DUA
(poema)
YUNESKO və İSESKO-nun Xoş məramlı
səfiri Xanımlar xanımı Mehriban Əliyevanın şərəfinə
Göy
üzündə
nazlı-nazlı
uçan durna,
uça-uça
qanadları
bəyaz
çiçək açan durna,
eşit
mənim harayımı, duamı-
al məni
qanadına.
Xanım
hey!
Xanımlar
xanımı Mehriban xanım,
bir
dastan başladım sənin adına..
Mən
şairəm!
Zaman-zaman
qapımı
külək
açıb, qar döyüb.
Şairi
cənnətə aparıblar,
ah,
ana yurdum deyib
Vətən
gözümüzün ağı, qarası,
Vətən
şair ürəyinin cənnəti-
Ulu
nurdan yoğurulub
şairlərin
xisləti...
Mən
şairəm!
Bir
gün qarışacağam
bu Vətən
torpağına
Al
qanım halal olsun
üç
rəngli bayrağıma.
Dağları
şah babamdı,
alaçığı
obamdı,
çiçəkləri
sevgilimdi,
bacımdı.
Şəfalı
bulaqları
hər
dərdə əlacımdı.
Uğrunda
can qoymalı
sevdamızdı
bu Vətən.
Hər
gecə hilalına
dua
eyləyirəm mən.
Dua
eləyirəm ulduzlarına,
dua
eləyirəm gülə-çiçəyə,
dua
eləyirəm tutya torpağa,
dua
eləyirəm bəyaz mələyə.
Dua
eləyirəm şükür eləyirəm,
bir
gün sona yetər bu qan, bu qada.
Xanımlar
xanımı Mehriban xanım,
bu
ruh bədəndə ikən
bu
canım olsun fəda!
Xxx
Hər
insanın göy üzündə
bir bəxt
ulduzu var, xanım hey!
O
görklü bəxt ulduzundan
xəfif
tale rüzgarları
əsər
hər bahar, xanım hey!
Hər
ağızda bir dua,
hər
ürəkdə bir məhəbbət.
Xoşbəxt
ulduz altında
doğulmusan
sən əlbət.
Sən
öylə bir məqamdasan,
xanım
hey!
Orda
nə Şərq, nə Qərb,
nə Şimal, nə Cənub var.
Orda
nə qış, nə payız
orda
həmişə bahar.
Orda sonsuz mavilikdə
bir olan Tanrı var yalnız.
Sənin
bəxt ulduzundu
o
sonsuz mavilikdə
yanan ən parlaq ulduz.
O sonsuz mavilikdə
hardan baxsan görünür
taleyin
öz yelkəni.
Bu
gün Novruz bayramı, -
pəncərədə
səməni.
Səninçündü
bu şer
səninçündü
bu dua-
Tanrı
hifz etsin səni,
Səni
və bu Vətəni.
Dədəm
Qorqud öyüd verib
Sənə
Banu Çiçək kimi,
Hər
könüldə bir ümidsən
Ağ
qanadlı mələk kimi
Mən
xaliyəm hər sirdən,
Sözdən,
səsdən, sehirdən...
Xəyalım
uçur birdən,
Uçur
kəpənək kimi
Sən
kimsəsizlər kimsəsi,
Millətin
vicdan səsi,
Ürək
səsi, qan səsi,
Arzu
kimi, dilək kimi,
Sən
bir yaşıl sərv ağacı,
Kimə
ana, kimə bacı...
Qədəmlərin
ətir saçır
Gül
kimi, çiçək kimi...
Xxx
Axşam
havası yasəmən qoxuyur
Sahil
bağında,
Yasəmən
qoxulu axşam havası
qəlbimə
dolur.
Hər
insanın bir bəxt ulduzu,
bir də
ömür ağacı olur
İndi
könlümün bu ovqatında,
bu halımda,
min illik bir
çinar ağacı
var xəyalımda-
Kökləri həm o tayda rişə atıb,
həm də bu tayda,
O tay Vətən,
bu tay Vətən.
Ömür adlı bir yük var çiynimdə,
gün olur bəzən
Bu yükü daşıya
bilmirəm mən.
gün olur bəzən
Hamı kimi yaşaya bilmirəm mən.
Şairəm, ağzı dualı,
haqq yolundan azmadım,
Mən könülsüz bir şer,
bircə misra yazmadım.
Bir ömür ağacı canlanır xəyalımda,
Öz şəcərəsinin kölgəsində
oturub
"Bir gəncin manifesti"ni yazır
Şəcərəsi halal
yazıçı Mir Cəlal.
Gözlərinin səmasında
ana yurdun göyləri,
alnında hilal.
"Bir gəncin manifesti"
Vərəq-vərəq, yarpaq-yarpaq sallanır
ağacın yaşıl
budaqlarından
və xəfif bir rüzgar əsir
məmləkətimin boz dağlarından....
Yaşıl yamac boyu
kəpənək kimi qanad açıb
çiçəkdən-çiçəyə qonur
balaca bir qız.
Çiynində bir cüt bəyaz qanad,
gözlərində bir cüt ulduz...
Gözəl bir roman kimi
səhifə-səhifə
vərəqlənir xəyal-
Budur, Şəhidlər xiyabanından
keçir professor Mir Cəlal.....
Qırmızı qərənfillərin
ləçəkləri nəmli,
Mir Cəlalın gözlərində
buludlar qəmli...
Bir səhifə çevirirəm
Mir Cəlalı Fəxri Xiyabanda
Ulu öndərin
abidəsi önündə
xəyala dalmış
görürəm...
xxx
Biz göylərdən gəlmişik
gözəlim Yer üzünə -
Biz bilirik bu dünyanın
Yalanı
nə, düzü nə....
Bu yer üzü bizimdir,
Havamız, suyumuz bəlli
Siz tarixdən sormayın, -
kökümüz, soyumuz bəlli.
Bu dünya yaxşı bilir,
kimik, nəyin nəsiyik..
Biz Türkük, Göy Tanrının
Yer üzündə qutlu nişanəsiyik.
Göy Tanrı bizi,
hifz elə hər bəladan.
Qanımızın səsi gəlir
Altaydan,
Kərbəladan...
Adəm
gəldik bu dünyaya,
Adəm
gəldik - İNSAN olduq
Biz dünyanın varisiyik,
kim deyir mehman olduq?..
Dünya
yurd yerimizdi,
Dünya dar gəldi bizə.
Bu dünyanın hər yerində
Qəriblik ar gəldi bizə.
Qanad açıb uçduq yenə
Uçduq havalı könül.
Yerə,
göyə, Tanrıya,
yurda vəfalı könül.
Bu dünyanı bilə-bilə,
Göz yaşını silə-silə,
Hər çiləni gülə-gülə
Çəkdin vəfalı könül.
Xxx
Gecə
ruhum darıxar
Göy qübbəsi
altında.
Kimsə
keçir uzaqdan
yel qanadlı atında.
Ay salavat çevirir
göyün yeddi qatında-
Bu dünya nədi yahu,
gerçəkdi, yoxsa yuxu...
Burda gecə yarıdır,
hardasa dan sökülür.
Ağacdan yarpaq kimi
göydən günah
tökülür.
Mələklər yas içində,
şeytanın üzü
gülür –
Bu dünya nədir yahu,
gerçəkdi, yoxsa yuxu...
Bizim dağlar görünmür
hava sisdi, dumandı.
Atlı
məni də apar,
burda qoyma amandı.
Qəriblər qəribiyəm,
qıyma mənə
amandı –
Bu dünya nədir yahu,
gerçəkdi, yoxsa yuxu...
xxx
Parisdən yayıldı bütün
dünyaya
Millətimin haqq səsi.
Havalandı YUNESKO-da
Qarabağ şikəstəsi...
Mehriban xanım
bir millətin adından
danışırdı Parisdə.
Buludlar axıb gedirdi
Eyfel qülləsi üstündən
Eyfel qülləsi Parisin rəmzi,
Eyfel qülləsi
dumanda sisdə.
Qarabağ rüzgarları
Əsirdi
Yelisey çöllərində
Haqq səsimiz dünyaya yayılırdı
bütün dillərdə.
Bütün dillərdə QARABAĞ!
Bir durna harayı uçur səmada –
Göy səmada ağ
buludlar
lələk-lələk,
qanad-qanad...
... Rahat uyu
ömür boyu
çox çilələr
çəkmiş şair
babam,
Məhəmməd Hadi,
ruhun şad olsun ustad!
Millətimin imzası var bu gün
imzalar içində -
Üç rəngli bayrağımız
dalğalanır
Amerikada,
Fransada...
Əlcəzairdə, Çində...
Sülhməramlı səfirim
qədəmlərin mübarək
–
Millətimin imzasıdır
Sənin haqq səsin.
Bir tale yazısıdı
sənin bəyaz
səsin, sənin ağ səsin...
Yenə
könlüm havalandı,
-
bəzən dünya
dar gəlir
şairlərin əyninə...
Xanımlar xanımı Mehriban
xanım,
Sülhməramlı səfirim mənim
Pikassonun
göyərçini
qonub sənin çiyninə...
xxx
Xanım
hey!
Bir insan ömrünün dörd fəslində
Yumruq boyda planetdə - ürəkdə
İlk bahar çiçəkləri
açmalıdır əslində,
Bir ömrün hər fəslində
ürəkdə ilk bahar
olsa əgər
həyat gözəldir
demək.
Demək
bu ürəklə yüz il
yaşamaq olar,
Bu ürəklə dünyanın
ən ağır yükünü daşımaq
olar.
Bir dua eləyərsən
sənin odana ulduzlar dolar
Gecələr göy üzü
ilahi bir tamaşadı,
Tamaşa
Xanım
hey!
Üç otuz on yaşa!
Xanım
hey!
Xanımlar xanımı xanım
hey!
Üzü dan yerinə sarı bir dua
elə,
Sən dur bir dua
elə
qızıl güllər
açılsın ürəyində
hər səhər.
Hər səhər sənin qapını döysün
Xoş müjdəli bir zəfər...
Adil Şirin
Ədalət.- 2011.- 28 may.- S.
12-13.