Elnarə
Abdullayeva həmkarlarını
yıxdı-sürüdü
Bir
neçə il əvvəl çox nadir evlər olardı ki,
orda bu xanəndənin lent yazıları olmasın. Yəqin
elə indi də... Çox uzatmadan mətləbə keçək.
Müsahibimiz tanınmış xanəndə Elnarə
Abdullayevadır.
-Şamaxı rayonunun Çuxannı
kəndində anadan olmuşam. Onuncu sinfi bitirdikdən sonra Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbinə, daha
sonra isə Mədəniyyət və İncəsənət
Universitetinə daxil olmuşam.
"O vaxt da heç kim mənim kimi oxumurdu"
- Səhv etmirəmsə, Alim Qasımovun tələbəsisiniz...
- Ağaxan Abdullayevin tələbəsiyəm.
- Əslən Şirvanlısınız, Şamaxı
rayonundansınız. Adətən
Şirvan xanəndələrinin
repertuarı, ifası,
ritmlərin zənginliyi
qeyri-adiliyi ilə fərqlənir. Bu, nə ilə bağlıdır?
- Bunun kökü aşıq sənətindən gəlir.
Yəni aşıq sənətini bilən xanəndə bir az başqa cür,
qeyri-adi olur, ritmi daha güclü
qavrayır. Bilirsiniz, aşıq musiqisini hamımız bilməliyik.
Çünki bunun kökü ozanlığa
gedib çıxdığından
muğamdan da əvvəl yaranıb. Muğam da öz
yerində.
- Aşıq sənətindən söz
düşmüşkən, sazda ifa edə
bilirsiniz?
- Xeyr.
- Sizin ifanızda maraqlı bir məqam var. Bu nədən
ibarətdir? Deməli,
siz Ağaxan Abdullayevin tələbəsisiniz.
Amma oxumaq üslubunuz, ruhunuz Alim Qasımovun oxu tərzinə daha yaxındır. Bu nə ilə bağlıdır?
- Mənim oxumaq tərzim heç kimə yaxın deyil. Mən belə başa düşürəm.
Bu sənətə gələndən
belə oxumuşam. O vaxt da heç
kim mənim kimi oxumurdu. 1994-cü ildən, yəni mən peşəkar səhnədə olandan əvvəl və sonra heç bir xanəndə belə oxumayıb. Hər birinin arxivlərini qaldırıb
baxa bilərsiniz. Görün kim, kim kimi oxuyur...
- Amma sizi sima olaraq
tanımazdan əvvəl
səsinizi tanımışdılar...
- Elədir.
- Hələ neçə illər öncə insanlar deyirdilər ki, Elnarə muğamı mərsiyə kimi oxuyur...
- Deməli, bu da mənim
yolumdur. Mənə deyəndə ki, mərsiyə üstündə
oxuyursan, heç pis də olmuram.
Çünki hələ
qədimdən analarımız,
bacılarımız övladlarına
mərsiyə üstündə
layla deyiblər. Niyə də belə oxumamalıyam? Mərsiyə bizim ən qədim janrlarımızdandır. Görün
iş necə gətirib ki, əvvəllər şən
oxuyanlar indi ağlamalı oxumaq istəyirlər.
"Hər zaman özümdən narazı olmuşam"
- Nə vaxtsa, məclislərdə
mərsiyə demisiniz?
Çünki hətta
bir ara belə
fikirlər də səsləndirilirdi ki, siz məclislərdə mərsiyə deyirsiniz...
- Mən hüzr məclislərinə
gedən deyiləm və getməmişəm.
O ki qaldı oxumağımın belə
alınmasına, bu mənlik deyil. Bu Allahın vergisidir. Onsuzda oynamalı oxuyuramsa da, ağlayırlar. Yəni burda təhsilin, filanın dəxli yoxdur.
- Bəzən deyirlər ki, yaradıcı insanların daxili aləmi onların yaradıcılığına da
təsirsiz ötüşmür.
Bu qədər ahu-zarlı,
qəm-qüssəli, qəmgin
oxumağınızın daxili
aləminizlə, şəxsi
həyatınızla bağlılığı
varmı?
- Xeyr, mən bədbin insan deyiləm. Toylarda mahnı da oxuyuram. Çox
adam deyir ki, Elnarədən şən məclis aparan yoxdur.
"Estrada, caz-maz,filan
oxumaq mənimçün
çox adi və gülməlidir"
- Hər sənət adamının dinlədiyi
həmkarı olur. Siz hansı xanəndələrimizi dinləyirsiniz?
- Mən ən çox Keçəçi oğlu
Məhəmmədi, Məşədi
Fərzəliyevi dinləmişəm.
Sonradan Ağaxan Abdullayevə, rəhmətliklər
Zülfü Adıgözəlov,
Hacıbaba Hüseynovu
dinləyirəm.
- Tam əminliklə
deyə bilərsinizmi
ki, özümün-kiçik,
yaxud böyük, fərqi yoxdur-yolum var və o yolla
kimlərsə gəlməkdədir?
- Hər zaman özümdən narazı olmuşam. Baxmayaraq ki, savadlı, ziyalı insanlar, professorlar mənim fərqli olduğumu deyirlər.
- Nə zamansa estrada janrında oxuya bilərsiniz?
- Mən ansamblla konsertlər çəkdirmişəm. Yəqin
siz fikir verməmisiniz.
- Sırf estradanı nəzərdə
tuturam...
- O vaxt Nadir Əzimovun "Nə deyim" adlı mahnısını oxudum. Bunun da səbəbi
o idi ki, çox adam deyirdi Elnarə təkcə muğam oxuyur. Necə ola bilər ki, muğam oxuyasan, estrada oxuya bilməyəsən? Səmimi etiraf edirəm ki, estrada, caz-maz,
filan oxumaq mənimçün çox
adi və gülməlidir. Estrada oxuyanlar
nə böyük şey eləyir ki?
"Bəyəm
bunlar müğənni
olmazdan əvvəl nazir qızıydılar?"
- Xanəndələr günlərinin
bir neçə saatını məşqə
həsr edirlər. Bəs siz?
- Əvvəl çox məşq edirdim, axır vaxtlar eləmirəm. Çünki məşq eləsən də həmin adamsan, eləməsən də. Məşq eləməyənlər
səndən qabağa
gedirsə, neyləyirəm
məşq eləməyi?
- Hər zaman belə səmimisiniz?
- Necə varamsa, eləyəm.
- Efirlərin birində demişdiniz ki, kişi öz
arvadını döyər.
İstərdim ki, həyat yoldaşımın
yumruğunu hiss edim...
- Bu, hamıda olur da. Əgər
ailədə kiçik
münaqişə, söz-söhbət
olmursa, o ailə deyil. Qardaş, oxuyan göydən zənbillə gəlməyib.
Onlar da adi adamlardır. Bu oxuyanın ailəsi varsa, normal ailədən çıxıbsa, onun ailəsi olmalıdır.
Bu oxuyan arvadlar özlərini niyə belə göstərirlər,
başa düşmürəm.
Küçə süpürən
qadınlarımız da
qadındır, oxuyanlar
da.
- Söhbət
qadın anlamından gedir, təkcə müğənnilərdən yox...
- Gözümüzü
açandan görürük
ki, ailədə söz-söhbət olur. Yəni bu təbiidir.
Lazım olanda kişi arvadına sillə də vurur, əzizləyir də. Pul qazanıb
ona verir də, lazım olanda əlindən alır da... Bütün bunlar adi haldır.
- Belə çıxır ki, milli dəyərlərə
sadiqsiniz...
- Bəli.
- Sənətçi
xanımlar deyirlər
ki, yemək bişirmirik. Dırnağımızın
boyası gedər, ay nə bilim nə...
- Bəyəm bunlar müğənni olmazdan əvvəl nazir qızıydılar? Mən uşaqlıqdan ev də yığışdırmışam,
iş də görmüşəm. Ola bilsin
ki, onlar imkanlı olublar. Hamısının evindən
də yaxşı dədəmin evi var, həyəti-bacası
var. Kənddə də
on adamdan birincisi biz idik. Yemək bişirmək imkana baxmır. Bəyəm yemək bişirəndə
insanın çiyninin
sapı düşür.
- Belə çıxır ki, istənilən vəzifəni
tutmasından asılı
olmayaraq, qadını
öz həyat yoldaşına, ailəsinə
qulluq eləməsi həm də bir mədəniyyətdir...
- Əlbəttə.
Sən həm evinin xanımı, həm də qulluqçusu olmalısan.
14 ildir ki, ailə qurmuşam və həm övladlarıma, həm də həyat yoldaşıma özüm
qulluq edirəm.
"İndiyə
kimi həyat yoldaşım mənə
bircə dəfə əl qaldırıb"
-Bəs uşaqlarınızın
təlim-tərbiyə məsələsini
kiməsə həvalə
edirsiniz?
- Əsla. Uşaqlarımın tərbiyəsini
kiməsə etibar eləmərəm. İndiki
zamanda ana-ata uşağına güclə
tərbiyə verir, o ki qaldı kimsə
mənim uşağıma
tərbiyə versin.
- Son vaxtlar muğama diqqət artdıqca, gənclərin
bu sahəyə axını başlayıb...
- Allah həm Prezidentimizdən, həm də onun xanımından
razı olsun. Elə buna görədir
ki, cavanlarımızın
musiqiyə, ələlxüsus
da muğama axını başlıyıb.
Bu, gözəl haldır.
- Tələbələriniz var?
- Xeyr.
- Səbəb nədir?
- Mən hələ dərs keçə bilmərəm.
- 20 ildir ki, sənətdəsiniz.
Bəs nə vaxt dərs keçəcəksiniz?
- Heç vaxt. Habil Əliyevin
şagirdi olmayıb. Amma ondan sonra
gələnlərin hamısı
onun tələbələri
sayılır.
- Mərsiyə stilində oxuyanlar da sizin
davamçılardır?
- Bəli.
- Bilirsiniz, yadıma nə düşdü? Bayaq bildirdiniz ki, kişi arvadını döyər də, əzizləyər də.
Amma heç ağlım kəsmir ki, kişi sizi
döyə bilsin. Çox sərt, ötkəm təəssürat
bağışlayırsınız..
- Əgər yaşayırsansa, həyatda
bu şeylərlə rastlaşmalısan. Kukla deyilik ki, bizə
əl vurmasınlar. İndiyə kimi həyat yoldaşım mənə bircə dəfə əl qaldırıb. Yaxşı
da eləyib.
"Mənə
qalsa, səhnəyə
qaloşla çıxaram"
- Gəlin sizə belə bir sual
da verim. Yadınızdadırsa. əvvəl-əvvəl
efirə çıxanda
daha uzunətəkli, qapalı geyimlərdə olurdunuz. Son vaxtlar sizin də geyimlərinizdə
"müasirləşmə" hiss olunur. Səbəb nədir?
-Təsadüfən
ola bilər ki, nisbətən qısa ətək geyim. Doğrusu, insan eyni cür
geyinməkdən, bəzənməkdən
yorulur, bezir. Mənə qalsa, səhnəyə qaloşla
çıxaram. Ciddi sözümdür. Çünki
ruhum budur.
- Həmkarlarınızdan kiminlə
dostsunuz?
- Mənim, ümumiyyətlə, dostum
yoxdur. Kimsə illərlə mənə zəng vurmasa yadıma düşməz.
İnsanlarla çox yoldaşlıq eləməkdən
xoşum gəlmir.
- Toy qiymətiniz nə qədərdir?
- Qane edir. Amma nəzərdən
qorxduğuma görə
demək istəmirəm.
Nə qazanırıqsa,
min bərəkət. Müğənni,
xanəndə gərək
camaatdan gizlənməsin.
Çünki bizi dolandıran camaatdır. Çünki millət bizə o qədər qayğı göstərir
ki, bəzən də utanıram.
İntiqam VALEHOĞLU
Ədalət.-2011.-23
noyabr.- S.6.