Bugünkü uğurlar sabahın təməlidir

 

  Arxada qalan ayın sonlarında ölkə ərazisində keçən qeyri- sabit hava şəraiti, günlərlə yağan leysan yağışlar Biləsüvar rayonunda da bir sıra çətinliklər yaratmışdır. Sakinlərin əkin sahələri ilə bərabər mənzilləri də yağış sularının altında qalmışdır. Pambıq əkini ilə məşğul olan ayrı-ayrı şəxslər bu yağışın daha çox zərərini görməli olmuşlar. Aylarla əziyyət çəkən pambıqçılar məhsul yığımının ən qızğın çağında tarlada qalan "ağ qızıl"ın taleyindən xeyli narahatlıq keçirmişlər. Heç şübhəsiz ki, onların bu narahatlığına ancaq hava şəraitinin yaxşılaşması son qoya bilər.

   Noyabırın ilk günlərində yağışların dayanması onları yenidən pambıq tarlalarına tələsmələrinə şərait yaratmışdır. Elə ona görə də bu fürsəti heç kim əldən vermək istəmir. Mütəxəssislərin hesablamalrına görə bu il Biləsüvar rayonunda pambıq istehsalının həcmi 15 min tondan çox olacaqdır. Buna görə də pambıq istehsalı ilə məşğul olan təşkilatlar tərəfindən qalan məhsulun qısa müddətdə sahələrdən yığılması üçün lazimi tədbirlərin həyata keçirilməsi çox vacibdir. Bununla yanaşı Biləsuvar rayonunda yadda qalan uğurlu tikinti işləri kifayət qədərdir. Bu ilin 9 ayı ərzində rayonda aparılan tikinti, abadlıq işlərinin miqyası bir qədər də genişləndirilmişdir. Ələt- Astara, Biləsuvar-Bəhrəmtəpə maqistral avtomobil yollarında yüksək keyfiyyətli təmir işləri davam etdirilmişdir. Rayon mərkəzinin daxili küçələrində 8 kilometr, kəndlərdə 1,6 kilometr yolda əsaslı tikinti işləri aparılmaqla yollar asfaltlaşdırılmışdır. Daxili imkanlar hesabına kəndlərdə 45 kilometr yol qum-çınqıl qarışığı ilə təmir edilmişdir. Biləsuvar- Bəhrəmtəpə maqistral avtomobil yolunun 4-cü kilometrliyində 7 aşırımlı, 230 metr uzunluğunda körpünün tikintisi başa çatdırılmışdır.

   Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli, 16 mənzilli yaşayış binası, kəndlərdə 9 ədəd bir mərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. Maliyyə idarəsinin inzibati binasının, Əliabad kənd orta məktəbinin əsaslı təmiri uğurla yekunlaşmışdır.

   Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailə üzvləri üçün iki mərtəbəli yaşayış evi inşa edilərək bütün şəraiti ilə sakinlərinə verilmişdir. Qəhrəmanın adını daşıyan küçədə abadlıq, yenidənqurma işləri davam etdirilir.

   Səmədabad kəndində Yanğından Mühafizə bölməsinin, şəhər ərazisində "Bayraq meydanı"nın, 2 hektar ərazidə yeni parkın, Baytarlıq idarəsinin yeni inzibati binasının, Vergi terminalının tikintisi davam etdirilir.

   Rayon üçün həyati əhəmiyyət kəsb edən şəhərin içməli su təhcizatının yenidən qurulması, kanalizasiya sisteminin yaradılması işlərinə artıq start verilmişdir.

   Biləsuvar sakinlərinin Sosial şəraitlərinin yaxşılaşdırılması üçün ötən 9 ayda kifayət qədər iş görülmüşdür. Vaxtı ilə qaz almış 7 kəndin təbii qazla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Artıq 5 kənddə daşıyıcı və paylayıcı küçə qaz xətlərinin təmir -bərpa işləri başa çatdırılmışdır. 2 kənddə isə qaz xətlərinin təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Daha 6 kəndi təbii qazla təmin etmək üçün layihə-smeta sənədləri hazırlanır.

   Biləsuvar sakinlərinə keyfiyyətli rabitə xidməti göstərməkdən ötrü rayonun mərkəzi ATS-ində müasir avadanıqlar quraşdırılmış, 4512 nömrə tutumlu elektron ATS istifadəyə verilmişdir.

   2011-ci ilin 9 ayı ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən 21 sahikarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,2 milyon manat güzəştli kredit verilmişdir.Bu müddət ərzuində rayonda 101 fərdi ev tikilmiş, ümumi mənzil fondu 1601,5 min kvadratmetrə çatdırılmışdır.

   Haqqında bəhs edilən dövr ərzində 1285 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir.12231 nəfər əmək pensiayçısına xidmət edilmişdir ki,onlardan 6774 nəfərdən yaşa görə, 4163 nəfəri əlilliyə görə ,1894 nəfəri ailə başçısını itirdiyinə görə pensiya alanlardır.Ayrı-ayrı ixtisasalar üzrə 366 nəfər daimi işlə təmin edilmişdir.

   Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığından Biləsuvar rayonunda da aqrar inkişafın dinamikası hər gün daha da artır. Rayonda mülkiyyətçilər tərəfindən 46050 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır.Bundan 24534 hektarı payızlıq taxıl ,21516 hektarı isə yazlıq əkinlər təşkil edir.Payızlıq əkinlərin 13338 hektaı buğda ,11046 hektarı isə arpa bitkisinin payına düşür.

   Ötən müddət ərzində rayon üzrə taxıl sahələrindən məhsul istehsalı 57215,8 ton olmuşdur ki,bu da hər hektardan 23,4 sentner məhsuldarlıq deməkdir.

   Hazırda isə Biləsuvar rayonunda payızlıq taxıl əkinlərinə hazırlıq işləri davam etdirilir.2012-ci ilin məhsulu üçün təxminən 15500 hektar buğda ,12000 hektar arpa olmaqla rayon üzrə 27500 hektar sahədə payızlıq taxıl əkini aparılacağı proqnozlaşdırılır.

   Burda bir məqamı da qeyd etmək lazımdır ki, payızlıq əkinə hazırlıqla bağlı rayon Aqroservis filialında ,eləcə də ayrı-ayrı fiziki şəxslərdə işlək vəziyyətdə olan 174 ədəd şum tarktoru ,148 mala ,80 ədəd taxıl səpən aqreqatlar vardır.Bu texnikalar payızlıq şumun və səpinin aparılması üçün kifayət qədərdir.

   Biləsuvarda heyvandarlığa da xüsusi önəm verildiyindən bu sahədə son vaxtlar bir sıra uğurlara imza atılmışdır.İndi rayonda iribuynuzluların sayı 39125 -ə ,xırdabuynuzluların sayı isə 134109 başa çatdırılmışdır.Ət istehsalı 3885 tona,süd istehsalı isə 17779 tona yüksəlmişdir.

   Rayonda bir sıra iqtisadi, siyasi uğurlarla bərabər təhsil sahəsində də öyünməli sahələr çoxdur. Biləsuvardakı 26 tam ,10 ümum orta , 3 məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının daim möhkəmləndirilməsi təhsil sahəsində qazanılan uğurların əsasını təşkil edir.9 ümumtəhsil müəssisəsində müasir standartlara cavab verən təmir aparılmışdır.

   11 məktəbdə şagirdlərin elmi biliklərə daha yaxşı yiyələnmələri üçün əlverişli şərait yaradılmışdır.

   Bu ilin yayında 146 nəfər biləsuvarlı məzun ali təhsil ocaqlarının ,70 nəfər isə orta -ixtisas məktəblərinin tələbə biletlərini qazanmışlar. Onlardan 9 nəfəri 600-dən ,21 nəfəri isə 500-dən çox bal toplamışlar.

   2011-ci ilin oktyabr ayında Azərbaycan Prezidentinin sərəncamı ilə Xırmandalı kənd 1 saylı orta məktəbin direktoru Firidun Hüseynov "Respublikanın Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

   Rayon sakinlərinin firavan yaşamaları ilə bərabər həm də onların sağlamlığını qorumaq üçün səhiyyə xidmətinin daim yaxşılaşdırılması da diqqət mərkəzindədir.Bu gün rayon sakinlərinin sağlamlığının qorunmasında 1 Mərkəzi Xəstəxana ,Uşaq xəstəxanası ,Xırmandalı kənd xəstəxanası ,21 həkim və feldşer -mama məntəqəsi fəaliyyət göstərir.Rayonda 106 nəfər həkim ,291 nəfər orta tibb personalı sakinlərin sağlamlığı keşiyində dayanırlar.Ana və uşaqların mühafizəsi gücləndirilmiş,"Ailə Planlaşdırılması və Reproduktiv Sağlamlıq" proqramı daha dolğun həyata keçirilməyə başlanmışdır.

   Rayon mərkəzində inşa edilmiş Uşaq Sağlamlıq Mərkəzi sağlamlığın keşiyində durmaqla bərabər ,həm də şəhərə xüsusi yaraşıq verir.

   2011-ci ilin çox böyük bir hissəsi arxada qalmışdır Biləsuvarda bu müddət ərzində xeyli də iş görülmüşdür. Bütün bunlar isə sabahkı uğurların böyük təməlidir.

 

 

   Səxavət Məmmədli,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütlƏvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

  Ədalət.-2011.-5 noyabr.-S.9.