ÖZÜNÜ TƏSDİQ ETMİŞ DÖVLƏT QURUMU

 

Peşəkar, xalqa dövlətə sadiq kadrlar həmişə uğurlara imza atırlar

 

Müstəqil Azərbaycanın dövlət quruculuğunda, onun vahid bir komanda kimi özünü təsdiq etməsində müxtəlif strukturların ümumi fonda özünəməxsus yeri var. Yəni hər bir qurum, hər bir təşkilat ayrı-ayrılıqda müəyyən bir sahəni əhatə idarə etsə o, əslində bütöv bir strukturun, yəni dövlətin orqanizmlərindən birinin vəzifəsini icra etmiş olur. Cəmi halda bu orqanizmlər dövləti, lap adi bir ifadə ilə dilə gətirsək, bir varlığı ortaya qoymuş olur. Bu da təbii ki, dövlətin qüdrətini artırır, onun gücünü sübut edir yaşamına, davamlı olmasına təminat verir.

Tarixə nəzər salsaq, yaşadığımız bu 20 il ərzində müstəqil Azərbaycanın ayrı-ayrı dövlət qurumları barəsində kifayət qədər müsbət yaxud mənfi çalarları özündə əks etdirən fikirlər söyləmək olar. Bu, çox təbii bir haldır. Çünki müstəqil bir dövlətin mövcud yaşı onun qurumlarının da yaşının eyniliyi ilə təxminən uyğun gəlir, həm bu inkişaf prosesi, bu yaşam onların püxtələşməsinə, çatışmazlıqları aradan qaldırmasına, yetkinləşməsinə, oturuşmasına gətirib çıxarır. Təsadüfi deyil ki, bu gün Azərbaycanın dövlət qurumlarında bir özünütəsdiq hakimdir. Yəni bizim dövlət qurumları artıq dünya müstəvisində müəyyən paralellər aparılarsa kifayət qədər müsbət bal toplamağa, testlərdən, sorğulardan qalib çıxmağa hazırdır.

Bəli, biz tarixilik baxımından keçdiyimiz yolu gözdən keçirəndə Azərbaycanın həm dövlətçilik, həm idarəçilik həyatında öz yeri, öz sözü olan, öz xidmətləri ilə müstəqilliyimizin inkişafımızın davamlılığına sədaqətlə xidmət göstərən kifayət qədər vətəndaşlarımızın, ziyalılarımızın, adamlarımızın, o cümlədən dövlətdə müəyyən mövqe tutan məmurlarımızın adını xatırlaya bilərik. Bir anlıq həmin siyahını göz önünə gətirəndə Azərbaycan dövlətçiliyi üçün bütün səmimiyyəti peşəkarlığı ilə xidmət göstərən yarandığı gündən həmişə nümunə ola biləcək mərtəbədə dayanan Fövqəladə Hallar Nazirliyini xüsusi qeyd etməli oluruq. Bu heç adi bir təsadüf deyil. Görünür, dövlətəbağlılıq, torpağa sevgi, təmsil olunduğu komandaya sədaqət ən vacibi isə xidmət etdiyi ideyaya sonsuz sevgi bu qurumun onun rəhbərlərinin həyat amalına çevrilib.

Öncədən onu xatırladım ki, mənim yazdıqlarım bir az pafoslu səslənən fikirlərim arxasında tam bir vətəndaş səmimiyyəti dayanır. Yəni heç bir iddiada bulunmadan mən bir həyat gerçəkliyini, son günlərin fonunda təkcə özüm üçün yox, həm oxucu üçün yazmaq qərarına gəldim. Özü bu qərarın kökündə məhz faktlar, gerçəkliklər dayanır. İstənilən Azərbaycan vətəndaşı etiraf edə bilər ki, bu gün Fövqəladə Hallar Naziri vəzifəsini icra edən, general-polkovnik Kəmaləddin Heydərov rəbərlik etdiyi bütün sahələrdə həmişə yüksək intizam, qanunçuluğa dövlətçiliyə sədaqət, peşəkarlıq bir insani dəyərlərə qiymət vermək hallarını yüksəkdə saxlayıb. Onları, yəni qeyd etdiklərimi Azərbaycanın imici üçün, dövlətçiliyimiz üçün ən önəmli məqamlardan hesab edib. Özü görülən işlərin hamısında, necə deyərlər, bir səriştə, bir fövqəlbacarıq, bir ziyalı canıyananlığı, bir işıqlı adam istəyi bir duyğuları dəyərləndirməyi bacaran hərbçi istedadı ortada olub. Mən hərbçi istedadını, peşəkarlığını, səmimiyyətini ona görə vurğulayıram ki, bəzən hərbi qanunlarla yaşayan insanlarda peşədən gələn sərtlik, əzəmət bir az da laqeydlik özünü göstərir. Yəni, bu adamlar daha çox qanunları, əmrləri nəzərə alırlar, onlara qiymət verirlər, onlarla yaşayırlar, amma Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov özünün bütün təmaslarında, istər təbii fəlakətlər zamanı, istər dövlət tədbirlərində, açılışlarda onunla görüşən, ona üz tutan insanlara heç bir fərq qoymadan hamısı ilə tam səmimi bir dialoq qurur, bir münasibət yaradır. Hətta bəzi məmurlarımızdan fərqli olaraq, jurnalist həmkarlarımla görüşlərində həmin səmimiyyəti bir an da olsun arxa plana keçirmir. Həm nazir kimi danışır, həm dövlət məmuru kimi, həm hökumət adamı kimi, həm Azərbaycan vətəndaşı kimi.

Hərdən mənə elə gəlir ki, biz gerçəkliyi yazmaqda ya gecikirik, ya da nədənsə çəkinirik. Kimin kim olduğunu, kimin necə xidmət etdiyini, kimin nəyə layiq, nəyə qadir yarandığını aylarla, illərlə dilə gətirmirik. Bu, zənnimcə, heç yaxşı hal deyil. Onsuz da xalqın gözü tərəzidir. O, kimin kim olduğunu, kimin xalqa dövlətə necə xidmət etdiyini kifayət qədər görür, ölçüb-biçir, qiymətini verir. Bax elə ölkə ərazisində təbii fəlakətlər, lap elə son illərdə yol-nəqliyyat hadisələrində xəsarət alanlara yardım göstərilməsi ilə bağlı FHN-in gördüyü işləri, şəxsən Kəmaləddin Heydərovun çimərlik mövsümü ilə bağlı qadağan olunmuş ərazilərdə vətəndaşların öz həyatlarını təhlükəyə atmamaları ilə əlaqədar müraciəti, eləcə açılışları keçirilən hərbi hissələrin onlara aid mərkəzlərin, bir sözlə, FHN-in strukturunda olan bütün sahələrin necə saat mexanizmi kimi dəqiq işləməsini yada salanda dövlətimizin bu sahədə böyük uğurlara imza atmasının canlı şahidinə çevrilirik. tam əmin oluruq ki, Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev cənabları FHN-ə onun rəhbərliyinə göstərdiyi etimadla həm dövlətçiliyimizin bir strukturunun zamanın tələbi səviyyəsində inkişafına nail olub, həm bu strukturun dünya ölkələri ilə əlaqəli işinə geniş bir meydan açıb. Yəni, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər qonşu ölkələrlə, istər Avropa digər qitələrdə yerləşən müvafiq qurumlarla təması, təcrübə mübadilələri, elmi-texniki tərəqqinin imkanlarından yararlanmaq bacarığı nəhayət bu gün FHN strukturunun istənilən fövqəladə bir hadisəyə, təbii fəlakətə cavab verəcək START nöqtəsində dayanmasına həm ölkə rəhbərliyində, həm xalqda böyük əminlik vardır. Bu da məhz general-polkovnik Kəmaləddin Heydərov onun rəhbərliyi altında işləyən peşəkarların xidmətidir.

Bəli, bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyi təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da baş verən fövqəladə halların qarşısının alınmasında, insanlara ilk yardımların çatdırılmasında öz xilaskar missiyasını uğurla yerinə yetirir. Mən bir vətəndaş kimi bizim FHN-in uğurlarından qürur duyur bu dövlət qurumunun hələ bundan sonra da Azərbaycan prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında daha böyük uğurlara imza atacağına tam əminəm. İnanıram ki, bizim FHN-in əməkdaşları ən dar məqamda, ən təhlükəli yerdə, ən son nöqtədə xalqının, prezidentinin yanında olmaqla fövqəladə xarüqələr yaratmağa qadirdir.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 13 may.- S. 2.