Jurnalistlər üçün yeni kitab təqdim olundu

 

Bundan sonra hüquq terminlərinin istifadəsində səhvə yol verilməyəcək

 

Dünən Baş Prokurorluq, Azərbaycan Hüquqşünaslar Konfederasiyası Mətbuat Şurasının birgə təşəbbüsü ilə hazırlanan "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin təqdimatı keçirilib. Baş Prokurorluğun Hüquqi Təminat İnformasiya İdarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, kitab Baş Prokurorluğun media təmsilçiləri üçün bu adda hazırladığı sayca ikinci nəşrdir: "Kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosesual, əmək, mülki, inzibati xətalar məcəllələri yer alıb. Nəşrdə, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunlar da öz əksini tapıb. Bununla yanaşı, mətbuatda dərc olunan yazılarda hüquqi terminlərdən istifadə zamanı yol verilən bəzi səhvlər ümumi olaraq göstərilib".

O qeyd etdi ki, KİV dövlətin daim diqqət mərkəzində olub ölkə başçısının KİV-ə dövlət qayğısı əsasında verdiyi sərəncamlar mətbuatımızın daha dolğun həyata keçirilməsinə zəmin yaradıb: "Son illər ərzində prokurorluq orqanlarında həyata keçirilən islahatların tərkib hissəsi kimi prokurorluğun ictimaiyyətlə əlaqələrinin səmərəliliyi diqqət mərkəzində olmuşdur. Baş verən cinayət hadisələri barədə ictimaiyyətə dolğun, ətraflı məlumatların verilməsini təmin etmək, hüquqi cəhətdən maarifləndirilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq belə bir kitabın ərsəyə gətirilməsinə nail olunub. Bu nəşrin əhəmiyyətini artıran cəhətlərdən biri cinayət prossesual digər maddələrlə bağlı terminlər əsas yer tutur. Hesab edirəm ki, hüquqi mövzularda yazan jurnalistlər üçün bu kitab son dərəcə əhəmiyyətlidir. Həm hüquqi maarifləndirmə baxımından da yardımçı olacaq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın əhəmiyyətindən danışaraq, nəşrin nüsxəsinin artırılacağını söyləyib. O deyib ki, bu nəşrə qədər Mətbuat Şurası Baş Prokurorluqla birgə jurnalistlərin hüquqi maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib: "Onu da deyim ki, Baş Prokurorluq rəsmi qurumlar arasında mətbuata açıq olan qurumlardan biridir. Bir müddət əvvəl bu qurumda jurnalistlər üçün mətbuata informasiya verən qurum təsis olundu bundan sonra Azərbaycanın istənilən bir yerində baş verən hadisələrlə bağlı asanlıqla məlumat əldə etmək mümkün olub. Baş Prokurorluğun veb səhifəsində istənilən məlumatı əldə etmək mümkündür. Belə bir kitabın ərsəyə gətirilməsi Mətbuat Şurası ilə Baş Prokurorluğun uzunmüddətli fəaliyyətinin nəticəsidir. Biz hələ 2005-ci ildə razılığa gəlmişdik ki, hüquqi mövzuda yazan jurnalistlər Baş Prokurorluğun tədris mərkəzində treninqlərə cəlb olunsun. Həmin ildə bu kitabın ilk qısa variantı nəşr olunmuşdu. Bu isə bizim birgə üçüncü layihəmizdir".

O dedi ki, ümumiyyətlə jurnalistlər üçün müxtəlif sahələr üzrə terminoloji lüğətlərin nəşr olunması zəruridir: "MŞ bir müddət əvvəl YUNESKO ilə birlikdə ekologiyadan yazan jurnalistlər üçün belə bir kitab hazırlamışdı. Mətbuat Şurası olaraq "Jurnalistin kitabxanası" seriyasından nəşrlər etdirmək niyyətimiz var. Bu kitabın nəinki Azərbaycanda, eləcə dünyanın istənilən inkişaf etmiş bir ölkəsində fəaliyyət göstərən jurnalistlər üçün stolüstü kitaba çevrilməsi arzusundayıq".

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynov bildirib ki, hüquq ictimaiyyəti mətbuatla əməkdaşlıqda daha maraqlı olmalı birgə tədbirlərə üstünlük verməlidir: "Bu kitabla jurnalistlər çox dəqiq izahatlar verilmiş hüquq terminləri lüğətini əldə edirlər. Mənə elə gəlir ki, hüquqi terminlərin düzgün istifadə olunmaması halları ilə rastlaşmayacağıq həm bu sahədə iradlara son qoyulacaq. Mən həmişə jurnalistlərin hüquq mövzusunda yazılarını maraqla izləyirəm. Amma bəzən hansısa hüquqi terminin qeyri-dəqiq istifadəsini gördükdə bir qədər dözümsüzlük nümayiş etdiririk. Hətta peşəkar hüquqşünasların özü üçün hüquqi terminlərin izahatı çətinlik yaradır. Ona görə biz belə kitablar dərc etməliyik ki, lazım gələndə ondan istifadə etmək mümkün olsun. Bu mənada bu kitabın işıq üzü görməsi mühüm addımdır. Cəmiyyətimizin indiki inkişaf mərhələsində hüquqi terminlərin jurnalistlərə təqdim olunması günümüzün zərurətidir". Onun sözlərinə görə baxmayaraq ki, ictimaiyyət, həm jurnalistlər üçün ictimai-siyasi məsələlər maraq kəsb edir, amma hüquq mövzusunda olan yazılar, cinayətkarlığa qarşı mübarizə mövzusunda hazırlanan verilişlər, ümumiyyətlə, kriminal həyatla bağlı istənilən məlumatlar da ictimaiyyəti çox maraqlandırır: "Mənə elə gəlir ki, bu mövzularda olan materiallarda hüquq terminlərinin dəqiq olması həm islahatlar, həm ictimaiyyət üçün mühümdür. Bu mənada həmin layihələr çərçivəsində konfederasiya ilə birgə proyektlər həyata keçirə bilərik. Həmçinin jurnalistləri hüquq mövzularında peşəkar yazılarla həvəsləndirməkdən ötrü xüsusi nominasiyalar, təltiflər nəzərdə tutula bilər. Belə nəşrlər dərc olunmalıdır ki, jurnalistlərdən terminlərdən düzgün istifadəni tələb edə bilək".

Ə.Hüseynov deyib ki, hüquqi nəşrlər seriyasından "Müasir Hüquq Ensiklopediyası"nın hazırlanması işinə başlanılıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev bu təşəbbüsü nümunə hesab edərək, digər dövlət qurumlarının da bu istiqamətdə addım atmasını məqsədəuyğun saydığını deyib: "Bu kitab ilk növbədə Azərbaycan jurnalistləri üçün uğurlu bir məsələdir. Jurnalistlərin peşakar yazılar yazmasında əsas yardımçısıdır. Söz mətbuat azadlığının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkədə kifayət qədər çap mətbuatı, elektron KİV-lər var yeniləri yaranmaqdadır. Onlar cəmiyyətin müxtəlif sahələri barədə kifayət qədər məlumat vermək imkanına malikdirlər. Bu müddət ərzində KİV haqqında qanunlar da təkmilləşdirilmiş beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Əlbəttə söz mətbuat azadlığı, demokratik mətbuatın formalaşması üçün kifayət qədər görülsə problemlər var. Hesab edirəm ki, bu kitab həmin problemlərin bir qisminin həllində öz töhfəsini verəcək".

BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Zeynallı təqdim olunan nəşr nəinki jurnalistlərə kömək edən əvəzsiz vəsait, həm dərs dediyi fakültənin tələbələrinin mənimsəməsi üçün zəruri olan bir kitab kimi dəyərləndirdi.

Tədbirdə çıxış edən mətbuat orqanlarının rəhbərləri, jurnalistlər hüquqşünaslar nəşrin əhəmiyyətindən danışıb. Onlar da "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabını yüksək qiymətləndirdilər qeyd etdilər ki, o həm jurnalistlərin peşəkarlıq baxımından fəaliyyətlərinə təsir edəcək vəsaitdir.

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 13 may.- S. 2.