DÜZGÜN QİDALANMAQ DÜZGÜN GƏLƏCƏK DEMƏKDİR

 

Ölkəmiz günü-gündən inkişaf edib gözəlləşir. Respublikamızın Prezidenti hörmətli cənab İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva insanlarımızın salamat yaxşı yaşaması üçün daim çalışırlar. Dəfələrlə uşaq, yeniyetmələrə, gənclərə qayğı göstərərək onlar tərəfindən qəbul olunan çox saylı sərəncamlar dərinləşdirilir, sürətləndirilir, qəbul olunan təkliflər nəzarətdədir, Prezidentin sözü real işlərlə tamamlanır. Respublikamızın hər sahəsində böyük nailiyyətlər qazanılır, müasir standartlara cavab verən incəsənət, təhsil, səhiyyə ocaqları, yaşayış evləri, idman kompleksləri, körpülər s. tikintilər, əsaslı təmirlər, insanların gözəl geyimi, çoxlu minik maşınlarının olması göz qabağındadır. Biz yaşlı əhali bunları görməmişdik. Bu dövrdə insanın sağlamlığı, etibarlı mühafizəsi aktual məsələdir. Bu sosial inkişaf daim gərgin düşüncə zəhmətin nəticəsidir. Bununla yanaşı, əhalinin sanitariya-gigiyena mədəniyyətinin daha da yüksəldilməsini arzu edirəm.

Unutmayaq ki, bizi əhatə edən ekoloji vəziyyət insan orqanizminə müxtəlif təsirlər edir: isti, soyuq, radiasiya, qan təzyiqinin qalxması, streslər, qan itirmə, əzələ emosional gərginlik, dəriyə, saça mədə-bağırsaq sisteminə mənfi təsir edir. Buna görə uşaqların, şagirdlərin, tələbələrin daim gün, dərs rejimi ciddi gözlənilməlidir onlar keyfiyyətli qidalanma ilə tam təmin olunmalıdırlar. Çoxlarının yadındadır ki, tədris müəssisələrində şagirdlərə, tələbələrə ucuz qiymətlə isti xörəklər, isti içkilər, süd süd məhsulları verilirdi. Lakin son zamanlar şagirdlər, tələbələr onlara məxsus olan qida ilə lazımi qədər təmin olunmurlar. Bəzi vaxt hətta onların sağlamlığa zərər təsir verən, bahalı şokolad, şirin qazlı sular, kola, fast-fud, cips s. yeməklər satılır. Nəzərə alınmalıdır ki, uşaq yeniyetmələrin orqanizmində formalaşma prosesi yüksək səviyyədə gedir, onlar emosional olur, havada kifayət qədər istirahət etmirlər, ona görə onların immuniteti daim yüksəldilməlidir, sağlamlığı qorunmalıdır.

Alimlərimiz təsdiq ediblər ki, şagird tələbələrin dərslərdə zəif oxuması, zəifgörmənin artması, tez-tez xəstələnməsinin səbəbi onların gün rejiminin pozulması tam keyfiyyətli qidalanmamasıdır. Bununla yanaşı, Avstraliya alimləri şagirdlərdə tələbələrdə zəifgörmənin səbəbini həm onların çox vaxt kompüterlə məşğulluğunda, televiziya verilişlərinə baxmasında, təmiz havada az olmasında görür. Digər alimlər zəifgörmənin artmasının əlavə səbəbini uşaqların qəbul etdiyi qidada olan nişastanın çox olmasında göz sisteminə lazımi inqridentlərin daxil edilməməsində təsdiq edir.

Əfsuslar ki, uşaqların, şagirdlərin, tələbələrin rasional qidalanmasına valideynlər daim ciddi nəzarət etmirlər. Amma rasional qidalanma orqanizmin həmahəng inkişafını təmin edən, sağlamlığı qoruyan ən vacib, ilkin təsirli şərtlərdən biridir. Bu kimi qida beyinin, insanın idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə müsbət təsir edir müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır. Bütün tədris müəssisələrində şagird, tələbələrə tənəffüslərdə qidanın alınmasına kömək onları yeməyə cəlb etmək vacibdir, buna da nəzarət olunmalıdır.

Amerika alimləri araşdırma nəticəsində təsdiq ediblər ki, süd, süd məhsulları insanın qanında xüsusi trans-palmitola turşusunu artırır, bu da qanda xolestrinin, insulinin səviyyəsinə müsbət təsir edir, diabet xəstəliyinin olma təhlükəsini azaldır.

Avstraliya alimləri uzun müddət araşdırmalardan sonra izah edirlər ki, insanın sağlamlığına çox fayda verən almadır. O, ürəyi qoruyur, qanda xolestrinin miqdarını tənzimləyir, xərçəng xəstəliyinin yaranma riskini azaldır, yaddaşın pisləşməsinin qarşısını alır.

Bizim limon bədənə daxil olduqda mikrobları tezliklə məhv edir. Limonda A, B1, B2, C vitaminləri, fitonsitlər, şəkər, turşu, miss kaluium vardır, o ürəyin funksiyasını yaxşılaşdırır. Təzə limonun qabığı mədə-bağırsaqda köp olmasının qarşısını alır, maddələr mübadiləsinə kömək edir. Tərkibində olan acılıq antiseptik təsirini edir. Gündə bir neçə dəfə limon, portağalı iyləyib ciyərə qədər çəkəndə insanın görmə qabiliyyəti yüksəlir. Şaftalıda olan kalium ürəyi möhkəmlədir, dərini qırışmadan qoruyur. Qanda hemoqlobini artırır, o əsl vitamin mənbəyidir. Təzyiqi yüksək olanlara şaftalı yemək məsləhətdir. Texas Universitetinin onkoloqları aşkar ediblər ki, şaftalı gavalı süd vəzisi xərçəngi xəstəliyinə qarşı tibbi müdafiə vasitəsidir. Edinburq Universitetinin həkimləri izah ediblər ki, narın tərkibində sağlamlıq üçün çox faydalı birləşmələr var. O ürək, qan azlığı, böyrək, hipertaniya bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rola malikdir. Nar insanların qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur, immunitetini yüksəldir, mikrobları məhv edir, xərçəng xəstəliyinə qarşı yaxşı vasitələrdən biridir. Narda B2, B6 vitaminləri, dəmir, fosfor, maqnezium var. ABŞ İsrail alimləri nar şirəsinin prostat xərçənginə qarşı müsbət nəticə verdiyini aşkar ediblər.

tut ürək-damar sisteminin, mədə xorası, qanazlığı xəstəliklərinin sağalmasına müsbət təsir edir. Qara tut da mədə-bağırsaq prosesinin fəaliyyətini yaxşılaşdırır. Üzüm ürək-damar sisteminə müsbət təsir edir, xroniki laringit, faringit, bronxit, plevrit, anemiyanın müalicəsində istifadə edilir. Üzümün yarpaqlarında da çoxlu C vitamini var. Amerika, Sinsinata Universiteti digər Avstraliya alimləri qara üzümün yaddaşa çox müsbət təsir etdiyini təsdiq ediblər. Amerika alimi Riçard Passa izah edir ki, portağalda, ərikdə sağlamlığa, uzun ömürlüyə kömək edən A, B, C, F, E vitaminləri ilə zəngindir bu meyvələrin çox istifadə etməsini məsləhət görür.

Albalının tərkibində şəkər, zülal, yağ, üzvü turşular, C, B2 vitaminləri var. Albalı sidik sistemini, qaraciyərin patologiyası, şəkər xəstəlikləri olanlara müsbət təsir edir. Armud sidikqovucudur, antiseptik təsirlidir, o ürək xəstəlikləri olanlara xeyirdir, lakin mədə-bağırsaq patologiyası olanlar armudun çox istifadə mümkünlüyünü həkimdən məsləhət almalıdır. Gözəl iyli heyvamız onun yarpaqlarında da C vitamini var. O bronxial astmanın, diareyanın qabağını alır. Heyva şirəsi öd sidikqovucudur. O anemiya olanlara xeyli yaxşı təsir edir. Heyvanın yarpaqları hipertoniya xəstəliklərinin müalicəsində istifadə edilir. Əncir, gavalı insanda sklerozun qabağını alır.

Çiyələk insanın ürəyinə, qaraciyərinə, öd kisəsi, əsəb sisteminə müsbət təsir edir. Moruq qanda xolestrini normal səviyyədə saxlayır, xərçəng xəstəliyinin olma riskini azaldır. Soyuqdəymədə onun istifadəsi insanın sağalmasına köməkdir. Feyxoada çoxlu yod var, o ateroskleroz, zob, ürək, mədə-bağırsaq xəstəlikləri, hipovitaminoz olanlara müsbət müalicəvi təsir edir. Kividə kalisium, kalium var, o ürək fəaliyyətini, qan təzyiqini tənzimləyir, orqanizmin susuzlanmasının qarşısını alır.

Alimlər aşkar ediblər ki, bir sıra meyvələrdə: sarı xurma, karalekda-validol; moruqda- asprin; qaragilədə - insulin, çiyələkdə- antibiotik dərman təsirləri var. Xərçəng xəstəliyinə qarşı olan: çiyələkdə, soyada, sarımsaqda soğanda antioksidantlar var. Noxudda çox miqdarda sink, maqnezium, nuklein turşusu var, o da qanda yağların səviyyəsini azaldır, insanın cavanlıq dövrünü uzadır, əqli qabiliyyətini görmə funksiyasını yaxşılaşdırır. Noxudda çox zülal olduğuna görə o insanı tez doydurur, bunun da piylənmənin müalicəsində istifadəsi çox vacibdir. Yaşıl noxudu çiy bişmiş halda yemək xeyirdir. Lakin konservləşdirilmiş yaşıl noxudun xeyiri çox azdır, çünki onda vitaminlərin, mineral maddələrin səviyyəsi 90 % aparılan prosesdə itir. Qozda C vitamini, onun aralıq pərdələrində bərk qabığında orqanik turşuları, yağ vardır. Hipertoniya, zob xəstəliklərinin müalicəsində qozdan istifadə olunur. Qoz orqanizmi möhkəmləndirir. Amerika alimləri yoxlamalar aparıb təsdiq ediblər ki, qoz, fındıq badamın tərkibində bitki mənşəli zülallar, sink, kalsium, maqnezium mineralları, vitaminlər, antioksidantlar var. Bunlar qanda xolestrini azaldır. Bu isə sağlamlıq üçün çox vacibdir.

 

(ardı var)

 

 

Faiqə YAQUBZADƏ

 

Ədalət.- 2011.- 25 may.- S. 5.