Qarabağ danışıqlarında
yeni mərhələ
Ermənistanın əsas dayağı
olan Rusiya Qafqazdakı mövqelərini
itirir
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı son günlər
yenidən hərəkətlilik
hiss olunmaqdadır. Belə
ki, bu günlərdə
münaqişə ilə
bağlı bir sıra açıqlamalar
səsləndirilib. Onlardan
ən önəmlisi,
heç şübhəsiz,
okeanın o tayından,
yəni Ağ Evdən səsləndirilən
bəyanatlardır.
Bir neçə gün öncə ABŞ dövlət
katibinin müavini Filipp Qordon "mövcud baş prinsipləri əsasında
yeni sülh sazişinin işlənib hazırlanmasının vaxtı
yetişib" şəklində
bəyanat vermişdi.
Bundan əlavə, gələn ay Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı
ilə növbəti üçtərəfli görüş
keçiriləcək. Əslində
rəsmi Bakının
vasitəçilərə irad tutduğu və beynəlxalq ictimaiyyəti ittiham etdiyi məqam təsdiqini tapır. Yəni Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində
bütün səylər
tükənib. Qarabağ
münaqişəsinin həlli
istiqamətində müzakirə
edilməmiş heç
bir məsələ qalmayıb, sadəcə tərəflərin mövqelərini
uzlaşdırmaq mümkün
olmur. Nəhayət ki, istər münaqişə tərəfləri,
istər Moskva, istər Vaşinqton və Brüssel, istərsə də geniş beynəlxalq ictimaiyyət münaqişə
haqqında obyektiv, həqiqətə uyğun
informasiyanı əldə
ediblər. Əvvəllər
ermənilər hay-küy
qaldırırdılar ki,
guya azərbaycanlılar
onları qırır,
yaşamağa imkan vermirlər. Artıq bunlar hamısı keçmişdə qalıb.
İndi hamıya bəllidir ki, faktiki olaraq Azərbaycanın ərazisi
işğala məruz
qalıb, Ermənistan
güc yolu ilə tam bir vilayətin işğalını
gerçəkləşdirib. Bundan da əlavə
bir neçə rayonu özünə ilhaq edib. Bunu
hamı bilir. Hamı başa düşür ki, ermənilərin çoxluq
təşkil etdiyi vilayətin taleyi barədə müzakirə
aparmazdan əvvəl,
heç olmasa, digər rayonlar boşaldılmalıdır. Beynəlxalq
ictimaiyyət də görməlidir ki, Ermənistan sülh danışıqları aparmağa
hazırdır. Artıq
bu, bütün dünyaya bəlli bir mövqedir.
Hamıya
bəllidir ki, Azərbaycan tərəfdən
müdafiə olunan əsas prinsip ərazi bütövlüyü
prinsipidir. Əgər
beynəlxalq ictimaiyyət
Azərbaycanın ərazi
bütövlüyünü tanıyırsa, demək Ermənistan qeyd-şərtsiz
işğal olunmuş
rayonları boşaltmalıdır.
Buna ingiliscə "de-okkupasiya"
prosesi deyilir. Daha sonra isə
Ermənistan və Azərbaycan nümayəndə
heyətləri beynəlxalq
vasitəçilərin iştirakı
ilə keçmiş
Dağlıq Qarabağ
Muxtar Vilayətinin taleyini müəyyənləşdirməlidirlər.
Müəyyən olunmalıdır
ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan
Respublikası vətəndaşlığını
istəyirlərmi, istəmirlərmi,
mərkəzlə vilayət
arasında hansı münasibət olmalıdır,
əvvəlki muxtariyyət
qalmalıdırmı, qalmalı
deyilmi, qalırsa hansı forma və məzmunda və sair məsələlər
detallı şəkildə
müzakirə olunmalıdır.
Faktiki olaraq mövcud olan
Azərbaycan münaqişənin sülh yolu ilə həllinə razıdır. Azərbaycan
hər zaman buna çalışıb
və bunda hər hansı problem görməyib. Prezidentlərin
növbəti görüşündən
gözləntilərə gəldikdə
isə, görüşün
təşəbbüskarının Rusiya olması xüsusilə diqqət çəkir. Açığı,
Rusiyanın vasitəçiliyi
ilə keçirilən
görüşlərdən çox böyük irəliləyiş gözləməyə
dəyməz.
Çünki Rusiyanın münaqişə
ilə bağlı mövqeyi bəllidir. 2008-ci
ilin avqustunda Gürcüstana edilən hərbi müdaxilədən
sonra Rusiyanın bu istiqamətdə imkanları ciddi surətdə tükənib.
Rusiya bu müdaxilə ilə hər hansı sülh danışıqlarında
fəal iştirak etmək imkanlarını itirib. Sadəcə olaraq Rusiya bu
görüşləri təşkil
etməklə çalışır
ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı prosesi öz nəzarəti altında saxlasın. Eyni zamanda, rəsmi
Moskva bununla bütövlükdə Cənubi
Qafqazı özünün
siyasi nəzarəti altında saxlamaq imkanlarını nümayiş
etdirmək istəyir.
Rusiya əldə olunan şəraitdən -
Azərbaycanın çıxılmaz
vəziyyətindən, Ermənistanın
isə müttəfiqliyindən
istifadə etmək istəyir. Buna görə
də budəfəki danışıqlarda da ciddi bir irəliləyiş
gözlənilmir. Bununla
belə, ümumən
ABŞ-ın Cənubi
Qafqaza yaxın regionlarda - Yaxın və Orta Şərqdə
apardığı siyasət
ildən-ilə daha ciddi xarakter alır. ABŞ çalışır
ki, Cənubi Qafqazı da öz nəzarəti altına keçirsin və bununla da Rusiya problemi
aradan qaldırılsın.
ABŞ-ın regionda güclənməsi rəsmi
Vaşinqton üçün
yeni imkanlar açır. İndi siyasi situasiya xeyli dəyişib və Qafqazın açarı Amerikanın
əlinə keçməkdədir.
Ermənistanın qorxduğu
da budur. Çünki Barak Obama son çıxışında
dedi ki, İsrail-Fələstin münaqişəsinin
həll olunması üçün İsrail
gərək 1967-ci il sərhədlərinə qayıtsın.
Bunu bir növ ermənilərə
verilən siqnal kimi də qəbul
etmək olar. Yəni həm İsrail-Fələstin münaqişəsində,
həm də Ermənistan-Azərbaycan münaqişəsində
söhbət işğal
olunmuş torpaqlardan,
status-kvonu dəyişməkdən
gedir.
Əgər ABŞ-dakı güclü
yəhudi lobbisinin əleyhinə sərt şəkildə çıxmaq,
onların narazılığını
nəzərə almamaq
mümkün olursa, demək bu mövqe
erməniləri də
ciddi şəkildə
narahat etməlidir. Azərbaycan məsələni
belə qoya bilər ki, əvvəlki status-kvoya qayıdılsın, ondan sonra isə bu məsələləri
oturub müzakirə edək. Digər tərəfdən rəsmi
Bakı onu da deyə bilər
ki, bu Azərbaycanın
daxili işidir.
Çingiz
Ədalət.- 2011.- 28 may.- S. 4.