Qərb Universitetində Roland Kobia ilə görüş keçirildi

 

Qərb Universitetində Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş keçirilib. APA-nın xəbərinə görə, universitetin "Səfir saatı" proqramı çərçivəsində təşkil olunan görüşdə diplomat Avropa Birliyi, onun institutları strukturu, AB-Azərbaycan münasibətləri haqqında məlumatlar verib. Tədbir həmçinin Avropa ölkələrində qeyd olunan 9 may - Avropa Gününə həsr edilib. Məhz həmin tarixdə - 1950-ci il mayın 9-da Fransanın xarici işlər naziri Şuman Fransa ilə Almaniyanın polad-kömür sənayelərinin birləşdirilməsi ideyası ilə çıxış edib bu ideya Avropa Polad Kömür Birliyinin - yəni müasir Avropa Birliyinin yaranmasına gətirib çıxarıb.

R.Kobia bu birliyin müharibədən sonra yarandığına diqqət çəkərək AB-nin Azərbaycanın problemini anladığını söyləyib: "Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar problemini anlayırıq. Çünki bu cür münaqişələr Avropada da olub. Avropanın seçimi konfrontasiya yerinə əməkdaşlıq yollarının axtarılması oldu. Bu cür birliyin yaranması sərbəst səyahət azad ticarət zonalarının formalaşmasına, istənilən AB ölkəsində çalışmaq hüququnun əldə edilməsinə gətirib çıxardı. Bu birlik hər ölkənin özünəməxsusluğu milli ənənələrinin qorunub saxlanmasına mane olmadı. Avropa Birliyinin devizi "Müxtəlifliyi qoruyaraq birləşmək"dir".

R.Kobia AB-nin Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa başladığı vaxtdan bu yana həyata keçirilən TRASECA, İNOGATE, TEMPUS proqramlarından da danışıb. Onun sözlərinə görə, AB bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində daha çox təməl azadlıqlar, əməkdaşlıq sülh təklif edir: "Avropa Birliyi Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir mən tez-tez eşidirəm ki, AB yalnız enerji sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərir. Belə deyil. Enerji məsələsi bizim gündəmimizdədir, amma təkcə bu məsələ yox. Belə olsaydı biz hələ 1992-ci ildə - enerji məsələlərindən söhbət getməyən bir vaxtda bura gəlməzdik. Avropa Birliyi ilə Azərbaycan arasında geniş siyasi gündəm mövcuddur".

Səfir Azərbaycan iqtisadiyyatının diversifikasiyasının (müxtəlifləşdirmə) önəmini vurğulayıb: "Sizin ölkəniz zəngin təbii ehtiyatlara malikdir. Lakin Beynəlxalq İqtisadiyyat Agentliyinin məlumatlarına əsasən 10 il sonra Azərbaycanda neft istehsalı azalmağa başlayacaq. İqtisadiyyatını müxtəlifləşdirmək Azərbaycanın marağındadır".

Tələbələrin Türkiyənin AB- üzvlüyü Azərbaycanın üzvlük perspektivləri haqda sualını cavablandıran R.Kobia bəyan edib ki, din faktoru bu məsələdə rol oynamır: "Bu gün Avropada vəziyyət dəyişib. Fransa digər Avropa ölkələrində çoxlu sayda müsəlman var, məscidlər fəaliyyət göstərir".

 

 

Ədalət.- 2011.- 13 may.- S. 6.