XALQINI DÜNYAYA
TANIDAN DAHİ
Müdrik
insanların, böyük tarixi şəxsiyyətlərin həyatı
elə onların özləri kimi maraqlı, ibrətamiz və
bütün zamanlar üçün xatırlanan, öyrənilən
bir məktəb olub. Bu mənada Azərbaycan xalqının
tarixində ən böyük məktəb, ən böyük
tarixi şəxsiyyət və zamanını qabaqlayan yeganə
şəxslərdən biri, hətta birincisi Ulu Öndərimiz,
Ümummilli Liderimiz Heydər Əliyev cənablarıdır.
Azərbaycanın
ən sıravi insanından ən ali mərtəbədə əyləşən
vətəndaşına qədər hər kəs çox
gözəl bilir ki, bu gün yaşayıb işlədiyimiz,
həyatımızı rövnəqləndirdiyimiz Azərbaycanın
qurucusu, memarı, ilhamçısı məhz Ulu Öndərimizdir.
O, bir günəş kimi Azərbaycan xalqı
üçün doğuldu, bütün həyatını
xalqına, dövlətinə həsr etdi. Qarşılaşdığı
çətinliklərə, problemlərə əsl sərkərdə
kimi sinə gərərək bütün mübarizələrin
qalibi oldu.
Bu
gün xalqımız Ulu Öndərimizin doğum
gününü özünün tarixinin ən
işıqlı, ən önəmli bir məqamı kimi
xatırlamaqla bu tarixi həm də sevinclə,
gül-çiçəklə bəzəyir.
İnsanlarımız 10 may tarixini Ulu Öndərimizin
doğum günü kimi qeyd etməklə yanaşı həm
də bu böyük insanın zaman-zaman bizlərə bəxş
etdiyi sevinci, səmimiyyəti, təravəti, onun şərəfinə
düzənlənən gül bayramında bir daha
yaşayır və anır.
Bəli,
biz dünya xalqları içərisində
özümüzün bütün uğurlarımız,
bütün nailiyyətlərimiz üçün məhz Ulu
Öndərimizə borcluyuq. Həyatımızın hər
bir uğuru onun adı ilə bağlıdır. Məhz Ulu
Öndərimizin layiqli varisi İlham Əliyev cənablarının
ən yüksək bir səviyyədə davam etdirdiyi,
yaşatdığı və həyat gerçəkliyinə
çevirdiyi Heydər Əliyev kursu bizləri, yəni Azərbaycanı
daha böyük uğurlara, daha böyük təntənələrə
aparır. Biz sabahımıza onun əməlləri ilə,
arzuları ilə baxırıq və tam əminik ki, Azərbaycan
yaşadıqca Ulu Öndərimiz də yaşayacaq. Çünki
Xalq və Heydər ayrılmaz bir varlıqdır.
Xalqımıza Ulu Öndərimizin doğum gününün
sevinclərini yaşamaqda uğurlar diləyir və onun həmişə
ürəyimizdə yaşayacağına əminliyimizi
xüsusi vurğulayırıq.
Xaləddin Hüseynov
Ədalət.- 2011.- 5 may.- S. 4.