"Eurovision" öncəsi Bakı otellərinə xüsusi tapşırıq

 

Bakının düz mərkəzində, metronun "Sahil" stansiyasının yanında yerləşən "Cənub" mehmanxanası düz bir aydır ki, işini dayandırıb və otelin pəncərələri sökülüb, amma bundan sonra heç bir görülməyib. İşçilər mehmanxananın yiyələrinin oteli söküb yenidən tikmək və ya rekonstruksiya etmək barədə bir qərara gələ bilmədiklərini deyirlər.

   "Əsas məsələ işi "Eurovision"a qədər çatdırmaqdır, qorxurlar ki, söksələr, yenidən tikib çatdırmaq mümkün olmaz, ona görə də bir aydır ki, müxtəlif hesablamalar aparırlar",- deyə otelin mühafizəsi ilə məşğul olan işçilərdən biri söyləyir.

   Otel rəhbərliyinin bu qərarı çoxlarını təəccübləndirir. Əslində şəhərin ən ucuz mehmanxanası sayılan, cəmi 30 - 50 manat qarşılığında xidmət göstərən "Cənub" mehmanxanasının ciddi şəkildə müştəri problemi yox idi. Türkiyədən və İrandan, eləsə də rayonlardan Bakıya mütəmadi olaraq 1-2 günlüyə gələn qonaqların çoxu gecələmək üçün bu oteli seçirdilər. Lakin "Eurovision"a hazırlıq şərtləri dəyişib və artıq şəhərdə 30-40 manata Avropa standartlarına uyğun şəkildə, bahalı otellərə yaxın səviyyədə xidmət göstərən otellər də peyda olub.

   Bu məsələdə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu olub. Nazirliyin tədqiqatlar, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun dediyinə görə, nazirlik nisbətən ucuz 2 və 3 ulduzlu otellərin, qest-hausların açılmasında maraqlıdır: "Xarisi investorlar onsuz da premium klass 5 ulduzlu otellərin tikintisinə maliyyə yatırırlar. Biz isə yerli adamlarını, həmçinin xarici investorları həvəsləndiririk ki, aşağı qiymətə xidmət göstərən aşağı klasslı otellərin tikintisinə sərmayə qoysunlar".

   Nazirlik təmsilçilərinin bu tövsiyələri gələn il Bakıda keçiriləsək "Eurovision" müsabiqəsinə gözlənilən qonaqların çoxunun gənclərdən ibarət olacağı ilə bağlıdır. Bu gənclərin imkanı adətən aşağı oluronlar əsasən ucuz otellərdə və qest-hauslarda qalmağa üstünlük verirlər.

   Mədəniyyət və Turizm Nazirliyinin (M&TN) tövsiyələri həm də iki-üç mərtəbəli fərdi evlərin otelə çevrilməsini də əhatə edir. Nazirlik təmsilçilərinin sözlərinə görə, bunu rəsmiləşdirməyin proseduru elə də mürəkkəb deyil. Yəni əgər vətəndaşın evi otel üçün yararlıdırsa və lazımi standartlara cavab verirsə, nazirlik 5 və daha artıq nömrəsi olan tikililərə otel kimi lisenziya verilməsinə heç bir məhdudiyyət qoymur. Rəhman Oruclunun sözlərinə görə, artıq Bakıda bir neçə fərdi evin otelə çevriliməsi faktı qeydə alınıb.

   "Bu məsələyə meyl artmaqdadır. Metronun "Gənclik" stansiyası, Badamdar qəsəbəsi tərəflərdə artıq bir neçə belə kiçik otel açılıb. Üç-dörd otelin sənədləri də təqdim olunubonlar da standartlara uyğunluğu tam təmin etdikdən sonra lisenziya alacaqlar", - deyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi bildirir.

   "Məqsəd ondadır ki, qonşu ölkələrin, ölkə regionlarının nisbətən aşağı imkanlı insanları Bakıya gələndə qalmağa yer tapsınlar, təsadüfi, tanımadıqları insanların evlərində kirayə qalmağa məcbur olmasınlar. Standartlara uyğun, təmiz və gigiyenik, təhlükəsiz yerlərdə gecələyə bilsinlər",- deyə Rəhman Oruclu bildirir.

   Yeni açılmış mehmanxana tipli obyektlərin dərəcəsi aşağı olsa da onlar müştərilərə xidmətdə heç də yüksək ulduzlu otellərdən geri qalmırlar. Məsələn, İçərişəhərdə yeni açılmış oteldə qiymətlər qonşuluqdakı otellərdən xeyli aşağıdır. Üç mərtəbəli, görünüşündən villa tipli evləri xatırladan otel bir nəfərlik otaq üçün 60 manat, iki nəfərlik otaq üçün 80 manat, yəni adambaşına 40 manat istəyir. Bu, qonşuluqda yerləşən otellərin bir neçə ay qabaq, yəni bu otelin açılmasından bir xeyli qabaq tələb etdikləri qiymətdən müvafiq olaraq 2-3 dəfə aşağıdır. Müştərilər də otelin xidmətindən çox razıdırlar.

   Moskvadan olan turistlər ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı otelin xidmətindən çox razı olduqlarını söylədilər: "Biz energetika sahəsində çalışırıq, işlə əlaqədar olaraq Bakıya tez-tez gəlirik. Həmişə burda qalırıq, çünki qiymətlər əlverişlidir, xidmət isə bahalı otellərdəkinə uyğundur". Gest-haus tipli otelin öz restoranı olmasa da, bufetində hər gün qonaqlara pulsuz səhər yeməyi verilir, yəni qonaqlar İsveç masası üslubunda omlet, yarma sıyığı, kolbasa, sosiska və ət yeməkləri ilə təmin edilir. Otel qonaqların günün qalan vaxtlarında normal qidalanmasının da qeydinə qalır və onların yemək sifarişi yaxınlıqdakı restoran vasitəsi ilə ödənir. Yəni qonaqların sifarişi restorana çatdırılır və oradan sifarişlər birbaşa otaqlara verilir. Otel bu xidmətə görə heç bir komisyon haqqı tutmur. Yəni qonaq oteldə də, restorandakı kimi düşbərəni 2 manat 40 qəpiyə, dovğanı 1 manat 50 qəpiyə, pendirli omleti 1 manat 60 qəpiyə, sıyığı 1 manat 60 qəpiyə əldə edə bilər. Bütün otellərdə otaqlara xidmətlə bağlı xidmət haqqı tutulduğu halda, otel bundan imtina edilib. Otelin qəbul masasının işçisi Lyubov Bokova bu addımın səbəblərini açıqlayır: "Bilirsiniz, turistlər qənaətcil və dəymə-düşərdirlər. Onlar üçün rahatlıq və usuzluq önəmlidir. Siz onlara nəyisə baha sata bilərsiniz, heç nə demədən pulunu ödəyəcəklər, amma birbu otelə gəlməyəcəklər. Bu nüansı həmişə nəzərə alırıq".

   Otelin belə ucuz xidmət göstərməsi İçərişəhərdəki digər otellərin də qiymətini salıb. İçərişəhərdə vaxtı ilə gecəni 120 manata təklif edən otellər hazırda qiyməti 80 manata salıblar. Ümumiyyətlə, son zamanlarda şəhərdə otellərin qiymətlərində xeyli azalma var. Məsələn, şəhərin mərkəzindəki "Araz" oteli yeri 30-40 manata təklif edir. Nisbətən şəhər ətrafında - avtovağzalda yerləşən 4 ulduzlu "Konfort İNN" də yeri həmin qiymətə təklif edir.

   Lakin bununla belə, bu tipli otellərin sayı çox azdır və gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" yarışmasına gələcək qonaqların ehtiyacını tam ödəyəcəyinə inanmaq çox çətindir. Fakt budur ki, şəhərin əsas otelləri bundan xeyli baha qiymətə nömrələr təklif edirlər. Hətta Bakının otel bazarı barədə məlumat verən "tripadvisor.ru" saytında şəhərin ən ucuz otellərinin qiyməti 100-120 manatdan başlayır.

   Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il şəhərdə istifadəyə verilməli olan altı yeni iri otelin altısı da beş ulduzdur. Onlardan ikisi - "Kempinski Badamdar" "Hilton Bakı" artıq istismar edilir, başqa otellər - "Flame Tower", "Four Seasons", "Absheron-SW Marriot", "Dedeman Hotels Resorts International" açılmaq ərəfəsindədir.  

   Hətta Bakıdakı mövcud yataq yerlərinin sayının da "Eurovision"un qonaqları üçün yetərli olmayacağı təhlükəsi var. Rəsmi statistikaya görə, hazırda Bakı otellərinin mehmanxana tipli obyektlərin toplam yataq sayı 11 min ətrafındadır. İstifadəyə veriləcək yeni otellər isə bu sayı yalnız bir neçə min artıra bilər. Hətta əgər bu otellərin hamısı gələn ilin may ayında qiyməti 30-40 manata salıb "Eurovision-2012"də gələcək gənclərə xidmət eləsə belə, Bakının on minlərlə qonağı harada gecələmək sualı qarşısında qalacaq. Çünki, əksər ekspertlərin fikrincə, "Eurovision-2012"nin qonaqlarının sayı şəhər otellərinin yerləşdirmə imkanından bir neçə dəfə çox olacaq.

   Amerikanın Massaçuset Texnologiya İnstitutunun məzunu, şəhərsalma üzrə ekspert Fuad Səfərlinin sözlərinə görə, şəhərin "Eurovision-2012" günlərində Bakıya 70 minə yaxın turist gələ bilər: "Bakıya ən çox qonaq İran İslam Respublikasından gələcək. Nəzərə almaq lazımdır ki, bu ölkənin gənclərində Avropa mədəniyyətinə böyük maraq var, amma imkanları elə yüksək deyil, avtobusa minib gələsəklər, usuz yer tapıb qalmaq istəyəcəklər. Buraya Türkiyə Gürcüstandan da maraq çox olacaq, çünki gəlmək çox asandır, o ölkələrin gənclərində "Eurovision"a maraq çox yüksəkdir. Eyni zamanda, Rusiya Qazaxıstanı, Orta Asiya respublikalarını da unutmaq olmaz, onlardan da gələn çox olacaq, qatara, bərəyə oturub gələcəklər. Təbii ki, burada bu otellərlə aşmayacaq"

   Bir şeyi qeyd etmək lazımdır ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi otellərə xüsusi tapşırıq verib ki, "Eurovision-2012" günləri üçün bəri başdan yerləri bronlaşdırmasınlar və bununla bağlı turist şirkətləri ilə sazişlər bağlamasınlar. "Biz otelləri düşünərək bu addımı atmışıq. İndidən sazişləri ucuz qiymətə bağlaya bilərlər, amma biz düşünürük ki, "Eurovision" günlərində qiymətlər qalxa bilər. Ona görə də otellərə tövsiyə edirik ki, gözləsinlər və əlverişli qiymətlərlə saziş bağlasınlar", - deyə nazirlikdən bildiriblər.

   Nazirliyin bu addımı da Bakıya avtostopla gələn və maddi imkanı aşağı olan turistlər üçün otelləri əlçatmaz edəcək.

   "Eurovision" turistləri üçün bahalı olan digər bir turizm xidməti isə bələdçi qiymətləridir. Bu işlə məşğul olan Bakı Səyahətlər və Ekskursiya Bürosundan 1 saatlıq bələdçi xidmətini 20 manata təklif edirlər ki, bu da dünyanın başqa turizm mərkəzləri ilə müqayisədə bahadır. Məsələn, İstanbulun məhşur Sultan Ahmed muzeyində bələdçi xidmətini 5 dollara təklif edirlər və heç bir vaxt məhdudiyyəti qoymurlar.

   Mədəniyyət və Turizm Nazirliyindən də bələdçi qiymətlərini baha sayırlar. Nazirliyin əməkdaşı Rəhman Oruclu bunu bələdçilərin sayının azlığı ilə izah edir: "Axtarsan, 5 nəfər peşəkar bələdçi tapa bilməzsən. Onlara davaxt müraciət edirsən, deyirlər ki, vaxtı yoxdur. Biz bu məsələni bazar üsulları ilə həll etməyi qərara almışıq, artıq bələdçilərin hazırlanmasına başlamışıq. İlk qrup təlim görübsertifikat alıb. Bələdçilərin sayı artıqca qiymət də dəyişəcək və "Eurovision" günlərində normal səviyyəyə qədər enəcək".

   Lakin Rəhman Oruclu "Eurovision - 2012"yə 70 min turistin gələcəyi barədə deyilən ekspert rəylərini o qədər də ciddi saymır: "Düzdür, İran ciddi amildir. Amma unutmayın ki, İrandan buraya keçid sərbəst deyil, viza ilədir. Ekspertlərin iddia etdiyi sayda vizaların verilməsi texniki cəhətdən mümkün deyil. Azərbaycanın Tehran və Təbriz konsulluqları gündə nə qədər viza verə bilər ki, 70 min adam gəlsin? Təbii ki, nə qədər çox adam gəlsə, bizim üçün bir o qədər yaxşıdır və nazirliyin bununla da bağlı planları var".  

   Ekspert Fuad Səfərli isə Azərbaycan paytaxtında 70 minə yaxın turisti qəbul etmək üçün imkanların olduğunu vurğulayır: "Birincisi, şəhər ətrafındakı istirahət mərkəzlərini, çimərlikləri və əyləncə mərkəzlərini bu işə cəlb etmək olar. Bunun üçün sadəcə xüsusi nəqliyyatlar təşkil etmək lazımdır. İkincisi, şəhərin kirayə biznesinin imkanlarından tam yararlanmaq lazımdır. Şəhər əmlakçılarını bu işə cəlb etmək lazımdır ki, potensial imkanları tam üzə çıxara bilsinlər. Həm də yeni tikilmiş binaları sürətlə istifadəyə tam yararlı hala salmaq üçün maliyyə vəsaitləri ayırmaq lazımdır ki, lazım gələndə onlardan pansionatlar kimi istifadə etmək mümkün olsun. Məncə, bu işə yatırılan vəsait boşa getməz və əlavə gəlir də gətirə bilər".

Ədalət.-2011.-4 noyabr.-S.8.