Erməniləri faş edən plan
“Soyqırım”
iddiaçılarına daha nə qədər fakt
lazımdır?
Ermənilərin
türklərə qarşı qondarma soyqırım
iddiası altında torpaq iddiaları onların özlərinin
deyil, ideoloqlarının planı olduğu hər bir kəsə
bəllidir. "Genosid" iddiası bütün dönəmlərdə
ermənilərin və onların havadarlarının gündəmində
olsa da aprel ayında xüsusi intensivlik özünü
göstərir.
Uzun
müddət bu məsələyə dırnaqarası baxan
Türkiyə son illərdə istər Avropa dövlətlərindən,
istərsə də dünyanın istənilən bir ölkəsindən
üzərinə gələnlərin sırasının
genişləndiyini görüb sanki yuxudaymış kimi
ayıldı. Rəsmi Ankara tarixdə baş vermiş bir məsələni
siyasətçilərin deyil, tarixçilərin
araşdırmasını zəruri sayıb. Arxivlərini
dünyaya açdığını bəyan etdi. Amma
yalanların üzə çıxmasını istəməyənlər
Türkiyənin çağırışını müsbət
cavablandırmadılar. Məsələni belə
gördükdə Türkiyə də əlini-qolunu yanına
salıb durmaq fikrindən uzaq olduğunu ortaya qoydu. Bir-bir
olanları aşkarlayıb "soyqırım"
sevdalılarının qarşısına qoydu.
Görünür "genosid" məsələsi gündəmdən
düşməyənə kimi Ankaranın
araşdırmaları da sona çatmayacaq.
Diqqətləri cəlb etmək
istəyi
Hər
il olduğu kimi bu il də məsələni diqqətdən kənar
saxlamayan Türkiyə hökuməti Osmanlı dövlətinə
aid çox mühüm sənədlər
açıqlayıb. 1915-ci ildə baş vermiş hadisələrlə
bağlı yürütdükləri lobbiçilik siyasəti
ilə dünya gündəmini məşğul etməkdə
olan ermənilərin türklər əleyhinə fəaliyyətə
ABŞ-da başladıqları məlum olub. Türkiyə
Dövlət Arxivləri Baş İdarəsi tərəfindən
nəşr olunan Osmanlı sənədləri, ABŞ-da
yaradılan erməni təşkilatlarının Osmanlı əleyhinə
fəaliyyətdə olduqlarını, mitinqlər
keçirdiklərini, qəzetlərdə xəbərlər
çap etdiklərini və pul yığdıqlarını
aşkara çıxarır. Həmin sənədlərin
birində protestant ermənilərin təşkil etdikləri
bir mitinqdə "Osmanlı dövlətində qiyam
qaldıraraq xristian millətlərin diqqətini ermənilərə
yönəltmək qərarı alındığı",
digər sənəddə isə o dövrdə Vaşinqton səfirinin
"ermənilər Anadoluda dinclik və asayişi yenidən
pozarlarsa, bu məsuliyyətin böyük qisminin bəzi amerikalıların
üzərinə düşəcəyi"ni ABŞ xarici
işlər nazirinə çatdırdığı məlum
olur.
Dövlət
Arxivləri Baş İdarəsinin nəşr etdiyi iki cildlik
"Osmanlı Sənədlərində erməni-amerikan əlaqələri"
adlı əsərlərdə ermənilərin 1839-cu ildən
1919-cu ilə qədər ABŞ-da türklər əleyhinə
göstərdiyi fəaliyyətlərlə bağlı 190 sənəd
var.
Osmanlıya qarşı təxribatlar
ianəsi
Kitabdakı
4 yanvar 1894-cü il tarixli bir sənədə görə,
ABŞ dövlət başçısı Qrover Klevlend
Konqresin açılış mərasimindəki nitqində
erməni fəsadları və tabelilik məsələsini
xüsusi qeyd edir. Çıxışında Osmanlı
dövlətinin Amerika tabeliyinə keçən erməniləri
bunu qiyamçı məqsədlərlə etdikləri səbəbi
ilə ölkədən çıxarmaq istədiyini və
buna haqqı olduğunu ifadə edir. Klevlend Amerikada
çıxan erməni qəzetinin erməniləri açıq
şəkildə üsyana təşviq xarakterli materiallar nəşr
etdiyini də xüsusi vurğulayır.
Kitabdakı
1893-cü il tarixli bir sənəddə ABŞ-da çap
olunan "Hayk" qəzetinin nəşrlərində
"Ermənistan adında əyalət təşkil etmək
üçün Ərzurum, Van və Diyarbəkir vilayətlərində
cinayətlər törədilməsi və Amerikaya
köçən ermənilərin ən gec beş il içərisində
geri qayıdaraq müstəqillik üçün
çalışmalarının lazım olduğu"
göstərilir.
1
dekabr 1894-cü il tarixli bir başqa sənəddə də
Nyu-Yorkda yaşayan ermənilərin
"Hınçakist", "Tankaran",
"Haygaganutyun", "Filarmenic",
"Hırımyan" və "Qabrielyan" adlı 6 gizli
cəmiyyətlərinin olduğu, bu cəmiyyətlərin
Osmanlı hökumətinə qarşı təxribatlarda
istifadə etmək üçün yardım
topladıqları qeyd edilir.
1894-cü
ilə aid olan bir başqa sənəddə Nyu York, Vorcester,
Boston, Providens və Çikaqo kimi ermənilərin
yaşadıqları şəhərlərdə Osmanlı
dövləti əleyhinə fəaliyyət göstərən
bir çox cəmiyyətlərin olduğu, bu cəmiyyətlərin
bir qisminin "Hınçakist" təşkilatına, bir
qisminin də münasib bir vaxtda Osmanlıya qarşı istifadə
etmək məqsədi güdən bir təriqətə mənsubluğu
yazılır.
Qiyam planları qurulur
Eyni
tarixlərə aid bir başqa sənəddə də bəzi
protestant rahiblər tərəfindən Vaşinqtonda bir erməni
cəmiyyəti qurulduqdan sonra Vaşinqton səfirinin ABŞ
xarici işlər nazirinə "Ermənilər Anadoluda
dinclik və asayişi yenidən pozarlarsa, məsuliyyətin
böyük qisminin bəzi amerikalıların üzərinə
düşəcək" dediyi göstərilir. 9 oktyabr
1895-ci il tarixli bir başqa sənəddə Amerika ermənilərinin
din adamlarının dəstəyi ilə Bostonda Osmanlı
dövləti əleyhinə böyük bir mitinqə
hazırlaşdıqları öz əksini tapıb.
30
yanvar 1896-cı il tarixli bir sənəddə Amerika
Qızıl Xaç Cəmiyyətinin başçısı
Miss Bartonun yoxsul ermənilərin xeyrinə Boston, Çikaqo və
Nyu-Yorkda mitinqlər təşkil edərək pul
yığdığı yazılıb. Eyni dövrə aid
bir başqa sənəddə də "Amerika parlamentinin erməni
məsələsi səbəbindən Osmanlı hökuməti
əleyhinə qərarlar qəbul etdiyi bildirildikdən sonra, məsələnin
müzakirə olunaraq qərarların tətbiq edilməməsi
üçün prosesin son dərəcə diqqət və həssaslıqla
izlənməsinin lazım olduğu" qeyd olunur.
Vaşinqton
səfiri əs-Seyid Mustafa Tahsin də 1896-cı il tarixli məktubunda
"Xarici gəmilərlə İstanbula gətirilən erməni
anarxistlərlə partlayıcı maddələrin Osmanlı
dövlətinə soxulmaması üçün ermənilərin
Amerikadan köçü məsələsində bəzi təhlükəsizlik
tədbirlərinin görülməsinin vacibliyi"
vurğulanır.
Diplomatın xəbərdarlığı
Digər
tərəfdən, Osmanlı sənədləri bəzi
amerikalı məmurların da ermənilərin fəaliyyətlərini
nəzarətə saxladığını əks etdirir. Amerika
baş konsulu Çarls Dickinsonun 26 mart 1901-ci il tarixli məktubunda
"Amerika tabeliyinə keçən ermənilərdə bir
qiyam qaldırmaq niyyətinin hiss edildiyini bildirərək,
Marsel, İskəndəriyyə, Batum və Odessadan gələcək
ermənilərə polis tərəfindən son dərəcə
diqqət yetirilməsinin zəruriliyi" göstərilir.
Xarici
işlər naziri Tofiqin imzası ilə 25 oktyabr 1901-ci il
tarixli bir sənəddə də Amerika hökumətinin
Osmanlı dövlətinin müdaxiləsindən sonra "erməni
komitələrinin fəaliyyətlərinin, olduqları yerlərin
izlənilməsinə və kəşfiyyat məqsədilə
xəfiyyə təyininə qərar verdiyinə dair
Amerikanın İstanbuldakı səfiri vasitəsilə onlara
məlumat verildiyi"-qeyd olunur.
Gültəkin
Ədalət.- 2011.- 5 may.- S. 5.