Şuşada nəyim
qaldı?
Qəbrimə
nişanə seçdiyim
Mamırlı
bir daş.
Gözümə
tökmək üçün qoruduğum
Bir
ovuc torpaq.
Ürəyimdə
bişib,
Dodaqlarımı
göynədən
Bircə
damla yaş.
Təsəlli
üçün qardaş məzarına
Qoyacağım
Xarı bülbül gülü.
Hər
səhər şehinə bələndiyim,
Üzümü
sürtdüyüm,
Gözümə
dürtdüyüm
Şehdərən
ləçəyi,
Maralotu
sünbülü.
Sehrli
nağılların
Qırx
arşınlıq
Quyularına
enən
Qırxpilləkan
yolu.
Qoxlanmamış
bənövşələrə
Keşik
çəkən
Qaratikan
kolu.
Yandırılmış
Meşəlimin
Qırxqızın,
Murovun yamaclarına
Səpələnmiş
külü.
Göyərməyən,
qurumayan
Qan
gölü.
Şəhid
anamın
"Mirzəhəsən"
qəbristanlığındakı
Məni
intiqama çağıran
Çat-çat
olmuş qəbri.
Şuşasız,
Göyçəsiz,
Laçınsız,
Kəlbəcərsiz millətimin
Tükənib
daşmayan səbri.
Xan
qızı Natəvanın,
Vaqifin,
Nəvvabın,
Bülbülün,
Üzeyirin,
Zakirin,
Cabbarın
Güllələnmiş
məzərları, heykəlləri.
Yanıb
kösövə dönmüş
Neçə
kamanın, tarın
Mizraba
həsrət qalmış telləri.
Ağ
mərmər döşənmiş küçələr,
Göy
üzünün ulduzları
Yerə
tökülmüş gecələr.
Min
illərin sehri, sirri
Yığılmış
mücrülər.
Sıldırımlı
yolların üstündə,
Ənvər
Paşanın, Soltan bəyin
Qolları
üstündə
Qalmış
şəhidlərim.
Gözümün
yaşını qurutmuş
Qəmim,
qəhərim.
Təbrizin
qənşərində,
Bakının
beş addımlığında
Əsir
düşən şəhərim.
İllərdən
bəri
Yağı
tapdağında qalan,
Daş
armudları baltalanan,
Qalaları
sökülən,
İmarətləri
talanan,
Ürəyi
oğul həsrətiylə
Bişən
şəhərim.
Yağı
əlinə düşməmək üçün
Özünü
Şırlan qayasından atan,
Qız
şəlalələrim.
Qan
çilənmiş Cıdır düzündə
Qan rəngli
lalələrim.
Dan
yeri qanla
Sökülən
səhərim.
Kişnərtisi
Qızıl qayada
Boğulub
itən,
Tövləsi,
axuru sökülmüş,
Nalları
tökülmüş,
Yüyəni,
yəhəri yandırılmış,
İnadı
sındırılmış
Kəhərim.
"Ərimgəldi"
dikdirində
Gecikən,
ləngiyən,
Nəfəsi
təngiyən kişilərin
Yolunu
gözləyən yarları.
"Vağzalı"
havası
Yarımçıq
qalan,
Əlləri
qanla xınalanan,
Gözəllərin
ruhları.
Yan
ağaclarından
Rəngli
yumaqları
Asılı
qalmış hanalar.
İlmələri
həvələnməmiş,
Çeşni
göyərçinləri
Havalanmamış
Xalçalar, xalılar.
Bağrıqan
dağının üstündə
Bir əlçim
yağışsız buludum.
"Segah"ı
yarımçıq kəsilmiş,
Tankların
tırtılı altında
Nalə
çəkə-çəkə əzilmiş
Kamanım,
udum.
Ürəyim,
gərəyim,
Duzum,
çörəyim.
Gözlərimə
güllə,
Qəlbimə
barıt,
Qurşun
doldurmuşam ki
Xilas
edim yağılardan Vətəni.
Qurtarım
yaxamı töhmətdən,
Övladlarım, nəvələrim,
Qınamasınlar məni.
Ömrümün bu qürub çağında.
Bundan sonra yurdsuz
Yaşamaq hədər.
Yaşasam da,
Tapmaram itirdiyim
qədər.
Şuşada nəyim qaldı?
Bəs nəyimi
gətirmişəm?
Tək Yaradanım bilir ki,
Şuşada özümü də itirmişəm.
Əli Mahmud
Ədalət.- 2011.- 7 may.- S. 13.