BUDUR XALQ
SEVGİSİ, EL MƏHƏBBƏTİ
Nəsillər dil açıb verir səs-səsə,
Budur
xalq sevgisi, el məhəbbəti.
Min
ildə bir dəfə doğulan kəsə
Budur
xalq sevgisi, el məhəbbəti.
Ölüm
peşman olub, Əzrayıl çaşıb,
Dəryalar
qabarıb, dənizlər daşıb,
Heyrətdən
yer ilə göy qucaqlaşıb,
Budur
xalq sevgisi, el məhəbbəti.
Açılıb,
qan verir ah damarımız,
Elə
bil kəsilib şah damarımız,
Qurumur
gözdəki şeh damarımız,
Budur
xalq sevgisi, el məhəbbəti.
Dərddən
dağ əyilib, yeddi qat qalıb,
Dərddən
bir ürəkdə yeddi qat qalıb,
Bu boyda
sevgiyə zaman mat qalıb,
Budur
xalq sevgisi, el məhəbbəti.
Gözümüz
öyrəndi yaş havasına,
Oyandıq
ağrının baş havasına,
Üşüyən
olmadı qış havasına,
Budur
xalq sevgisi, el məhəbbəti.
Solan bir
arzudur hər çatılan qaş,
Bükülən
bir dağdı hər əyilən baş,
Yarat bu
lövhəni, ay heykəltaraş,
Budur
xalq sevgisi, el məhəbbəti.
Yadda
milyonların biri qalacaq,
Ocağı
qalacaq, piri qalacaq,
Ölməzlər
həmişə diri qalacaq,
Budur
xalq sevgisi, el məhəbbəti.
BU DÜNYA SƏNSİZ DEYİL
Kiminsə
kölgəsinə,
şöşrətinə
qısılmaz,
Kimin
isə əlindən,
ayağından
asılmaz,
Uca
dağlar həmişə
basılmazdı,
basılmaz, -
Dağ
başı da heç zaman
dumansız,
çənsiz deyil,
Sən
varsan bu dünyada,
bu
dünya sənsiz deyil.
Min illərdi
qayalar
bir-birinə çataqlı,
Qaya meydan
sinəli,
qaya
meydan otaqlı,
Allah
nə yaradıbsa,
hər
şey yerli-yataqlı, -
Arı
balsız, pətəksiz,
bülbül
çəmənsiz deyil,
Sən
varsan bu dünyada
bu
dünya sənsiz deyil.
Vaxtımız,
zamanımız,
ayımız,
ilimizsən,
Tarix
kitablarında
danışan
dilimizsən,
Gələcək
əsrlərə
çatan
mənzilimizsən, -
Sən
varsan bu dünyada,
bu
dünya sənsiz deyil.
ŞEİRİM
Bağçalar
dolanıb
bağlar
gəzirdim,
Bülbülün
dilində
duydum
şeirimi.
Bülbül
oxuyursa,
xoşbəxtəm
demək,
Gözümün
üstünə
qoydum
şeirimi.
01.01.2011
SÖZ
Döyüşən
əsgərəm söz səngərində,
Mənim
də sinəmin sipəri sözdü.
Söz
mənim ruhumdu, söz mənim canım,
Ruhumun,
canımın təpəri sözdü.
Ürəyin
dərmanı, ruhun qidası,
Sevginin
zirvəsi, eşqin nidası,
Tanrının
göylərdən enən sədası,
Torpağa
yetirən xəbəri, sözdü.
Könül
dünyasının sərvəti, zəri,
Ruh
adlı mələkdi, söz adlı pəri.
Nə
çoxdu dünyanın şah əsərləri,
Allahın
ən böyük əsəri sözdü.
03.01.2011
SEVGİLİMİ
GÖRDÜNÜZMÜ
Söz
demişəm, bircə sözdən
küsüb
gedib,
Dəli
səhra küləyitək
əsib
gedib.
Son
görüşdə son ümidi
kəsib
gedib,
Kaş
biləydim, indi yeri
dağmı,
düzmü,
Ey səhralar,
sevgilimi
gördünüzmü?
Taleyimin
naxışıydı,
sonasıydı,
Həyat
qədər həyatımın
mənasıydı.
Sularımın
yaşılbaşlı
sonasıydı,
Kimə
deyim, güman yerim
birmi,
yüzmü,
Ey dəryalar,
sevgilimi
gördünüzmü?
Şirin
dillə taleyimə
yağ-bal
çəkib,
Gah
kiriyib, gah dillənib,
gah
lal çəkib.
Əllərimin
əvəzinə
sığal
çəkib,
Yaz
mehiylə saçlarını
hördünüzmü,
Ey
küləklər, sevgilimi
gördünüzmü?
Yanaqları
dan üzüydü,
dan
yeriydi,
Dodaqları
vermək üçün
can
yeriydi.
Baxışları
qırğın yeri,
qan
yeriydi,
Oda
düşən ruhmu, canmı,
əlmi,
üzmü,
Ey
sevənlər, sevgilimi
gördünüzmü?
Yanağı
yaş, kirpikləri
nəm
olacaq,
Ömrü,
günü hicran dolu
qəm
olacaq.
Deyirlər
ki, vəhşilərə
yem
olacaq,
Aman Allah,
deyilənlər
görən
düzmü,
Ey
şübhələr, sevgilimi
gördünüzmü?
01.03.2011
MƏN BELƏ BAŞLADIM SAZI
ÇALMAĞA
Gözümü
açanda saz gördüm evdə,
Sazsız
günlərimi az gördüm evdə.
Qəlbimə
toxunub dəyən olmadı,
Sazın
hesabına naz gördüm evdə,
Mən
belə başladım sazı çalmağa.
Körpə
beşiyindən saza baxırdım,
Evin
eşiyindən saza baxırdım.
Bizi
məclislərə buraxmırdılar,
Çadır
deşiyindən saza baxırdım,
Mən
belə başladım sazı çalmağa.
Varlığım,
həyatım saz oldu mənim,
Təcnisim,
bayatım saz oldu mənim.
Süpürgəm,
yarmaçam, oxlovum, masam,
Körpə
kainatım saz oldu mənim,
Mən
belə başladım sazı çalmağa.
Çanax
düzəldirdim, qol bağlayırdım,
Saza
bel bərkidib, bel bağlayırdım.
Kötüyün
üstünə rezin çəkirdim,
Taxtanın
üstünə tel bağlayırdım,
Mən
belə başladım sazı çalmağa.
Söhbət
atam oldu, söz anam oldu,
Bu yolda ustadım öz anam oldu.
Bezdi
əllərimdən gilas ağacı,
Gilas
qabıqları təzənəm oldu,
Mən
belə başladım sazı çalmağa.
Qonuya-qonşuya
aşıq gəlirdi,
Aşıq
gələn yerə işıq gəlirdi.
Sazım
olmayanda, mənim dadıma,
Çömçə
yetişirdi, qaşıq gəlirdi,
Mən
belə başladım sazı çalmağa.
Haqq
mənə sevgini əta veribdi,
Ana bağışlayıb, ata veribdi.
Dedilər
Zəlimxan havalanıbdı,
Haqq
ona saz adlı buta veribdi.
Mən
belə başladım sazı çalmağa,
Mən
belə başladım sazı çalmağa.
01.02.2011
EŞQ
Eşq
adamdan can istəyir,
Heç
vaxt odu soyumayan
Canda qaynar qan istəyir.
Min illəri
əvəz edən,
Bir müqəddəs an istəyir.
Eşq
bir dəli köhlən atdı,
Onu yoldan
saxlamayın,
Çapmağa meydan istəyir.
02.02.2011
HAQQ EVİ
Şair
gücü dağ kimidir,
Şeytan onu əyə bilməz.
Şair
ruhu od-atəşdir,
Buzdan paltar geyə bilməz.
Şair
ömrü əbədidir,
Zaman onu yeyə bilməz.
Şair qəlbi
haqq evidir,
Allah
heç vaxt öz evinin
Xatirinə
dəyə bilməz!
02.02.2011
EY EŞQİN ALLAHI
Ey
eşqin Allahı, yaxşı bax mənə,
Məni bəndəliyə götürərmisən?!
Mənim
xəyalımı bir yaylıq kimi,
Yar gələn tərəfə ötürərmisən?!
Səhranın
sirdaşı küləkdi, qumdu,
Torpağın naxışı toxumdu, tumdu.
Mən
qara kotanam, o qara şumdu,
Mən səpən toxumu bitirərmisən?!
Gah zildə
dil açar, gah da ki, pəsdə,
Hər gün sevənlərin qulağı səsdə.
O sənin
yanında, mən yerin üstə,
Məni sevgilimə yetirərmisən?!
04.02.2011
SƏNİN DODAQLARIN
Bir əsim
mehdən də üşüyənəm mən,
İmkanın çatırsa üşütmə məni.
Oxşa
deyirəmsə, bağrına bərk bas,
Yorğunam dedimsə, eşitmə məni.
Yanğım
illərimin o tayındadı,
Əlli il əvvəldə uyuyur indi.
Ürəyim
yenə də od parçasıdı,
Canımın alovu soyuyur indi.
Böyük
sevgilərə inanıram mən,
O
sönmür, sönsə də hər yanan ocaq.
Qəbrimin
üstündə son duanı da,
Sənin
dodaqların pıçıldayacaq!
04.02.2011
ÖZÜNDƏN KÜS
Özündən
küs, məndən niyə küsürsən,
Nə dildəsən, nə ağızda, nə dişdə.
Yandığını,
söndüyünü görmədim,
Nə közdəsən, nə kababda, nə şişdə.
Yanğı
yoxsa, səda olmur, ün olmur,
Buz ürəkdə kölgə olmur, gün olmur.
Bar-bəhrəsiz
ömür olmur, gün olmur,
Nə sözdəsən, nə əməldə, nə
işdə.
Tez
açılıb, tez sönəndi baxtımız,
Gec qurulur, tez yıxılır taxtımız.
Bu
dünyada beş-üç gündü vaxtımız,
Nə birdəsən, nə üçdəsən, nə
beşdə.
Ölü
gördüm, heç görmədim sağ səni,
Tanımadı dövran səni, çağ səni.
Xatırlamaz
aran səni, dağ səni,
Nə yoldasan, nə yamacda, nə döşdə.
İnkar
etdin hər məzhəbi, hər dini,
Daşımadın bir kimsənin dərdini.
Oynamadın
bu dünyanın nərdini,
Nə yekdəsən, nə beşdəsən, nə
şeşdə.
05.02.2011
KİMSƏSİZ UŞAQ
KİMİ
Sənən
uzaqlarda günüm gün deyil,
Suya həsrət qalan dodaq kimiyəm.
Günəş
gündüzümü qızdıra bilmir,
Gecələr qaranlıq otaq kimiyəm.
Doğma
nəfəsinə ləliyəm, acam,
Közün ortasında qovrulan sacam.
Qürbətin
şimşəyi vurmuş ağacam,
Sınıb yerə düşən budaq kimiyəm.
Ey qoynu
gülüstan, qucağı cənnət,
Kimi qocaltmayıb dünyada həsrət.
Vətən
cəsarətdi, qürbət əsarət,
Yad eldə kimsəsiz uşaq kimiyəm.
06.02.2011
DÜRÜST OLMAQ
İnsanda
taleyə bax,
Gah
qaynadı, qabardı,
gah
sustaldı, süst oldu.
Gah qara
palçıq kimi,
Qaldı ayaqlar altda.
Gah mərmərə
çevrilib
heykəl
oldu, büst oldu.
Sevgiylə
ucalanlar
Qaldı
ucalığında,
Zor
gücünə qalxanın
sarayı
alt-üst oldu.
O insanlar
döndü ki,
könüllər sultanına,
Hər
işdə, hər əməldə,
hər
sözdə dürüst oldu.
07.02.2011
SULAR BULANIB
İndi
demək çox çətindi,
Bir zaman
çox olub
Təmizlər, halallar, saflar.
Həyatı
həyat kimi yaşadıb
İmanlar, vicdanlar, insaflar.
İnsafı,
imanı yandırıb,
Duru
suları bulandırıb,
Xəbislər, nakişilər, əclaflar.
08.02.2011
ALDADILMAQ QORXUSU
Buğdanı
yesən –
Cənnətdən atılmaq qorxusu var.
Allahdan
ayrılıb
Şeytana satılmaq qorxusu var.
Halaldan
üzülüb
Harama qatılmaq qorxusu var.
Bir dəfə
aldandınsa,
Ömrün
sonuna qədər
Aldadılmaq qorxusu var.
08.02.2011
NƏYİMƏ YETMƏZ
Dərdim
də, qəmimdə yetərincədir,
Dünyanın azarı nəyimə yetməz.
Həyatla
bu qədər alver elədim,
Bu boyda bazarı nəyimə yetməz.
Sinəmə
o qədər çəkilib ki, dağı,
Əridi, qalmadı gözümün yağı.
Bu qoca
dünyanın beş arşın
ağı,
Beş qarış bazarı nəyimə yetməz.
Ölümlə
həyattək sağım, solum var,
Harda olum varsa, orda ölüm var.
Qəbir
evinədək gedən yolum var,
Ömrün bu güzarı nəyimə yetməz.
09.02.2011
ŞEİRİMİN DOĞUM
GÜNÜ
Bu gün
şeirin dünyasıdı,
tərtəzə şeirim doğulub,
O şərəfə
süfrə açıb
sözdən ziyafət verirəm.
Sözsüz
dünya lal-kar olar,
yer
çevrilər cəhənnəmə,
Qəlbimin
hər bucağında
sizə
bir cənnət verirəm.
Yer
üzünün rəssamıyam,
fırça mənim əlimdədir,
Hər
sözə bir naxış vurub
təzə bir zinət verirəm.
Arı ilə
dost olmağım
bu
gün verib bəhrəsini,
Hər
sözümə bal qatılıb
hər
kəsə nemət verirəm.
Mənim
şeirim gülüstandı,
hər
çiçəkdən dərmək olar,
Kim nə
dərsə halalıdır,
halal bir
nemət verirəm.
Təzə
ruha, təzə səsə
əl
qaldırıb amin deyin,
Bu gün
candan can ayrılıb,
könüldən sərvət verirəm.
Qəbul
etsin dəvətimi,
unutmasın söhbətimi,
Gələn
məni bağışlasın,
bir azca
zəhmət verirəm.
Safdı
ruhum, safdı eşqim,
nəfəsim də saf qalacaq,
Mən də
şeirin dünyasına
bu
cür təravət verirəm.
Ölüm
haqdı, Zəlimxan da
bu
dünyadan köçüb gedər,
Şeirim
könül əmanəti,
sizə əmanət
verirəm.
13.02.2011
MÜJDƏ GÖZLƏYİRƏM
Səhər-səhər
hansı misralar
döyəcək qapımı,
Hansı
şeir açacaq ürəyimi,
Hansı əsərim
gələcək
nəşriyyatdan.
İlk
kitabını gözləyən
gənc
şair kimi,
Müjdələr
gözləyirəm həyatdan!
26.03.2011
QAYALARIN HESABINA
Ürəyə,
yaddaşa etibar etməyib,
Daşlara yazılan xatirələr.
Uca bir
sevginin əsəridi,
Qayalar üstünə yazılan xatirələr.
Qayaların
hesabına yaşayır,
Yaddaşdan pozulan xatirələr.
25.03.2011
QƏLBİMİN SAZ PƏRDƏSİ
Qışın
vaxtı keçib getdi,
tut indi
yaz pərdəsini,
Xanəndə
dost, aşıq qardaş,
gəz
xoş avaz pərdəsini.
Qarşıdan
bir gözəl gəlir,
yeli yengələr
yıxacaq,
Dinlə
qəlbindən keçəni,
işə sal naz pərdəsini.
Elə
bilsin cənnətini yarın
qədəmində tapıb,
Hansı
aşiq duya bilsə
o sərvinaz
pərdəsini.
Olmasın
eşqə qadağa
canımı verim sadağa,
Allahım
məndən almasın
nəzir-niyaz pərdəsini.
Mən
mizrabı neyləyirəm,
Zəlimxana
bəsdi nəfəs,
O gözəlin
əli çalsın qəlbimin
saz pərdəsini.
28.03.2011
ÖMRÜNÜ SÖZƏ VER
Öz
ömrünü sözə ver,
Sözü çılpaq eləmə.
İstəyənə,
sevənə,
Gəlin kimi bəzə ver.
Arxını
ələ, çevir,
Dəhnəsini təzələ.
Şəklini,
görkəmini,
Səhnəsini təzələ.
Oğulsansa,
min ilin
Köhnəsini təzələ.
Nəyi
verirsənsə ver,
Bu
dünyaya təzə ver!
Zəlimxan YAQUB,
Xalq şairi
Ədalət.- 2011.- 7 may.- S. 12-13.