Söz... Söz!
Söz dənizi kül eləyər,
Anadan köz doğularsa!
Söz məqamın sahibidir,
Çox deyil, az doğularsa.
Söz susdurar, söz kiridər,
Göy tərpədər, dağ yeridər,
Söz damcı-damcı əridər,
Ədalət buz doğularsa!
Söz nədir? Allahın səsi...
Söz nədir? Söz möcüzəsi!
Olar Tanrı qiyafəsi,
Söz əgər düz doğularsa!
İlk sözü dünya tanıdı,
Söz dünyanın öz donudu,
Bütün dünyanın sonudu,
Allahdan SÖZ doğularsa!...
Səs
İçimin səsinə
düşürəm gecə...
Nə istəyir gecə məndən?
Bu içimin səsidir -
Məni yuxudan oyadır ki,
Bu dünyanın təsadüfən
Öz yolunu azmış dərdi,
Özü kimi dəli dərddən
usanmış, beşmiş dərdi
keçə məndən...
Nə istəyir gecə məndən?
Nə deyir bu səs mənə?
Bəzən uşaqtək
aldadır,
Bir udum ümid üçün
Mənə layla çalan səs.
Gecələri doğulub,
Səhəri qocalan səs!
Gündüz milyon-milyonam,
Gecələr təklənirəm.
Bu içimin səsidir -
Mən
Gecə
Yüklənirəm!
Fələstinli uşaq və...
Dünyanın
sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara
ölkədə Allah axtarır.
Yeməyin üstündən yarımçıq
durub,
Dünyanı qarpız tək
kəsib yeyəcək.
Bu uşağı
anasına verməyin,
Bu uşaq
anasın basıb yeyəcək.
Oxşamaz üzünü səhərin
mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin uşaq talehi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın
sazağı,
Yatdığı
yerdəcə donur az qala.
Hardasa görmüşəm mən
bu uşağı -
...
XOCALI...
mən
səni tanıdım,
bala!!!
Bürüyüb
Dilim yükdən əyilibdi,
Dilimə söz bürünüb.
Bu mən, bu da dediyim
söz,
Tülə bir qız bürünüb.
Dərdim ağ rəngə
boyanır,
Məni görən özün danır...
Adım köz-köz olub yanır,
İçimi buz bürüyüb.
Sözün dünyanı az
dəlsin,
Bir az üzü
bizə gəlsin,
Əl çək dünyadan, dincəlsin,
Dünyanı toz bürüyüb.
Ürəyimdən
qan daşıma,
Burdan qan çıxmır, qaşıma...
Od
yağır göydən
başıma,
Allahı köz bürüyüb!
Dur, gedək bizə!
Doğma küçə,
Gecə düşür yenə də!...
Gecə bu küçəni nə hala salıb,
Küçənin
qolları uzalı qalıb...
Bu küçənin
dərdi mənim,
bu
küçənin gecə
dərdi
mənə
qənim...
Doğma küçə,
Gecə düşür yenə də!..
Sən hər gecə ürəyini,
torpaq- torpaq soyursan.
Axşam bişən yeməklərin
qoxusundan
doyursan.
Sən Tanrının gözündən,
düşən
bir damla yaşsan.
Özündən
qorxma barı
-
özün
boyda vahiməsən,
təlaşsan!
Doğma küçə....
Bu dunyanın ağrısını,
acısını,
dərdini
saplağından
dəribsən.
Mənim kimi öz içində,
öz
evində, öz küçəndə
qəribsən.
Gecə düşür yenə də,
İndi neyləyək, küçə?!
Bu dünya özü boyda,
yerləşər
qəlbimizə.
Dur, yığış, gedək,
küçə!
Gedək bizə...
gedək,
küçə!
Gözlərim yada düşmədi
Gözlərim
yada düşmədi,
Məni içimdən oydular.
Məni ürəyimdən asıb,
Şeirlərimdən soydular.
Daşladılar
sol-sağımı,
Yaxınımı,
uzağımı,
Kölgəmi,
əl-ayağımı,
Nə də yeməkdən
doydular.
Tərpəndim,
gücə gəldim mən,
Bilmədim necə gəldim mən...
Dünyaya gecə gəldim mən,
Adımı
GÜNDÜZ qoydular!
... Bu
qız
Ömrünü
illərə sərdi,
Göyərdi
"Vağzalı" dərdi...
Əyilib tikanı dərdi,
Çiçəyi dərmədi bu
qız.
Uçurdu
Allah payını,
Sarıdimdik qağayını,
Qismətinin sarayını,
Tikmədi, hörmədi bu
qız.
Bitdi nağılın yarısı,
Getdi ağılın yarısı...
Açıldı
bəxtin qapısı,
İçəri girmədi bu
qız.
Dağın küləyindən keçən,
Eşqin bələyindən keçən,
Hər gün ürəyindən
keçən,
Gündüzü
görmədi bu qız!
Laylalar
Biz doğulanda,
dünyadan
çiçək
qoxusu gəlirdi.
Biz doğulanda
müharibələrin,
raketlərin,
sərhədlərin
yuxusu
gəlirdi, yuxusu...
Hakim idi dünyanın hər şeyinə
layla
çalan çiçək
qoxusu.
Hakim idi qırğınların
müharibələrin
əbədiyyət yuxusu.
Biz az
idik, çiçəksə
çox,
qaldıq
çiçəklərin ayağı altda...
Beləcə çiçəkli bir
körpəlik
yaşadıq.
Sonra... qəfil diksindi
çiçək
qoxusu.
və
beləcə oyandı
müharibələr...
Qaçdı...
müharibələrin,
raketlərin
yuxusu qaçdı.
Qaçdı hər şey ...
Dünyanın çiçək qoxusu qaçdı.
Bu qaçhaqaçda
biz də qaçdıq.
qaçdıq...
qaçdıq...
Hər şey qaçdı!...
Bir vaxt dünyanın müharibəsinə,
raketinə,
sərhəddinə layla
çalan
çiçək
qoxusu yaralı uşaq kimi
qaldı
qollarımız üstə...
qaldı
qollarımız üstə...
Layla çalınırdı!
Raket zümzüməsindən,
müharibə
laylasından
yatmışdı
deyəsən -
yatmışdı
çiçək qoxusu...
Məndən sonra
Məndən sonra hicran yolun,
Bağla, bağlaya bildikcə.
Ömrün boyu ağ
bəxtini,
Haqla, haqlaya bildikcə.
Qorumadın bu ürəyi...
Bərk saxla, olar gərəyin
-
Bağışladığım
çiçəyi
Saxla, saxlaya bildikcə.
Coşdurmadı
söz sinəni,
Yandırmadı köz sinəni,
Məndən sonra öz sinəni,
Dağla, dağlaya bildikcə.
Göyərtdinsə
dərd daşını,
Axtarma itən başını.
Ağla, silim göz yaşını,
Ağla, ağlaya bildikcə
Gündüz Sevindik
Ədalət.-2011.- 5 oktyabr.- S.5.