafına 2009-cu illə müqayisədə
2010-cu ildə 23,8 faiz çox investisiya yönəldilmişdir.
İstər rayonun mərkəzində istərsə kəndlərində
yüksəliş hiss olunmaqdadır. Artıq
dördüncü ayını yaşadığımız
2011-ci ildə də bu istiqamətdə işlər davam
etdirilərək proqramın sonunda rayonun digər sosial-iqtisadi
problemlərinin həllinin tamamlanması gözlənilir.
Yaxın
şərqin ən qədim yaşayış mərkəzi
olan Bərdə rayonunda 2009-2010-cu illər ərzində
rayonda 1389 yeni iş yeri yaradılıb.. Lakin açılan
iş yerlərinin əhalinin sayına nisbətdə az və
daimi olmaması əhalini narahat edən birnömrəli
problemdir. Keçən il əhalinin sosial Müdafiə Mərkəzi
tərəfindən rayon əhalisinin 4331 nəfərinə
müavinət,1550 ailəyə isə sosial yardım
verlilmişdir. Son vaxtlar dövlət başçısı
İlham Əliyevin verdiyi qərara əsasən rayonda da bu və
ya digər sahələr üzrə ciddi nəzarət
yaradılıb. Bərdə aqrar rayon olduğundan, kənd təsərrüfatının
fəaliyyəti rayonun ümumi göstəricisində
mühüm rol oynayır. Statistik məlumatlara əsasən
2010-cu ildə 38,7 min ton taxıl,3300 tona yaxın pambıq,
32,8 min ton tərəvəz, 6,7 min ton meyvə istehsal
edilmişdir. Lakin havaların əlverişsiz keçməsi
nəticəsində dənli bitkilərin istehsalı 2009-cu
illə müqayisədə 2 dəfədən də çox
azalmışdır. Analoji proses qarğıdalı, günəbaxan,
kartof və pambıq əkin sahələri üzrədə
hiss olunmuşdur. Əvvəllər pambıqçılıq
rayonu kimi tanınan Bərdə cari ildən bu adını
doğrultmaq üzrədir. Pambıq və digər məhsullar
üzrə əkin sahələrinin sayı
artırılmışdır. Artıq keçən ildən
rayonda hərəsinin tutumu 10 min ton həcmində olan
taxıl anbarları və soyuducu qurğu da inşa
olunmaqdadır. Eyni zamanda rayonda sahibkarlara verilən güzəştli
kreditlər hesabına bu sahələrin inkişafı təmin
edilir. Ümumiyyətlə Bərdədə
sahibkarlığın inkişafı üçün əlverişli
şərait var. Belə ki, ötən il rayonda vergi
orqanlarından qeydiyyatdan keçən 821 hüquqi şəxs
sahibkarlıq fəaliyyəti ilə məşğul
olmuşdur. Bunun da 32,5 faizi kənd təsərrüfatı ilə
məşğul olan sahibkarların payına
düşür.Qeyd olunan sahə ilə məşğul olan
fiziki şəxslərin sayı 5 min 318 nəfər olmaqla il ərzində
3,9 faiz artım olmuşdur. Bundan əlavə 25 min ailə də
öz torpaqlarında sahibkarlıqla məşğul olur.
Hazırda rayonda 24 toxumçuluq təsərrüfatı fəaliyyət
göstərir ki, fermerlər, sahibkarlar onların xidmətindən
istifadə edirlər. Məhz həmin illərdə becərilən
məhsulların zəif olmasında adı çəkilən
toxumçuluq təsərrüfatlarından alınan
toxumların keyfiyyətsizliyi də mühüm rol
oynamışdır. Rayon əhalisinin əsas məşğulluğunu
təmin edən sahələrdən biri də
heyvandarlıqdır. İl ərzində iribuynuzlu
mal-qaranın baş sayı 1,7 faiz, qoyun və keçilərin
sayı isə 1,6 faiz artmışdır. İribuynuzlu
mal-qaranın təqribən 46 faizini ana inək və
camışlar təşkil edir. Eyni zamanda xaricdən
respublikaya gətirilmiş cins qaramaldan 64 başı Bərdədə
saxlanılır. Rayonda 1500-ə yaxın qara-malda süni
mayalanma işi aparılaraq 1160 baş sağlam buzov
alınmışdır.Bütövlükdə 2009- cu illə
müqayisədə keçən il rayonda ət istehsalı
6,9 faiz, süd istehsalı 2,8 faiz,yun istehsalı 6 faiz, yumurta
istehsalı isə 4,1 faiz artmışdır. Ümumilikdə
rayon fermerlərinin işini asanlaşdırmaq və yüksək
məhsul əldə etmək üçün kənd təsərrüfatı
texnikasından istifadə edilir. Bütün görülən
işlərlə yanaşı, aqrar sahənin
inkişafına mane olan bəzi nöqsanlar hələ də
hökm sürməkdədir. Bunlardan xüsusilə
heyvandarlıq məhsullarının satışına nəzarətin
olmaması, əkində kimyəvi maddələrdən
miqdardan artıq istifadə edilməsi, iri satış mərkəzlərində
laboratoriyaların işləməməsi və digər
nöqsanları qeyd efmək olar. 2010- cu il "Ekologiya
ili" olduğundan, rayonun ekoloji durumunu
yaxşılaşdırmaq, saflaşdırmaq məqsədilə
il ərzində 100 minə qədər meyvə və bəzək
ağacları,gül kolları əkilmişdir.
Bərdə
aqrar rayon olsa da, burada sənayenin, ilk növbədə mini
emal sahələrinin inkişafı üçün geniş
perspektiv var. Qeyd olunan dövr ərzində rayonun Təhsil, Səhiyyə,
Mədəniyyət və İdman sahəsində də irəliləyişlər
və paralel olaraq
çatışmazlıqlar qeydə alnmışdır.
Hal-hazırda rayonda 75 ümumtəhsil məktəb, 32 uşaq
bağçası, Dövlət İdarəetmə və
Texnologiya kolleci və peşə liseyi fəaliyyət göstərir.
2009-2010-cu illərdə rayonun Qaradırnaq, Kətəlparaq kənd
orta məktəbləri və 2 saylı şəhər orta məktəbi
üçün yeni binalar tikilib istifadəyə verildi. Şəhər
4 saylı və 10 kənd orta məktəblərində əsaslı
şəhər 5,6,7 saylı, Gərənə,Mehdili,
Uğurbəyli,Türkmən,Tumaslı və digər kənd
məktəblərində cari təmir-bərpa işləri
aparılmışdır. Məktəblərin kompyüterlə
təchizatına gəldikdə isə son iki ildə 119
kompyüter dəsti məktəblərə təhvil verilib və
qarşıdakı illərdə də məktəblərin
kompyüterləşdirilməsi istiqamətində işlərin
davam etdirilməsi nəzərdə tutulur. Hazırda hər 30
şagirdə bir kompyüter düşür. Son 7 ildə
rayonda 14 məktəb tikilib istifadəyə verilib. Son iki ildə
rayonun təhsil sahəsində əldə etdiyi ən
böyük uğur ötən illərə nisbətdə
daha çox məzunların respublikanın müxtəlif ali
məktəblərə qəbul olması faktıdır. Belə
ki, 2009-cu ildə 258 nəfər,2010-cu ildə 298 nəfər
ali məktəblərə qəbul olmuşdur. Respublikanın
bütün rayonları kimi Bərdə rayonun da müəllim
və şagird kollektivi tez-tez müxtəlif yarış və
müsabiqələrdə iştirak edərək,müvafiq
nailiyyətlər əldə etmişdirlər. Məhz
2009-2010-cu illərdə Akademik Zərifə Əliyeva
adına orta məktəbin müəllimləri Rəna Həsənova,
Könül Kazımova, Püstə Həsənova və
şəhər 5 saylı orta məktəbin müəllimi
Minayə Nəbbaqi "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibləri olmuş, 5 təhsil
işçisi isə Respublikanın Təhsil Nazirliyi tərəfindən"Qabaqcıl
təhsil işçisi " döş nişanı ilə təltif
edilmişdir. Lakin sadalanan uğurlarla yanaşı kifayət qədər
rayonun təhsil sistemində çatışmazlıqlar
özünü göstərməkdədir. Statistikaya əsasən
onlardan hazırda rayonun 24 ümumtəhsil məktəbinin
iş şəraitinin tam yararsız vəziyyətdə
olmasını, 44 kəndində isə təhsil müəssisəsinin
olmaması,22 məktəb binasının əsaslı təmirə
ehtiyacının olması, eləcə də 5 məktəb
binasının qəza vəziyyətində olması və təhsil
müəssisələrində təlim-tərbiyə,nizam-intizam
məsələlərinin zəif qurulmasını qeyd etmək
olar ki, bunların da öz həllini tapması növbəti
illərdə gözlənilir. Qeyd olunan zaman kəsiyində
rayonun səhiyyə sistemində də bir sıra işlər
görülmüşdür. Belə ki,2009- cu ildə Bərdənin
səhiyyə həyatında əsaslı dönüş
olaraq Bərdə Müalicə Diaqnostika mərkəzinin
açılışı oldu. Əvvəllər tibbi xidmətin
səviyyəsindən narazı olan bərdəlilər
artıq bu mərkəzin xidmətlərindən bəhrələnirlər.
Bundan əlavə rayonun Doğum evində, Mərkəzi xəstəxananın reanimasiya, kardiologiya, cərrahiyyə
şöbələrində, aptek, anbar binalarında, statistika
və metod kabinələrində əsaslı təmir işləri
həyata keçirilmişdir. Xəsili kəndində yeni
ambulatoriya binası tikilib istifadəyə verilmişdir.
Keçən ildə də Doğum evində əsaslı təmir
işləri davam etdirilərək Tibb mərkəzi yeni
avadanlıqlarla təchiz edilmişdir. Həmçinin həmin
ildə Elmi Tədqiqat Hemotologiya və Tranfiziologiya İnstitutunun Bərdə
filialı da fəaliyyətə başlamışdır. Eyni
zamanda Mərkəzi rayon xəstəxanasında Səhiyyə
Nazirliyi ilə əlaqələndirilmiş elektron kart sistemi tətbiq
edilməsi də görülən işlər
sırasındadır. Lakin bu sahə üzrə də rayonda
görüləsi işlər görülən işlərlə
müqayisədə çoxdur. 2009-2010-cu illər rayonun mədəni
həyatında da əlamətdar dövr olmuşdur. Bu
dövr ərzində rayonda müasir tipli uşaq musiqi məktəbi,
Tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası tikilib
istifadəyə verilmiş, rayon Mədəniyyət evi,
Elektron kitabxana, 28 saylı şəhər kitabxanası,
uşaq kitabxanası, Kolayır, Kətəlparaq, Qaraməmmədli,
Əlyanlı, Qayalı, Lək, Hüseyinbəyli,
Göyüşlü kənd kitabxanaları, Divanlı kənd
uşaq musiqi məktəbi, Kələntərli, Mirzəxan,
Xanərəb kənd mədəniyyət evləri, Otuzikilər,
Mollalı kənd klubları əsaslı təmirdən
çıxmış və digər mədəniyyət
obyektlərin tikintisi,
təmiri cari ildə də davam
etdirilir. Turizmin inkişafında tarix və mədəniyyət
abidələri mühüm rol oynayır. Məhz 2011-ci ilin
"Turizm ili" hesab olunması da bu sahənin
inkişafı üçün geniş imkanlar var. Lakin bu
haqda danışmaq hələ tezdir, çünki adı
çəkilən qurumların maddi-texniki bazasının zəif
olması,161 müəssisənin
uyğunlaşdırılmış binalarda yerləşdirilməsi,
onlardan bəzilərinin xüsusilə Şirvanlı və
Mustafaağalı kənd mədəniyyət evlərinin qəza
vəziyyətində olması, aydın səbəbdən gənclərin
asudə vaxtını bu müəssisələrdə
keçirməməsi, işçilər arasında
ixtissaslı kadrların çox az olması,rayonda fəaliyyət
göstərən 18 tarix və mədəniyyət abidələrindən
əksəriyyətinin,o cümlədən Qədim Bərdə
Türbəsinin əsaslı bərpa işlərinə kəskin
ehtiyac duyulması kimi çatışmazlıqlar hələ
də qalmaqdadır. Bütün bunlarla yanaşı, Gənclərin
məşğulluğunun artırılması, asudə
vaxtlarının səmərəli təşkili istiqamətində
də zəruri tədbirlər həyata keçrilir. Proqramda
həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən
biri də rayon əhalisinin içməli su, elektrik enerjisi və
təbii qaza olan ehtiyacının ödənilməsi məsələsidir.
Bərdəlilərin içməli suya olan tələbatını
ərazidəki su-kanal idarəsi həyata keçirir.
Lakin
idarənin fəaliyyətində kifayət qədər
çatışmazlıqlar olduğundan çoxsaylı rayon
sakinlərinin şikayəti əsasında 2010-cu ildə
şəhərin içməli su və kanalizasiya şəbəkəsinin
quraşdırılması plana salındı. Hal- hazırda
bu işin reallaşması istiqamətində ciddi iş həyata
keçirilir. Eyni zamanda 6 subartezian quyusu qazılıb istifadəyə
verilmişdir. Əhalinin təbii qazla təminatı məsələsinə
gəldikdə isə, keçən il əvvəlki illərə
nisbətdə daha çox işlər
görülmüşdür. Belə ki, şəhərin
qazlaşdırılması başa
çatdırılmış, 19 kəndə isə təbii
qazın verilişi bərpa edilmişdir. Keçən il
rayonun 60 kəndinin qazlaşdırılması nəzərdə
tutulsa da bunun çox az qismi
reallaşdırılmışdır. Cari ildə də bu sahədə
olan nöqsanları aradan qaldırmaq məqsədilə
rayonun 60-70 kəndin təbii qazla təmin edilməsi plana
salınıb. Düzdür, görülmüş işlər
nə qədər çox olsa da,yaranan problemlər də az
deyildir.Belə ki, tikilən bir çox obyektlərin yeri
düzgün seçilmədiyindən və şəxsi mənafe
güddüyündən şəhərin görkəmində
bir səliqəsizlik hökm sürməkdədir. Bunun
üçün sonradan problem yaranmasın deyə
görüləcək işlər, öncədən
planlaşdırılmış proqram əsasında, kiminsə
mənafeyi üçün deyil, əhalinin mənafeyi
üçün həyata keçirilməlidir. Bunun
üçün bərdəlilər dövlət
qayğısının onlara verdiyi imkanlardan faydalanaraq bir amal
ətrafında birləşməli, rayonun inkişafına
xidmət etməli və şəhərin görkəmini daha
da müasirləşdirməlidirlər. İnanaq ki, II
Dövlət proqramının qarşıdakı illərində
rayon üzrə sadalanan bütün problemlər öz həllini
tapacaq.
Günel İsayeva
Ədalət.- 2011.- 18 may.- S. 7.