RƏHMƏT SƏNƏ
MƏMMƏD ARAZ
Qəlb
dayandı, susdu qələm,
Bu kədərdən
yandı aləm.
Qəm
çiləyən bir ələməm,
Könüllərdən
gəlir avaz
Sularınla
Xəzərə yaz:
Dönəcəkmi
Məmməd, Araz?
Əsərlərin
min çələngdir,
Qələminsə şir, pələngdir.
Tarix
özü bir ələkdir,
Şairləri
saxlar az-az,
Sularınla
Xəzərə yaz:
Dönəcəkmi
Məmməd, Araz?
Öz
yolunu özün seçdin,
Sərt
yolları dözüb keçdin,
Tər
güləri üzüb keçdin,
Soldu
çəmən, oldu bəyaz,
Sularınla
Xəzərə yaz:
Dönəcəkmi
Məmməd, Araz?
Qayalarda
izin qaldı.
Nalə
çəkdi, sözün qaldı.
Dünya
yenə qalmaqaldı,
Ürəklərdə
şaxta, ayaz
Sularınla
Xəzərə yaz:
Dönəcəkmi
Məmməd, Araz?
Sinəm
üstə dağlar qoydun,
El-obanı
ağlar qoydun,
Bu
dünyadan nə tez doydun,
Hər
oğuldan Məmməd olmaz,
Sularınla
Xəzərə yaz:
Dönəcəkmi
Məmməd, Araz?
OLMAZ
İnsan
nəcib olsa
kökdən,
binədən,
Əsla
yalan deməz,
riyakar olmaz.
Uzaq
olar iftiradan, fitnədən,
Ömür
boyu el gözündə xar olmaz.
Kimdə
varsa qeyrət,
etibar,
vüqar,
Candan keçər,
verməz
dosta ahu-zar.
Kişinin
malını alsa ruzigar,
Sağlıq
istər, heç vaxt
gözü
dar olmaz.
Sail insan odur eşqi
çox olsun,
Ürəyində
kin-küdürət yox olsun,
Nəfsi
bütöv olsun,
gözü
tox olsun.
Tamahkarda,
xəsis kəsdə
ar
olmaz.
Firudin
düşübdür fərh gümana,
Qoruyubdu
haqqı hey yana-yana,
Əsla
uymayıbdı şərə, şeytana,
Deyər
ki, kişi kəs
tamahkar olmaz.
ATAR HEY
Adamlar içində hər cür adam
var,
Kimi çirkablarda
ölüb, batar hey.
Kimi yurd yolunda
canından keçər,
Kimi köçər,
el-obasın atar hey.
Kimi
həya bilməz, duymaz
ar nədir,
Kimi
abır gözlər, güdməz
var nədir,
Kimi azad yaşar, bilməz
dar nədir,
Kimi
məhbəslərdə
yatıb
qalar hey.
Kimi paxıl olar, kimi səmimi,
Kiminin əyridi
kökündən himi.
Kimi çox qudurar var tapan kimi,
Kimi də təmkinlə vara çatar hey.
Firudin, bu həyat oxlayar
səni,
Ruzigar
sınayar, yoxlayar səni.
Paksansa
əbədi saxlayar səni,
Namərdi
tarixdən silər, atar hey.
Firudin Süleymanoğlu
Ədalət.- 2011.- 4 may.- S. 7.