Qədim Şəki yeni mərhələdə
(əvvəli
ötən sayımızda)
2011-ci ilin 9 ayında rayonda iqtisadi
və sosial sahələrin inkişafına bütün maliyyə
mənbələri hesabına yönəldilmiş
investisiyanın həcmi 46 milyon 80 min manat olmuşdur ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 87,1 faiz
çoxdur. İstifadə edilmiş investisiyanın 41 milyon 45
min manatı və yaxud 89 faizi dövlət mülkiyyətinin,
5 milyon 36 min manatı və ya 11 faizi qeyri-dövlət
mülkiyyətinin payına düşür. Əsas kapitala
yönəldilmiş investisiyanın 43 milyon 594 min manatı və
ya 96,1 faizi tikinti-quraşdırma işlərinə sərf
edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 80,7 faiz çoxdur.
Şəkililər ölkə rəhbərinin
əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti
yüksək qiymətləndirir, aztəminatlı əhali
qrupuna göstərdiyi böyük diqqət və
qayğının təzahürü kimi qəbul edir. Nazirlər
Kabinetinin geniş yığıncağında
çıxış edən Prezident demişdir: "Bu il 900
minə yaxın pensiyaçının pensiyası orta hesabla
40 faiz artmışdır. Bütövlükdə
götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi
35 faiz artmışdır. Bu, çox böyük göstəricidir,
çox böyük nailiyyətdir, çox ciddi
addımdır və yaşlı nəslin maddi cəhətdən
daha da yaxşı təminatı üçün vaxtında
atılmış çox düzgün və ədalətli
bir addımdır".
2011-ci ilin 9 ayı ərzində
1771 ailəyə ünvanlı dövlət sosial
yardımı təyin olunmuşdur. Hazırda 2287 ailəyə
246 min 141 manat məbləğində ünvanlı dövlət
sosial yardımı təyin edilərək ödənilir.
Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan
ailələr arasında 851 ailə ilk dəfədir ki, bu
yardımı alır. Şəki rayonu üzrə hər ailəyə
düşən orta məbləğ 107 manat 62 qəpik, hər
bir ailə üzvünə təyin edilən ünvanlı
dövlət sosial yardımın orta aylıq məbləği
isə 24 manat 80 qəpik təşkil etmişdir.
Dövlət Sosial Müdafiə
Fondunun Şəki Şəhər Şöbəsi 2011-ci ilin
9 ayında 25947 nəfər əmək
pensiyaçısına xidmət göstərmişdir. Həmin
pensiyaçılardan 17282 nəfəri yaşa, 7016 nəfəri
əlilliyə, 1649 nəfəri isə ailə
başçısını itirməyə görə pensiya
alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta
aylıq məbləği 27 manat 19 qəpik idisə, 2011-ci
ildə bu rəqəm 133 manat 70 qəpik olmuşdur. Bu ötən
dövr ərzində pensiyaların orta aylıq məbləğində
5 dəfə artım deməkdir. Kənd yerlərində
yaşayan pensiyaçılara plastik kartların verilməsi ilə
əlaqədar xeyli işlər görülmüşdür.
Artıq bütün pensiyaçılar plastik kartlarla təmin
olunmuşlar. Hal-hazırda rayon ərazisində Beynəlxalq
Bankın Şəki filialı tərəfindən 14 ədəd
bankomat quraşdırılmış və aktiv fəaliyyət
göstərir. Onlardan 8-i şəhərin mərkəzində,
6-sı kənd ərazisində yerləşir.
Şəki çörəkli şəhərdi
(ölkənin taxılçılıq bazası)
Ötən illərdə olduğu
kimi, bu ilin 9 ayında da rayonda
taxılçılığın, heyvandarlığın,
meyvəçiliyin, üzümçülüyün
inkişafı üçün bir sıra tədbirlər həyata
keçirilmişdir. Respublikamızın ən iri
taxılçılıq rayonlarından biri olan Şəkidə
istehsal olunan taxıl ölkəmizin ümumi taxıl
istehsalının 10-15 faizini təşkil edir. 2010-cu ilin
payızında 2011-ci ilin məhsulu üçün 70446
hektar sahədə payızılıq taxıl əkini həyata
keçirilmişdir. Taxıl zəmilərində yetişən
məhsulun vaxtında və itkisiz yığılması
üçün öncədən hazırlıq işləri
aparılmışdır. Taxıl biçininin sürətləndirilməsi,
biçinin vaxtında və itkisiz başa
çatdırılması istiqamətində qarşıda
duran vəzifələr şəhər icra hakimiyyəti
başçısı yanında şuranın geniş
iclasında müzakirə edilmiş və konkret
tapşırıqlar verilmişdir. Bu il Şəkidə 238
min 585 ton taxıl istehsal olunmuşdur ki, bu da rayonun tarixində
ən yüksək göstəricidir. Taxıl
istehsalının həcminə görə Şəki
respublikamızın rayonları arasında birinci yerdə
durur. Hazırda rayonun bütün ərazilərində 2012-ci
ilin məhsulu üçün payızlıq taxıl səpini
həyata keçirilir. Cari ildə rayonda 70 min hektar sahədə
payızlıq taxıl əkini nəzərdə tutulur.
Azərbaycan Respublikası
Prezidentinin kənd təsərrüfatının
inkişafına göstərdiyi diqqət və
qayğının nəticəsi olaraq yerlərdə kənd
təsərrüfatı məhsulları
istehsalçıları güzəştli şərtlərlə
mineral gübrələr və kənd təsərrüfatı
texnikaları ilə təmin olunurlar.
Prezident dəfələrlə
öz çıxışlarında ölkədə kənd
təsərrüfatının, xüsusilə,
taxılçılığın inkişaf etdirilməsi
üçün konkret tapşırıq və tövsiyyələrini
vermişdir. Nazirlər Kabinetinin iclasında Prezident
demişdir: "Kənd təsərrüfatının
inkişafı üçün konkret tədbirlər həyata
keçirilir, proqramlar icra edilir və xüsusilə gələn
il daha da böyük proqramlar icra ediləcəkdir. Dövlət
bu sektorun inkişafı üçün çox böyük
vəsait ayırır, güzəştlər verilibdir. Təsadüfi
deyil ki, bu ilin 9 ayında kənd təsərrüfatı 7,6
faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük
sosial məna daşıyır, çünki əhalinin təxminən
yarısı aqrar bölgələrdə yaşayır".
Məhz cənab Prezidentin
tapşırığı əsasında hazırda
taxılçılığın inkişafı ilə
bağlı təkliflər paketi hazırlanır. Bu
baxımdan rayonda "Karat Holdinq" şirkəti tərəfindən
Çələbi xan qəsəbəsi ərazisində, Dəmiryol
stansiyasının yaxınlığında ümumi tutumu 16
min ton olan taxıl anbarı kompleksinin tikintisini əhəmiyyətli
hesab etmək olar. Kompleks hər birinin 4 min ton tutumu olan 4
anbardan, inzibati bina və yardımçı tikililərdən
ibarətdir.
Cari ilin 9 ayında Şəkidə
yenidənqurma, tikinti-quruculuq işləri davam etdirilmiş,
may ayında Şəki şəhər İcra Hakimiyyəti
başçısının Sərəncamı ilə
yaradılmış Şurada həyata keçiriləcək
bütün tikinti, təmir və yenidənqurma işlərinin
layihələri müzakirə edilmişdir.
(ardı
gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-12
noyabr.- S.4.