Qədim
Şəki yeni mərhələdə
(əvvəli ötən
sayımızda)
2011-ci ilin 9 ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmək məqsədilə səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Uzun müddət təmirsiz qalan və əhalinin haqlı narazılığına səbəb olan Şəki Doğum Evi Kompleksində dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə başlanmışdır.
Qeyd etmək lazımdır ki,
doğum evinin bazasında regional perinatal mərkəz də
yaradılacaq. Həmçinin Aşağı və Baş
Göynük kənd xəstəxanaları üçün
yeni binaların tikintisinə başlanmış, Bideyiz kənd
həkim məntəqəsi üçün yeni binanın
layihə smeta sənədləri Səhiyyə Nazirliyinə təqdim
olunmuşdur.
Sarıca, Çayqaraqoyunlu,
Çapağan, Qayabaşı və İbrahimkənddə
yeni tibb məntəqəsi, Cəyirli kəndində isə
yeni həkim məntəqəsi tikilməsi üçün Səhiyyə
Sektorunda İslahatlar layihəsinə müraciət
olunmuşdur.
Müddət ərzində Səhiyyə
Nazirliyinin Şəki Regional Qan Bankında qanvermə
aksiyası, əhalinin demoqrafiya və sağlamlıq vəziyyətinin
qiymətləndirilməsi məqsədilə demoqrafiya və
sağlamlıq sorğusu keçirilmişdir. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin
mütəxəssisləri iyulun əvvəlində Şəkidə
insanları müayinə etmiş, xəstələrə zəruri
məsləhətlər vermişdir.
Doqquz ay ərzində mədəniyyət
müəssisələrinin maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində bir
sıra işlər görülmüşdür.
Şəhərin mədəniyyət
və istirahət parklarında şəhər əhalisinin səmərəli
istirahətinin təşkili üçün bir sıra tədbirlərin
görülməsi işi davam etdirilmişdir. Müddət ərzində
bir sıra mədəni-kütləvi tədbirlər
keçirilmiş, tarixi günlər, bayram tədbirləri
yüksək səviyyədə qeyd olunmuşdur.
2011-ci ilin 9 ayında Şəkidə
cinayətkarlığa qarşı mübarizə,
qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi
sahəsində bir çox işlər
görülmüşdür.
Müddət ərzində 140 cinayət
hadisəsi qeydə alınmış, Şəki Şəhər
Rayon Polis Şöbəsi tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində
narkomaniya ilə bağlı 24 fakt aşkar edilmişdir.
Şəki Rayon Prokurorluğunda vətəndaşların
müraciətlərinə - təklif, ərizə və
şikayətlərinə baxılmasına da xüsusi diqqət
yetirilmişdir.
Respublikamızda ordu quruculuğunun
möhkəmləndirilməsi, gənclərin hərbi xidmətə
çağırışının həyata keçirilməsi,
hərbi-vətənpərvərlik tərbiyəsi ölkə
rəhbərliyinin daim diqqət və nəzarətindədir.
Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində
yerləşən hərbi hissələrlə daim əlaqə
saxlamış, hərbi hissələrin yerli əhəmiyyətli
problemlərini öyrənmiş, onların həlli istiqamətində
bir çox tədbirlər həyata keçirmişdir.
Rayon sakinləri səyyar qəbullardan
razılıq edir
2011-ci ilin 9 ayında 585 nəfər
vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti
başçısı tərəfindən qəbul
edilmişdir. Müddət ərzində şəhər icra
hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş
qrafikə əsasən 37 səyyar qəbul keçirilmiş,
qəbullarda 4007 nəfər iştirak etmişdir. Keçirilmiş qəbullarda 363 nəfər
vətəndaş dinlənilmiş, 469 müraciət səslənmişdir.
Həmin müraciətlərin 97-i şikayət formasında,
372-i təklif formasında
olmuşdur. Səyyar qəbullar
zamanı edilmiş müraciətlər əsasən
yolların təmiri, kəndlərə təbii
qazın verilməsi, köhnəlmiş elektrik
dirəklərinin və
xəttlərin dəyişdirilməsi,
sosial obyektlərin təmiri və yenilərinin açılması,
su probleminin həlli, torpaq və digər məsələlərlə bağlıdır.
Müddət ərzində Şəki
Şəhər İcra
Hakimiyyətinə 3070 müraciət
daxil olmuşdur.
Bunların 2215-i vətəndaşlar tərəfindən, 855-i isə
respublikanın yuxarı
orqanlarından daxil olan müraciətlərdir.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na əsasən
yaxın üç ildə rayonumuzun sosial-iqtisadi
inkişafının gücləndirilməsi, ərazinin
infrastrukturunun yenidən qurulması üçün bir
sıra mühüm layihələrin həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
Qarşıda duran mühüm məsələlərdən
biri sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi və ərazinin təbii
sərvətlərindən səmərəli istifadə
olunmasına nail olmaqdır.
Bununla yanaşı yol təsərrüfatı
və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi,
elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin
yaxşılaşdırılması, su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və
irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi
olduqca vacibdir.
Şəki rayonu haqqında bu dəfəki
söhbətimizə yekun vurarkən qeyd etmək
lazımdır ki, sakinlərin gələcək uğurlara
inamları böyükdür. Bunu bu gün Şəkidə
aparılan geniş miqyaslı quruculuq işləri də bir
daha təsdiqləyir.
Məzahir
Əhmədoğlu,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-16
noyabr.-S.6.