Tarixin nadir şəxsiyyəti

 

Dünya tarixində tək-tək şəxsiyyətlər var ki, onlar özlərinin çoxşaxəli fəaliyyətləri ilə diqqət mərkəzində olublar. Həm də bu şəxslər böyük dünyagörüşünün, bilik xəzinəsinin sahibi kimi də tanınıblar. Bax bu mənada həyatın bütün səhifələrini, bütün məqamlarını ən incə nöqtələrinə qədər bilən və öz ömrünü, öz biliyini xalqına sərf edən dahilərdən biri də Ümummilli Liderimiz Heydər Əliyev cənabları olubdur. Bütün həyatı boyu xalq üçün yaşayıb, xalq üçün işləyən böyük bir həyat məktəbi yaradan Ulu Öndərimiz xalqımızın bütün zamanlar üçün yaşayacaq, sönməyəcək bir günəşidir. O, özünün varlığı, şəxsiyyəti və ruhu ilə bu torpağı, bu xalqı həmişə yaşadıb, ucaldıb və bu gün də ucaldır.

 

 

VƏLİ ƏLİYEV

 

Ədalət.- 2011.- 6 may.- S. 4.