Həmişə
gənc qalan şəhər
Tarixçilər tərəfindən sübut olunub ki, eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunmudu və beləliklə, bu yerdə qədim şəhərciynin yerləşdiyi məlum olmuşdur.
Şəhərin təməli
atılmamışdan əvvəl bu yerdə Sumqayıt
adlı 4 obyekt olub: yaşayış məskəni, çay,
dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda
bu toponimin aşağıdakı variantları mövcuddur:
Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində
yazır ki: " Şəhərin
yaxınlığından Sumqayıt və ya
Suqayıt adlanan çay
axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda
isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır."
Aparılan tədqiqatlara əsasən
7-ci əsrin əvvəllərində Sumqayıtın ərazisində
pers tayfaları yaşayırdı. Bu vaxtlar
Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları
keçirmiş və arxeoloji qazıntılar zamanı
aşkar olunmuş körpü və karvansaray qalıqları
bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk
yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən
1580-ci ildə verilmişdir. Fransız yazıçısı
A.Düma 1858-ci ildə "Qafqaza səyahət"
kitabında Sumqayıt adlı poçt stansiyasından söz
etməkdədir
Şəhərin inkişaf mərhələləri
1938-ci il - indiki İES-in yerində
fəhlələr üçün ilk baraklar
quraşdırılır. İES-in
inşaatçıları üçün yaşayış
məntəqəsinin tikintisinə başlandı.
1939-40-cı illər - Sintetik
Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi
qoyulur. Böyük Vətən müharibəsinin
başlaması ilə bütün tikinti işləri
durdurulur.
1941-ci il - İES işə
düşdü və Bakının neft sənayesi
üçün ilk elektrik cərəyanını verdi.
1944-cü il - Kimya və metallurgiya
zavodlarının tikintisi.
1945-ci il - Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və
Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il - Azərbaycan Ali Soveti
Prezidiumunun qərarı ilə Sumqayıta şəhər
statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan
Sumqayıt qısa müddət ərzində böyük sənaye
mərkəzinə çevrildi
1952-ci il - Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya
sənayesi inkişaf etməyə başladı.
Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il - Marten sobalarında
ilk polad əridilməsi
1955-ci il - Sumqayıt Alüminyum zavodu işə başladı.
1957-59-cu illər - Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri
tikilir, şəhər
infrastrukturu inkişaf
etdirilir.
1960-ci il - Avropanın ən böyük neft-kimya kombinatının
tikintisinə başlanıldı.
1961-68-ci illər
- Bir-birinin ardınca yeni müəssisələr:
kərpic zavodu, polimer tikinti materialları kombinatı,
superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər - Yüngül və maşınqayırma
sənayesinin inkişafı.
Bu vaxtlar
Sumqayıt artıq keçmiş SSRİ-nin aparıcı sənaye şəhərlərindən biri
kimi tanınmışdı.
Kimya sənayesi
Şəhər üzrə istehsal
olunan sənaye məhsulunun 60 faizdən çoxu kimya və neft-kimya sənayesi müəssisələrinin
payına düşür.
Ölkənin iri kimya və neft-kimya
müəssisələrindən "Etilen-polietilen", "Səthi
aktiv maddələr",
"Sintezkauçuk" və
"Üzvi sintez"
zavodları, "Sumqayıt
Superfosfat" ASC və
"Azərbaycan məişət
malları" ASC və
"Sumqayıt aşqarlar"
ASC Sumqayıt şəhərində
yerləşir və fəaliyyət göstərir.
Sumqayıt "Etilen-polietilen"
zavodu
1987-ci ildə "Sintezkauçuk"
zavodunda "EP-300" kompleksi
işə buraxılmışdır.
Kimya sənayesinin baza müəssisəsi olan "Etilen-polietilen"
zavodu 1999-cu ildən
"EP-300" və "Polimir-120" istehsalatları əsasında
dövlət müəssisəsi
kimi fəaliyyət göstərir.
1994-cü ilin oktyabrında "Polimer-120" tipli yüksəktəzyiqli
polietilen istehsalı qurğusu, 09 saylı polietilen sexi, 10 saylı divinilin ayrılması sexləri,
SDS-5 qurğusu, "Üzvi-Sintez"
zavodunun tərkibindən,
"EP-300" istehsalatı isə"Sintezkauçuk" zavodunun
tərkibindən çıxarılaraq
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin
24.08.94-cü il tarixli
313 saylı qərarı
ilə və "Azərikimya" Dövlət
Şirkətinin 31.08.1994-cü il tarixli 128 N-li əmrinə əsasən yeni təşkil edilmiş
"Etilen-Polietilen" zavodunun
tərkibinə daxil edilib. Müəssisənin tərkibində olan
Buxar Generator kompleksi
(BGK) 2001-ci ildə istismara
verilmişdir. Qurğu "Etilen-polietilen" zavodunu,
eləcə də
"Azərikimya" Dövlət
Şirkətinin müəssisələrini
110 və 16 atmosferlik buxarla və elektrik enerjisi ilə təmin edir. Hazırda müəssisədə etilen, propilen, polietilen istehsal olunur.
Sumqayıt "Üzvi sintez" zavodu
"Üzvi
sintez" (keçmiş
Sumqayıt kimya kombinatı) zavodunun tikintisinə 28 iyul 1958-ci ildə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı əsasında
icazə verilmişdir.
Zavodun tikintisinə 1960-cı ildə
başlanılmış və Sumqayıt kimya kombinatı
SSRİ Kimya Sənayesi Nazirliyinin tərkibinə daxil
edilmişdir. Zavodda ilk işə buraxılan obyekt qazayırma
qurğusu 1964-cü ildə istismara verilmişdir. 1963-cü
ildə ilk texnoloji obyekt - qazı fraksiyalara ayıran qurğu,
sonrakı illərdə digər sexləri işə
düşmüşdür. 1965-ci ildə neft-kimya kombinatı
adlandırılmışdır.
Sonralar adı bir neçə dəfə
dəyişdirilmiş, müxtəlif idarə və nazirliklərin,
o cümlədən 1971-ci ildən 1979-cu ilədək
"Sumqayıtkimyasənaye" Istehsalat Birliyinin tabeliyində
olmuşdur. 31 dekabr 1992-ci ildən "Azərikimya"
Dövlət Şirkətinin tərkibində Sumqayıt
"Üzvi sintez" zavodu kimi fəaliyyət göstərir.
Qeyd edək ki, bu zavodlarla yanaşı Sumqayıtda müxtəlif
məhsullar istehsal edən çoxlu sayda zavodlar fəaliyyət
göstərir.
(ardı gələn sayımızda)
ŞAMXAL
ŞƏBİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-29
noyabr.- S.7.