Gözəlliyin və modernləşmənin
harmoniyası
(əvvəli 18 noyabr sayımızda)
Təhsil, səhiyyə,mədəniyyət...
2011-ci ilin 9 ayında təhsil, səhiyyə,
mədəniyyət, gənclər və idman sahəsində
də məqsədyönlü işlər
aparılmış, təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, təlim-tərbiyə
və tədrisin keyfiyyətinin yüksəldilməsinə
diqqət artırılmışdır.
Cari ildə XI sinfi bitirmiş məzunlardan
687 nəfəri ali və orta ixtisas məktəblərinə ərizə
vermiş, onlardan 225 nəfəri tələbə
adını qazanmış, 13 nəfər abituriyent 600-dən,
33 nəfəri isə 500-dən yuxarı bal
toplamışdır.
2011-ci ilin 9 ayında MRX-da və kənd
səhiyyə obyektlərində tikinti abadlıq işləri
aparılmış, rayonda səhiyyə xidmətinin vəziyyətini
daha da yüksəltmək məqsədi ilə Əliabad qəsəbə,
Suvagil, Danaçı kənd xəstəxanaları və
uşaq poliklinikası yeni inventar və bərk
avadanlıqlarla təchiz edilmiş, Maqov kənd həkim məntəqəsi
yenidən tikilmiş, Danaçı kənd xəstəxanasının
dam örtüyü əsaslı təmir olunmuş, Uşaq
poliklinikası əsaslı təmir edilmiş binaya
köçürülmüşdür.
Son illərdə yenidən
qurulmuş, əsaslı təmir olunmuş mədəniyyət
müəssisələrinin yeni texniki avadanlıqla, kompyuterlərlə,
müxtəlif inventarlarla, səs gücləndirici aparatlarla təmin
edilməsinə diqqət artırılmış, Dardoqqaz kəndində
yeni mədəniyyət müəssisəsi tikilib istifadəyə
verilmişdir.
Avropa Şurası, Mədəniyyət
və Turizm Nazirliyinin və 10 rayonun nümayəndələrinin
iştirakı ilə rayonda "Tarixi şəhərlərdə
mədəni irsin bərpası" layihəsinin 2-ci mərhələsi
keçirilmişdir. 2011-ci il "Turizm ili" çərçivəsində
rayonda turizm peşə məktəbinin yaradılması ilə
bağlı təkliflər hazırlanmış, tarixi mədəni
irsin qorunması və bərpası məqsədilə
işlər aparılır.
İdmançılar
qələbələri sıralayır
Respublika Prezidenti İlham Əliyevin
Azərbaycan gəncliyi ilə bağlı 2011-2015-ci illəri
əhatə edən Dövlət Proqramının
hazırlanması ilə əlaqədar sərəncamı bir
daha göstərir ki, dövlətimiz Azərbaycan gəncliyinin
inkişafına xüsusi diqqət yetirir. 2011-ci ilin 9 ayı ərzində
Gənclər və idman sahəsində bir sıra işlər
görülmüş, respublika gənclər forumuna nümayəndələr
seçilmişdir.
Cüdo, sərbəst-güləş
və digər idman növləri üzrə keçirilən
yeniyetmə, gənclər və böyüklər arasında
Respublika birinciliklərində, Rəşid Məmmədov,
Dilqəm Əliyev, Tofiq Osmanov, İsa Hüseynov, Mehdi Qoca,
Ramazan Qasarayev, Ramazan Həsənov, Şamil Makarov, Cavid Əliyev,
Elşən Kərimov, Oruc Vəlizadə, Türkan Aslanova,
Elvira Butdayeva, Arzu İsayeva, Nərmin Uburova, Mariana Doluxanova,
Manə Mollayeva kimi idmançılar qalib adını qazanmışlar.
Beynəlxalq yarışlarda isə
Gözəl Zutova Bakı şəhərində keçirilən
Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst-güləş
üzrə "Qızıl Qran-Pri" Beynəlxalq turnirində
II yer, Orxan Hacıağalı Kiyevdə keçirilən
cüdo üzrə Gənclər arasında Avropa kubokunda I
yer, Ramin Qurbanov Estoniyada keçirilən cüdo üzrə
kişilər arasında Dünya Kubokunda II yer və Sloveniyada
keçirilən dünya kubokunda III yer, Xədicə Xəlilova
Belqradda keçirilən şahmat üzrə XXI Beynəlxalq
şahmat festivalında I yerə layiq görülərək dövlətimizin
bayrağını yüksəklərə
qaldırmışlar.
Cinayətkarlığa
qarşı mübariz
Qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla
mübarizə işinin təşkili sahəsində rayonun
hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyəti
təmin olunmuş, profilaktika, əməliyyat axtarış tədbirləri
davam etdirilmişdir.
2011-ci ilin 9 ayında 102 cinayət
hadisəsi qeydə alınmış, cinayətlərin 96,4
faizinin açılması təmin olunmuşdur.
Rayonda Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi tərəfindən "Xaş-xaş"
şərti adı altında kompleks əməliyyat-axtarış
profilaktik tədbirlər mütəşəkkil
keçirilmiş, rayon komissiyası tərəfindən bu tədbirlərə
mütəxəssis ayrılmış, aidiyyəti təşkilatların
fəaliyyəti əlaqələndirilmişdir.
Keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində rayon ərazisində 11,5
ha sahədən yabanı halda bitmiş 25 ton 290 kq tərkibində
narkotik maddə olan bitki aşkar olunub məhv edilmişdir.
Elektron hökumət
Nazirlər Kabinetinin geniş
iclasında Prezident Respublikada elektron hökumətin yaradılması
ilə bağlı konkret təkliflərin olduğunu
xüsusi vurğulamışdır. Zaqatala rayon icra hakimiyyəti
işdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə,
şəhər, qəsəbə və kənd inzibati ərazi
dairələri üzrə nümayəndəliklərində
kargüzarlığın elektron üsula keçirilməsinə
diqqəti artırmışdır. Hazırda əksər
nümayəndəliklər üçün xüsusi elektron
poçt ünvanları yaradılmış və
yazışmalar elektron üsulla həyata keçirilir. Eyni
zamanda idarəetmədə çevik iş, stil və
metodlarından istifadə olunmasına xüsusi fikir
verilmiş, düzgün kadr siyasətinin həyata
keçirilməsi, dövlət qulluğu vəzifələrinə
gənc, bacarıqlı müasir kompyuter proqramları və
bilgilərinə malik kadrların irəli çəkilməsi
diqqət mərkəzində saxlanılmışdır
Görüşlər, qəbullar...
Vətəndaşların arzu, istək
və problemlərinin öyrənilməsində
RİHB-nın yerlərdə keçirdiyi görüşlərin,
səyyar qəbulların - vətəndaşlarla birbaşa
dialoqların çox böyük əhəmiyyəti
vardır.
2011-ci ilin 9 ayında keçirilən
RİHB-nın 34 səyyar qəbulunda 5500-dən artıq adam
iştirak etmiş, 239 tənqidi qeyd və təklif irəli
sürülmüşdür.
9 ayda rayon icra hakimiyyətinə
daxil olmuş 1509 ərizə və 1149 şifahi müraciətin
95 faizi aparatın şöbələrində
baxılmış, ərizələrin 64 faizi nəzarət
qaydasında araşdırılmışdır.
RİH-nə daxil olan şikayət
xarakterli ərizələrin əsasını torpaq mübahisələri,
bələdiyyələrin və xidmət təşkilatlarının
fəaliyyəti, ünvanlı sosial yardım tələbi, həyətyanı
torpaq sahələrinin sənədləşməsi ilə
bağlı şikayətlər təşkil etmişdir.
2011-ci ilin 9 ayı ərzində rayonda
ictimaiyyət nümayəndələri, siyasi partiyalar və
ictimai birliklərin iştirakı ilə 63 ümumrayon
toplantısı, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin məruzə və nitqlərində
ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə
bağlı fikirlərin, sosial-iqtisadi inkişaf və həyata
keçirilən geniş miqyaslı layihələr
haqqında analitik materialların operativ qaydada əhaliyə
çatdırılması məqsədi ilə təbliğat
qrupları tərəfindən 90 görüş
keçirilmiş və bu tədbirlərdə minlərlə
adam iştirak etmişdir. Ümumrayon toplantılarında
zaqatalalılar doğma rəhbərlərinə, ümummilli
lider Heydər Əliyevə hədsiz məhəbbət və
rəğbət hissi nümayış etdirmiş, dövlətçiliyin
daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi,
ölkədə vətəndaş cəmiyyətinin
formalaşdırılması, milli həmrəyliyin
yaradılması, xalqımızın milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşılması, vətənpərvərlik
və azərbaycançılıq ideyalarının ictimaiyyətə
çatdırılması yolunda Prezident İlham Əliyevə
daim dəstək olacaqlarını bildirmişlər.
Məzahir
ƏHMƏDOĞLU,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-22
noyabr.- S.6.