QARAKƏNDİN SƏMASINDA QARA OLAY... HƏLƏ DƏ "DİLLƏNMƏYƏN" QARA YEŞİK...

 

  və yaxud TAMERLAN QARAYEVİ ONLARLA GETMƏYƏ KİM QOYMADI?!

 

  20 noyabr 1991-ci il. O müdhiş gündən 19 il ötməsinə baxmayaraq hər şeyi sanki dünən baş vermiş bir hadisə kimi xatırlaya bilirəm. Çünki həmin vaxt "Ağdam" qəzetində əməkdaş işləyirdim və gün ərzində bəzi məqamlar mənim gözlərim qarşısında baş vermişdir.

   Dağlıq Qarabağda alovlandırılmış acı bağırsaq kimi uzanan münaqişənin başlanmasından üç il doqquz ay keçmişdi. Bu müddətdə qanlı, amansız hadisələr get-gedə nəinki səngiyir, əksinə, gündən-günə böyüyərək dəhşətli müharibənin qapısını döyürdü. Onsuz da hər gün Dağlıq Qarabağda və onun ətrafında baş verən bir faciəli hadisə eşidirdik. Demək olar ki, artıq insanlar da buna bir növ alışqan olmuşdular.

   Həmin gün günortaya yaxın Ağdam şəhərində atı yeyin olan yeni bir acı xəbərin sorağı dolaşdı. Ermənilərin Martuni şəhərinə bitişik olan azərbaycanlılar yaşayan rus tağı məhləsinə Xocavənd kəndinə piyada döyüş maşınları canlı qüvvə ilə hücum etdikləri, dinc əhalini öldürdükləri kəndi viran qoyduqları barədə məlumat ağızdan-ağıza gəzirdi. Xəbərin dəqiqliyi isə ölümün pəncəsindən canını qurtarmış xocəvəndlilərin ilk dəstəsinin Ağdama pənah gətirməsindən sonra təsdiqləndi. Bu insanlar ermənilər onlara havadarlıq edən rus hərbi birləşmələrinin azərbaycanlılara qarşı necə qətllər törətdiklərinin gözləri ilə şahidləri olmuşdular. Düşmənin caynağından güc-bəla ilə qurtulmuş bu əliyalın insanlar sağ qaldılarına belə özləri inana bilmirdilər.

   Get-gedə Ağdama doğma ev-eşiklərindən ancaq diri canlarını götürüb qaçmış xocavəndlilərin böyük axını başladı. Saat 14.00 radələrində şəhərin mərkəzi meydanına minlərlə insan toplaşdı. Üzləri cırıq-cırıq, sifətləri qanlı qadınların ah-naləsi adamı varından yox edirdi. Amansız düşmənin qurduğu ölümün torundan çıxmış xocavəndlilərin sir-sifətlərinidən acınacaqlılıq, halsızlıq yağırdı. Həqiqətən, kənd camaatının vüqarı tamam əyilmişdi.

   Artıq xoşagəlməz hadisə barəsində yuxarılara da ətraflı məlumatlar çatdırılmışdı.gAzərbaycanın bu tanınmış dövlət ictimai xadimləri da rus erməni qoşun birləşmələrinin Martuni rayonundan Xocavənd kəndinə hücum edib qanlı faciə törətdiklərini eşitcək dərhal Ağdama, özü görməyə gəlmişdilər.

   Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin binasının otaqlarının birində əyləşən dövlət nümayəndələri hadisənin şahidlərindən bir neçə nəfəri sərbəst dinldəikdən sonra kənar adamları, biz jurnalistləri bayıra çıxardılar. İçəridə yarım saata qədər davam edən çox mübahisəli toplantı keçirildi. Daha çox isə dövlət katibi Tofiq İsmayılovun əsəbi səsi eşidilirdi. Dövlət katibi içəridə olan rus generalları ilə sözlə döyüşürdü.

   Onlar baş vermiş hadisəni qısa müzakriə edib otaqdan çıxdılar... Binadan bayıra-iynə atsan yerə düşməyən saysız insanların qarşısına ilk çıxan Azərbaycan Respublikasının baş prokuroru İsmət Qayıbov oldu. İsmət müəllim kömür kimi qaralmışdı. Hiss edirdin ki, əsəbindən onun bənizində qan idmi yoxdur. O, pilləkənlərlə enib insan axınının içərisinə daxil oldu. Camaat onu dövrəyə aldı.

   Burada yaşlı bir xocavəndlili qadın özünü İsmət Qayıbovun üstünə atıb hıçqıra-hıçqıra:-Oğlumun meyidi kənddə qaldı, heç olmazsa onun meyidinin alınmasına köməklik edin, bizi belə vəziyyətdə atıb Bakıya getməyin!-deyərək onun əllərindən yapışdı. Baş prokuror naəlac qalmış ananın hirsli çıxışına dinməzcə qulaq asdı.  

   Əynində yaşıl rəngli hərbi mundir dayanmış İsmət Qayıbovun ürəyindən keçən ağrıları çöhrəsindən oxumaq çətin deyildi. O, sakitcə:-Toxtaq olun, ana! Toxtaq olun! Allaha and olsun ki, oraya gedirəm, düz oraya, hadisə yerinə! Onların başına od yağdıracağam,-dedi!

   Lap yaxınlığında olduğumdan bu sözləri açıqca eşitdim.

   Çox keçmədi ki, dövlət nümayəndələri onları Ağdam Rayon XDS İcraiyyə Komitəsinin binasının qarşısında gözləyən "QAZ-31" markalı minik maşınlarına əyləşdilər. Mən öz gözlərimin gördüklərinin qulaqlarımın eşitdiklərinin şahidiyəm ki, Tamerlan Qarayev İsmət Qayıbovun əyləşdiyi "Volqa"ya tərəf gedərək onlarla birlikdə maşına oturmaq istədi. Lakin İsmət Qayıbov onu təkidlə maşında əyləşməyə qoymadı Tamerlan Qarayevə:-Tamerlan bəy, siz burada qalın, camaatı sakitləşdirin,-dedi. Bundan sonra Tamerlan Qarayev geriyə qayıtdı pilləkənlərlə yuxarıya çıxaraq yüksəklikdən minlərlə insanın qarşısında hadisə ilə bağlı çıxış edərək hamını təmkinliyə çağırdı.

   Sonra eşitdik ki, İsmət Qayıbov hadisə yerinə yollanmamışdan əvvəl Martuni fövqəladə vəziyyət rayonunun komendantı rus polkovniki Jenkini Ağdam Rayon Polis İdarəsində yanına çağırtdıraraq ona əsəbi halda demişdir:

   -Hadisə yerinə özüm gedirəm. Orada əgər səninkilər iştirak ediblərsə onda səni özüm güllələyəcəyəm!

   Həmin gün-20 noyabr 1991-ci il saat 16.30-da mayor Kotov, kapitan Dolqov, leytenant Yalavenkodan ibarət ekipajın idarə etdiyi içərisində SSRİ Azərbaycanın 22 nəfər tanınmış dövlət ictimai xadimləri olan 3553 saylı hərbi hissəyə məxsus Mİ-8 markalı vertolyot Qarakəndin səmasında partladı. Sərnişinlərin hamısı, o cümlədən ekipaj üzvləri faciəli surətdə həlak oldular.

   Həmin dövrdə bu hadisə-Azərbaycanın bir qrup mən deyərdim ki, olduqca səriştəli, bacarıqlı dövlət xadiminin terror aktı ilə öldürülməsi Qarabağ müharibəsində qəddini az da olsa dikəltmək istəyən, məhz bu insanlardan nicat uman Azərbaycanın kürəiynə sancılan bir qılınc idi. 

   Qarakəndin üzərində baş vermiş bu qara olayın həqiqəti çoxları üçün hələ qaranlıqda gizlənir. Hələ təfərrüatı açılmamış bu faciəyə aydınlıq gətirəcəyi güman olunan vertolyotun qara yeşiyi isə hələ "dillənmir" ki, "dillənmir". Heç dillənəsi deyildir. Bu isə 20 noyabr faciəsi ilə bağlı qədər şübhələr, yalanlar fərziyələr yaradır.

    Kimi bu hadisənin baiskarlarını öz içimizdə, kimi kənarda axtarır. Mən isə qətiyyətlə deyərdim ki, bunu öz içərimizdə axtaranlar yanılırlar! Belələri ulağa gücü çatğmayanda palanı döyəcləyənlərdir. Axı, qədər dayaz düşüncəli bir insan olasan ki, bu hadisənin erməni rus siyasətinin məhsulu olduğunu anlamayasan! Bunun şərhinə ehtiyac duymuram. Bircə mətləbi anlamaq lazımdır ki, erməni ruslara Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi oğlulları aradan götürmək lazım idi, onlar bunun üçün lazım gələrsə üç nəfər yox, otuz nəfər rus generalının həyatına acımadan qəsd edərdilər.

   Canında, damarında azərbaycanlı qanı axan kimsə xalqının, millətinin elə qaymaq oğullarına silah tuşlamazdı!

   ...Ertəsi gün bütün Ağdamda vəhşət yaşanırdı. Bütün şəhər hüzn kədərə qərq olmuşdu. Ağdam məscidinin həyətində isə insan axını dalğalanmış dənizə bənzəyirdi. Azərbaycanın Vətən yolunda Qarakənd səmasında vurulmuş hərbi vertolyotda şəhid olmuş qeyrətli oğullarının meyitləri buraya gətirilmişdi. Dünən üzbəsurət gördüyüm Vətənin qaymağı olan bu insanların meyitlərinə baxmaq mənim üçün qədər ağır, ürpəndirici olsa da bu dəhşətli mənzərəyə baxdım. Sanki yuxuya getmiş Tofiq İsmayılovun, ayaq qoları yanmış, üzü qarsımış İsmət Qayıbovun, toqqalığına qədər yanıb kömürləşmiş Məhəmməd Əsədovun digərlərinin, eləcə rus generalarının yanmış meyitlərinin şəkillərini çəkdim... İndii bu sətirləri qələmə alarkən sanki həmin günün ağrı-acısını təzədən yaşadım... Vətənimizin qəlbində əbədi yeri olan qeyrətli oğullarımızın həmin görkəmləri gözlərimin qarşısında yenidən canlandı...

   Bəs o həlak olanlar kimlər idi? Onların adlarnı vəzifələrini bir daha yadımıza salaq:

   1.İsmayılov Tofiq-Azərbaycanın dövlət katibi.

   2.Qayıbov İsmət-Azərbaycan Respublikasının Baş Prokuroru.

   3.Hacıyev Zülfi-Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini.

   4.Əsədov Məhəmməd-Dövlət müşaviri.

   5.Namazəliyev Qurban-Meliorasiya nazirinin birinci müavini.

   6. Mirzəyev Osman-Prezident Aparatı Mətbuat xidmətinin rəisi.

   7. Məmmədov Vəli-SSRİ xalq deputatı.

   8.Cəfərov Vaqif-Şuşa Rayon İcraiyyə Komtəsinin sədri, SSRİ xalq deputatı.

   9.Məmmədov Rafiq-Azərbaycan dövlət katibinin köməkçisi.

   10.Mustafayev Alı-Azərbaycan Dövlət Televiziyasının müxbiri.

   11. Şahbazov Fəxrəddin-televiziyanın kinooperatoru.

   12. Hüseynzadə Arif-televiziyanın kinooreratoru.

   13.Polkovnik Plavski-Dağlıq Qarabağ Muxtar Vilayətinin Baş prokuroru.

   14.General Kovolyov-Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi.

   15.General İvanov-Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik Komitəsinin rəisi.

   16.Polkovnik Jenkin-Martuni fövqəladə vəziyyət rayonunun komendantı.

   17.General Lakaşov-SSRİ DİN-nin əməkdaşı, müşahidəçi.

   18.General Koçerov- SSRİ Müdafiə nazirliyinin əməkdaşı, hərbi müşahidəçi.

   19.General Serikov- SSRİ Müdafiə nazirliyinin əməkdaşı, hərbi müşahidəçi.

   20.Mayor Kotov-Mİ-8 vertolyotunun ekipaj üzvü.

   21.Kapitan Dolqov-Mİ-8 vertolyotunun ekipaj üzvü.

   22.Leytenant Yalavenko-Mİ-8 vertolyotunun ekipaj üzvü.

 

 

   Baxşeyiş ABBASOĞLU

 

   Ədalət.- 2011.-19 noyabr.-S.21.