Tanrı şair duasını eşidir
İyirmi
ildən artıqdır ki, mən Adil Şirinin imzasını
maraqla izləyirəm. Adil Şirin lirik-romantik şeirləri
ilə yadımda qalmışdı. Bu gün isə Adil
artıq yaradıcılığının necə dəyərlər
müdriklik dövrünü yaşayan tanınmış
şairdir. Şeirləri və poemaları dünyanın bir
çox dillərinə tərcümə olunub. Rusiyada,
Ukraynada və qardaş Türkiyədə kitabları
yayınlanıb, yaradıcılığı çeşidli
ödüllərlə dəyərləndirilib. Səhv etmirəmsə,
Adil Şirin Türkiyə Yazarlar sindeqasının "Nazim
Hikmət" ödülünə layiq görülmüş
ilk Azərbaycan şairidir.
A.Şirin
poeziyasının kökləri klassik Türk-Oğuz şeiri
geleneklərindən qidalanır. Amma eyni zamanda o,
çağdaş şairdir. Onun son illərdə qələmə
aldığı "Rekviyem", "Laçın şikəstəsi",
"Ölümün üstünə yeriyən şair"
poemaları və çap etdirdiyi silsilə şeirləri ədəbi
ictimaiyyət tərəfindən maraqla
qarşılanmış, ədəbi hadisə kimi dəyərləndirilmişdir.
Dediyim
kimi Adil Şirin gələnəklərə sayğı ilə
yaşayan novator şairdir.
Mən şairəm!
Zaman-zaman qapımı
Külək açıb, qar
döyüb.
Şairi cənnətə
aparıblar
ah, Ana yurdum deyib.
Vətən
gözümüzün ağı, qarası,
Vətən şair ürəyinin
cənnəti.
Ulu nurdan yoğrulub
şairlərin xisləti...
Bu
günlərdə şair dostum yenicə qələmə
aldığı poemanı mənə oxumağa verdi. Bir
neçə gün şairin "əmanətini"
çantamda gəzdirdim və nə yaxşı ki, "vaxt
darlığından" macal tapıb şairin
"Dua"sını oxudum. (A.Şirinin mənə verdiyi
poema "Dua" adlanır). "Dua" YUNESKO və
İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev
Fondunun Prezidenti, millət vəkili, ölkənin birinci
xanımı Mehriban Əliyevaya ithaf olunur.
Mən
şairin "Dua"sını oxudum, özü də bir nəfəsə
oxudum. Doğrudan da poema dua
kimi oxunur. Poemanın üslubu
modern poeziya olanaqlarından
yararlanır. Modern şeir dili son dərəcə özgürdür
və bu özgür şeir dili A.Şirin yaradıcılığında bütün özəllikləri
ilə görünür.
Şairəm ağzı dualı
haqq yolundan azmadım.
Mən könülsüz bir
şer,
bircə misra yazmadım...
Məşhur
fransız alimi J.Ellülun bir kəlamını xatırlamaq zənnimcə
yerinə düşərdi. J.Ellül yazır:
"tanrıyla yeganə mümkün ilişki sözə
dayanır". Və mən sidq ürəkdən inanıram
ki, Tanrı şairin "Dua"sını eşidir.
Nizami Cəfərov,
Atatürk Mərkəzinin
müdiri,
AMEA-nın müxbir üzvü
Millət vəkili
Ədalət.- 2011.- 28 may.- S. 12.