Balakən:
dağlar kimi əzəmətli...
Prezident ölkədə
bütün sahələrin inkişafından
danışıb
24 oktyabr 2011-ci ildə Nazirlər
Kabinetində keçirilən cari ilin 9 ayında sosial-iqtisadi
inkişafın yekunlarına həsr olunmuş müşavirədə
2011-ci ilin keçən dövrü ərzində ölkə
iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə
qazanılmış uğurlardan
danışılmışdı.
Müşavirəyə sədrlik
edən Azərbaycan Respulikasının Prezidendi İlham Əliyev
qeyd etmişdir ki, bu ilin 9 ayında ümumi daxili məhsul
istehsalı 0,5 faiz, sənaye məhsulu istehsalı 9,2 faiz, kənd
təsərrüfatı məhsulu istehsalı 7,6 faiz
artmışdır. Makroiqtisadi vəziyyət sabit
qalmış, inflyasiya 8,4 faiz təşkil etmiş, ölkənin
valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. Əhalinin
pul gəlirləri 19 faiz artmışdır. İqtisadiyyatımızın
neft amilindən asılılığı böyük dərəcədə
aşağı enmiş, ölkədə güclü sənaye
potensialının yaradılması istiqamətində tədbirlər
uğurla icra olunmuşdur. Regionun aparıcı dövlətinə
çevrilən ölkəmizin iştirakı olmadan bölgədə
iqtisadi, siyasi, enerji və digər layihələri
reallaşdırmaq qeyri-mümkündür. Bütün sahələr
üzrə inkişafı təmin edən işlək
mexanizmlər sayəsində son 8 ildə ölkədə
ümumi daxili məhsul istehsalı 3 dəfə
artmışdır
Balakən rayonu yeni uğurlara imza atır
Bütün bu nailiyyətlərin
nəticəsi regionların
sosial-iqtisadi və mədəni inkişafında
xüsusi mərhələlərlə
reallaşmaqdadır. Hətta ən
ucqar bölgələrin
həyatındakı dəyişiklik
və müasirləşmə
aydınca görünür,
fərəh doğurur.
Balakən də daimi inkişafda olan rayonlarımızdandır. İki xarici dövlətlə həmsərhəd olan Balakən rayonu haqqında cox söhbətlər açılıb,
buradakı inkişaf və yeniləşməni
məqalələr və
fotolarla oxucuların diqqətinə çatdırmışıq.
Şimal- qərb bölgəmizin sərhəd
qapısında, Böyük
Qafqazın cənub ətəklərində - doğma
Balakənimizdə yeni
uğurlara aparan sanballı işlər, tədbirlər ara
vermir, yüksək templə davam edir. Balakən rayon icra hakimiyyətinin
başçısı İslam
Rzayev və komandası camaatla əl-ələ verərək
qazanılan uğurları
daha da möhkəmləndirmək
əzmindədir. Ölkə rəhbərinin
yüksək etimadını
layiqincə yerinə yetirməyə çalışan
başçının hər
gün kəndlərdə,
tikinti meydanlarında,
sakinlərlə bir yerdə görmək adi hal alıb.
Balakənlilər İ.Rzayevin işgüzarlığını
və səmimiliyini yüksək dəyərləndirir,
bu səbəbdən də Prezidentə minnətdar olduqlarını
bildirirlər.
Balakən rayonunda da
2011-ci ilin 9 ayında görülmüş işlərə
həsr olunmuş müşavirə keçirilmişdir.
Regional, tarazlı inkişafın
təmin olunması istiqamətində qəbul
olunan "Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın rayonda icrasının sürətləndirilməsi,
eyni zamanda, həmin proqramda nəzərdə tutulmayan
digər mühüm tədbirlərin həlli məqsədilə rayonun
2011-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Proqramı işlənib
hazırlanmış, ictimaiyyətin
müzakirəsinə verilmiş,
şura yığıncağında
təsdiq olunmuşdur.
Proqramda
10 bölmə üzrə
83 tədbir nəzərdə
tutulmuşdur. Artıq Proqramda
nəzərdə tutulan
tədbirlərin icrasına
başlanmışdır.
2011-ci ilin 9 ayında rayonda ümumi məhsul buraxılışı 83,6
milyon manat təşkil etmişdir.
39,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu,
5,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 8,8 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən
ilin müvafiq dövrü ilə müqayisədə kənd
təsərrüfatı məhsulu
istehsalı 13,7 faiz, sənaye məhsulu istehsalı 15,1 faiz, pərakəndə əmtəə dövriyyəsi
17,0 faiz artmışdır.
Ümumi məhsul buraxılışında kənd
təsərrüfatının xüsusi çəkisi 47,2 faiz, sənayenin
xüsusi çəkisi
6,5 faiz olmuşdur.
Aqrar sahəyə dövlət qayğısı
Rayonda 9126 hektar sahədə
yazlıq və payızlıq bitkilər əkilmişdir. Onun 356 hektarı
payızlıq taxıl
olmuş, 494 ton məhsul
yığılmışdır. Bu ilin əvvəlində
fasiləsiz yağan yağışlar kənd
təsərrüfatına olduqca
mənfi təsir göstərmişdir. Taxıl sahələrinin
su altında qalması, əkin yerlərinin su basması kimi baş vermiş hallar bütövlükdə
kənd təsərrüfatına
güclü ziyan vermiş və nəticədə məhsuldarlıq
aşağı düşmüşdür.
2011-cu ildə 8770 hektar sahədə yazlıq bitkilərin əkilməsi təmin edilmişdir.
Rayonda 4865 hektar qarğıdalı,
260 ha lobya, 1928 ha tərəvəz,
299 ha bostan, 798 ha kartof,
616 ha yonca əkilmişdir.
Əvvəlki illərin müvafiq
dövrünə nisbətən
273 ha qarğıdalı, 13 ha tərəvəz və 22
ha kartofun artıq əkilməsi təmin edilmişdir.
Təsərrüfatın
digər sahələrində
olduğu kimi, heyvandarlığın inkişaf
etdirilməsi sahəsində
də müəyyən
işlər görülmüş,
əvvəlki ilə nisbətən rayonda iri buynuzlu mal-qaranın sayı 24 baş, ana malın
sayı 119 baş, xırdabuynuzlu mal-qaranın
sayı 883 baş artmışdır.Bütövlükdə,
2011-ci ilin 9 ayında rayonun kənd təsərrüfatından 39,5 milyon manatlıq gəlir əldə edilmişdir. İstehsal olunan məhsulun
63 %-i bitkiçilik,
37 %-i isə heyvandarlıq məhsullarının
payına düşmüşdür.
Nəticələr fərəh
doğurur
Dövlət Proqramına uyğun
tikilib istifadəyə verilən "Azəryemsənaye"
MMC-də 2011-ci ilin 9 ayında 960 ton qüvvəli yem istehsal
olunmaqla rayonun və respublikanın digər rayonlarının
fermerlərinə satılması təşkil edilmişdir. Eyni
zamanda, müəssisə tərəfindən ətlik
heyvandarlığın inkişaf etdirilməsi istiqamətində
də işlər görülür. Rayonun Katex kəndində
yaradılmış heyvandarlıq fermasında xaricdən 450
baş yüksək məhsuldar mal-qara gətirilmişdir. Bu
da rayonda mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına və ət
istehsalının artırılmasına imkan verəcəkdir.
Azərbaycan Respublikası
Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" Sərəncamının
icrası ilə əlaqədar 2607 nəfər məhsul
istehsalçısına becərdikləri 5034,60 ha sahəyə
görə 201384 manat yardım hesablanmış və plastik
kartla istehsalçılara ödənilməsi təmin
edilmişdir.
(ardı
gələn sayımızda)
Məzahir
Əhmədoğlu,
Azərbaycan
Respublikasının
Prezidenti yanında kütləvi
informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə
yardımı ilə
Ədalət.-2011.-2
noyabr.-S.7.