Şirvanın
şöhrəti çinarlı Göyçay...
(əvvəli
ötən sayımızda)
Olimpiya İdman Kompleksi, şəhər
7 saylı məktəbdə süni örtüklü futbol
meydançası istifadəyə verilmişdir. Rayon mədəniyyət
evində əsaslı təmir işləri
aparılmış, R.Rzanın ev muzeyi, Əlvan uşaq
kitabxanası açılmışdır. Heydər Əliyev
muzeyi yaradılmış və qiymətli eksponatlarla təmin
olunmuşdur. Rayon mərkəzi xəstəxanasında əsaslı
təmir işləri aparılmış, təcili və təxirəsalınmaz
yardım stansiyası əsaslı yenidən qurulmuş, Ailə
planlaşdırma mərkəzi, Çaxırlı kəndində
Naftalan sağlamlıq mərkəzi istifadəyə
verilmişdir.
Dövlət Proqramlarının
uğurla həyata keçirilməsi nəticəsində
2003-2011-ci illərdə rayonda 8244 iş yeri
açılmışdır ki, bunun da 6832-i və 82.9 faizi
daimi iş yerləridir.
Abadlıq
və quruculuq
Son illər rayonda böyük
abadlıq, quruculuq işləri aparılmış, bir
sıra yeni inzibati binalar istifadəyə verilmişdir. Şəhərə
xüsusi yaraşıq verən Heydər Əliyev mərkəzi
inşa edilmiş, Heydər Əliyev prospekti, Natavan,
M.Hüseynzadə, Ə.Kərim, N.Nərimanov, Nizami, R.Rza, M.Ə.Rəsulzadə
və bir cox küçələr əsaslı yenidən
qurulmuşdur. Təkcə son 3 ildə şəhərin
küçələrinə 400 min kv.m yaxın yeni asfalt
örtüyü vurulmuş, 50-yə yaxın ictimai binanın
üst örtüyü dəyişdirilmiş, üz hissələri
qaydaya salınmışdır. Ə.Kərim adına park və
Şəhidlər Xiyabanı yenidən qurulmuş, parkda azərbaycanlıların
soyqırımına həsr edilmiş abidə kompleksi
ucaldılmış, Şəhidlər Xiyabanında şəhid
məzarları abadlaşdırılmışdır. Rayon təhsil
şöbəsi, 9 saylı ərazi vergilər idarəsi, rayon
polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondu
rayon şöbəsi, Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyi rayon şöbəsi üçün
inzibati binalar, rayon tədris istehsalat mərkəzi tikilib
istifadəyə verilmişdir.
Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin mənzil şəraitini
yaxşılaşdırmaq üçün 21 və 24 mənzilli,
10 mərtəbəli yaşayış binaları
tikilmişdir.
Şəhəri sel-sularından
müdafiə etmək məqsədi ilə 2 km. uzunluğunda
daş beton bənd inşa edilmişdir, eyni zamanda kəndlərdə
böyük tikinti, abadlıq -quruculuq işləri
aparılmışdır. Kənd investisiya layihəsi çərçivəsində
26 kənd yaşayış məntəqəsində kəndarası
yolların əsaslı təmiri, əhalinin içməli su
və suvarma suyu ilə təminatının
yaxşılaşdırılması ilə bağlı 1
milyon dollar dəyərində sosial layihələr həyata
keçirilmişdir. Çaxırlı və Bəyövül
kəndlərində əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması üçün modul
tipli su təmizləyici qurğular inşa edilmişdir.
Qızılağac, Məlikkənd, Çaxırlı, Potu və
İnçə kəndlərində əsas kəndarası
yollara asfalt örtükləri vurulmuşdur.
2011-ci ildə də rayonda
böyük tikinti proqramı həyata keçirilməkdədir.
Azrbaycan Pespublikası Prezidentinin 28 iyul 2011-ci il tarixli sərəncamına
əsasən Ləkçılpaq -Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir
avtomobil yolunun tikintisinə 2.5 milyon manat vəsait
ayrılıb və avqust ayının 2-dən tikinti işlərinə
başlanılıb. Bu günə qədər 80 min kv.m
yaxın yolun profilə salınması işləri
aparılıb, 16.8 min kubmetr həcmində təbii
çınqıl və qumdan yol döşəyi
hazırlanıb. Tikinti işlərinin noyabr ayının əvvəllərinə
kimi başa çatdırılması nəzərdə
saxlanılır.
Ərəbcəbirli kəndində
inşa edilən smeta dəyəri 3.5 milyon manat olan soyuducu
ambar kompleksində quraşdırma-sazlama işləri başa
çatdırılb və kompleks vətəndaşlardan
saxlanılmaq üçün meyvə-tərəvəz tədarükünə
başlayıb.
2010-cu ilin fevral ayında ölkə
Prezidenti cənab İlham Əliyev rayona səfəri
zamanı Bığır kəndində su elektrik
stansiyasının təməlini qoymuşdu. Smeta dəyəri
3.0 milyon manat olan və Yuxarı Şirvan kanalı üzərində
inşa edilən stansiyanın gücü 3 meqavatdır. Burada
3 turbin quraşdırılacaq, istehsal olunan enerji
Bığır və ətraf kəndlərə veriləcəkdir.
Bu günə qədər obyektdə torpaq işləri,
trubinlərin quraşdırılması üçün beton
su ötürücülərin inşası, istehsal olunan
enerjinin ötürülməsi üçün tarnsformator yarımstansiyasının
tikintisi başa çatdırılmışdır. Obyektin
cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə
saxlanılır.
Yalman kəndinin ərazisində
üzüm qəbulu müəssisəsinin və sutkada 8 ton
spirt istehsal edən qurğu komleksinin tikintisi aparılır.
Muğanlı- Göyçay
-Yevlax avtomağistralının Göyçay rayonu ərazisindən
keçən hissəsinin əsaslı yenidən
qurulmasına başlanılmışdır.
Su
təhcizatı və kanalizasiya sistemi yenidən qurulur
Göyçay şəhərinin
su təhcizatı və kanalizasiya sisteminin yenidən qurulması
işləri davam etdirilir. Tikinti işlərinə Asiya
İnkişaf Bankının ayırdığı kredit
hesabına 2008-ci ildən başlanılıb. 2010-cu ilə qədər
3 artezian quyusu qazılmış, həmin artezian
quyularından su anbarlarına 1200p/m uzunluğunda boru xətti
çəkilmişdir. İstehsal bazasının, idarə
binasının, su qəbuledici kameranın, nasosxananın
xlorlama sexinin tikintisi, nasosxanadan su anbarınadək
daşıyıcı kəmərin çəkilişi
başa çatdırılmışdır. 2010-cu ilin fevral
ayında tikinti işləri dayandırılmışıdr.
Hazırda sifarişçi təşkilat olan "Azərsu"
tərəfindən tikinti işlərini davam etdirmək
üçün tender elan edilmiş və qalib təşkilatın
müəyyənləşdirilməsi prosesi gedir. Bu günlərdə
tikinti işlərinin başlanılması nəzərdə
tutulur.
Rayon mərkəzində əsaslı
təmir olunan mehmanxana binasında son tamamlama işləri
aparılır. Yüksək zövqlə və müasir tələblər
baxımından yenidən qurulmuş bina ilin sonunadək
istifadəyə veriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 04 iyul 2011-ci il tarixli sərəncamına əsasən
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin
ehtiyat fondundan Rayon İcra Hakimiyyəti binasının yenidən
qurulması və ətraf ərazinin
abadlaşdırılması üçün vəsait
ayrılmışdır. Tikinti işlərini aparmaq
üçün Göyçay rayonundakı "ATF" MMC-i
ilə müqavilə bağlanılıb. İyul ayından təmir
işlərinə başlanılıb. Təmir işlərinin
cari ilin sonuna qədər başa çatdırılması nəzərdə
saxlanılır.
Həmçinin Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 12 avqust 2011-ci il tarixli sərəncamına
əsasən Çərəkə kənd 2 saylı 360
şagird yerlik tam orta məktəbinin tikintisinə başlamaq
üçün 300 min manat, Göyçay şəhər 12
saylı uşaq baxçasının əsaslı təmiri
üçün 200 min manat vəsait
ayrılmışdır. Göstərilən obyektlərin
tikintisi üçün müvafiq layihə-smeta sənədləri
hazırlanmış və tikinti işlərini aparmaq
üçün podratçı təşkilatla müqavilə
bağlanılmışdır.
Məzahir
Əhmədoğlu,
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2011.-1
noyabr.-S.7.