Noyabrın
25-də şair Ağa
Laçınlının ölümündən 4 il keçdi
Yoldaş,
səni kim apardı?
Külək əsib, qum doldurub
Yaddaş adlı o quyunu.
Xatirəmdə donub dur
Uşaqlığın bir oyunu.
...Bir dağ başı, qaya
qaşı.
Gəlib ora koma-koma,
Bir gözləri
bağlanmışı
İtələrdik uçuruma!
Küyləşərdik-qarışardıq,
Sonra ondan soruşardıq:
- Yoldaş, səni kim apardı?
Yetən vurar,
üzə durar -
dikəldərdi
barmağını.
Biz görərdik,
Götürərdik
birimizə onumuzun
on şilləni vurmağını!
Bilərdik ki, bir fağırın
getməyində
çoxumuzun barmağı var.
Amma yenə bərk ayaqda,
Gülümsünüb saxta-saxta
soruşardıq:
- Yoldaş, səni kim apardı?
Xatirələr burğu-burğu,
Xatirələr şələ-şələ!
Yada düşdü kələk,
qurğu,
Yada düşdü tələ, cələ.
Yada düşdü dost gülləsi,
Yada düşdü dost qapazı.
Ürəyimdə gizildədi
Ürəyimin təmənnası.
Pıçıldadım öz
könlümə:
nəyə lazım bu sərt
acıq?
Sıyrılıb kin buludundan
ayaza çıx
açıq-saçıq!
Pıçıldadım öz
könlümə:
keçmişindən azca
küyük!
Hər zamanın günahı
çox,
Hər dövranın dərdi
böyük.
Sevincimə od ələndi,
Sevgimlə də vuruşdular!
Arzum unu kündələndi -
Qismətimə daraşdılar!
Gümanımı güllələyən,
Yollarıma daş helləyən,
Gözlərimə göz zilləyə
O yağılar, o suçlular
Özümdən də
soruşdular:
- Yoldaş, səni kim apardı?
Ah, o şöhrət şəhidləri
Şər şumunu
şırımladı.
Yolumuzu haramladı,
Səbrimizi tarımladı.
Allah kəssin bu dostluğu,
Bu birliyi, yoldaşlığı!
Allah kəssin - bu qaxınclı
qandaşlığı,
qardaşlığı!
Allah kəssin bu sevgini,
Çox da komuq, çox
da birik.
Elə fürsət düşən
kimi
Yumruqları endiririk.
Sən vurulan - mənsə vuran,
Mən aldanan - sən
uçuran.
Özümüzük
tələ quran,
Özümüzük
üzə duran!
Çox aparıb özgə bizi,
Dostun qəsdi nədir,
qağa?
Bu ayıblı
dərdimizi
Dilim gəlmir danışmağa.
Dilim gəlmir soruşum bir:
- Yoldaş, səni kim
apardı?
Ey, a yoldaş!
Saf ürəyin
dilimlənmiş
almadımı?
Səni, məni aparanlar
bizi
bizdən almadımı?
Ürəyimdə
çox söz vardı,
Bu da
bəxtin axır görkü.
Eh, nə isə qalsın ardı
Çəkilincə odlu bürkü.
Uçunuram uçun-uçun
Ey, a yoldaş, qəsdin
nədir?
Biz udanda Vətən udur,
Biz uçanda Vətən uçur,
Biz gedəndə
Vətən gedir!..
1980
Sıxın bizi
Dağ basdıqca belindən
su
çavıdı - əlləşdi.
Su birdən süngüləşib,
daşı
da deşdi-keçdi.
Su dağa güc göstərib,
qaya
devlə güləşdi.
Su çıxıb
qaranlıqda
gümüşü
bulaq oldu!
Yerin ağırlığını çiynindən atsın deyə
toxum
torpağı dəldi,
baş
qaldırdı, dikəldi.
Toxum boylanıb göyə,
kök
atdı, budaq oldu!..
Sıxın bizi, bərk sıxın, -
bəlkə
biz də dirçələk!
Bəlkə bir başa düşək,
sözləşək,
yola
gələk.
Bəlkə bir təpərlənək,
tərpənək,
qurcalanaq.
Bəlkə bir acılanaq,
acıqlanaq,
calanaq!
Biz qapqara qullarıq - aclarıq, yoxsullarıq,
yığıb
öz varımızı
yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə
diklənək.
Toplayaq özümüzü,
göstərək
gücümüzü!..
1981
Qalacaq
Mən nə bilim, ay başına döndüyüm,
Bu bəlalar haçanacan qalacaq!
Zülmün evi, zalımlığın
yuvası
Əyri özül uçanacan qalacaq!
Satqınımız
sağır düşüb
sağılar,
Birliyimiz darı kimi
dağılar.
Bizdən olub bizi udan
yağılar
Gəlmə yadlar qaçanacan qalacaq!
Tükənməsin
qom dizinin
təpəri,
Güllə aldı alnımızın
təpəli.
Bağlı yolun tilsim-tikan çəpəri
Haqq qapını açanacan qalacaq!
Yellənirik yalanların tərkində,
Əlimiz yox bu həyatın bərkində.
Oğlu-qızı
kölgəsindən ürkəndə
Xalqın dərdi ölənəcən
qalacaq!
Ağrın alım, ilikdədi bu sancı,
Qorxursansa nə qımıldan,
nə qıncı.
Suyumuzun çox soğulmaq qaxıncı
Damcı daşı dələnəcən
qalacaq
Fikir qoymur başım enə
balınca,
Qırılaydıq pərən-pərən
olunca.
O kədər ki, möhtac qalıb
qılınca,
Qılınc onu silənəcən
qalacaq!
1982
Ağa
LAÇINLI
Ədalət.-2011.-29
noyabr.- S.5.