Yollar uzaq...
Yollar uzaq,
nə əl çatır, nə ün yetir...
Nə ayrılıq,
nə
içimdə bu əbədi üsyan bitir.
Bədii
yaradıcılığda orijinallıq böyük bir keyfiyyətdir.
Əslində orijinal və yenilikçi olmasan sənət aləmində
möhkəm yer tuta bilməzsən. Həyatda hər bir
şeyi asan deyil dərk edərək mübarizədə
almalısan.
"Səni düşünürəm "lirik seirlər toplusunun müəllifi Afaq Şıxlı öz orijinallığı, fərqli ruhu və dünyası ilə seçilən şairlərimizdən biridir. Kitabda toplanan şeirlərin ilk misralarından şairənin lirik dünyasını, incə ruhunu, döyünən və sevgi dolu ürəyini görürük. Şairənin lirik qəhrəmanı insanı düşünməyə vadar edir.
Hər bir şair öz şeirlərində bilavasitə özünü yaradır. Əsl sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz əksini tapır. Hər bir şair qələmi əlinə aldığı andan etibarən öz həyatını vərəqlıməyə, bir film kimi gözünün önündən otürməyə başlayır və yaratdığı ilk misralardan başlayaraq öz ömrünü, dünyasını yaradır. Bilərəkdən, ya təsadüfdü bilmirəm, amma Afaq xanım lirik notlara köklənən "Səni düşünürəm" kitabında toplanan şeirlərinin ilk misralarından özünü, dünyasını əks etdirib. Kitabda toplanan lirik şeirlərdə şairənin böyük ürəyini və sevgi dünyasını duya bilirik.
Afaq xanımın dili poetikdir, səlisdir, axıcı və oynaqdır. Sözü misralarda bütün poetik qüvvəsi ilə səsləndirməyə çalışır və çox zaman da buna nail olur. Yaratdığı hər bir şeirdə öz mövqeyini hiss elətdirə bilir. Onun lirik qəhrəmanının səsi ürəkdən gəlir və oxucunu inandırır.
Həyatın mənası tox olmaq
deyil!
Fərasət - dövləti
çox olmaq deyil!
Ölmək - bu dünyadan yox olmaq
deyil,
Qəlbimdə qalacaq izlərin ki
var!
Kitab vətənlə bağlı
şeirlərlə başlayır. Əslində Afaq xanımın
bütün lirik şeirlərindən vətəninə olan
sonsuz sevgisi duyulur. "SALAM!", "DOSTLARIM, MƏNƏ DƏ
BAHAR GÖNDƏRİN!", "BU GECƏ" şeirlərini
oxuduqca vətəninə sadiq bir övlad obrazını
görürük. Vətəninin hər
qarışını sevən, əzizləyən, sonsuz məhəbbətini
sərgiləməsinin şahidi oluruq.
"Salam" şeirində vətəninin
çox gözəl və təsirli tablosunu yarada bilib. Afaq
xanımın şeirlərini oxuduqca sanki bir anlıq vətənin
sehrinə çıxırsan, hər bir guşəsini
qarış-qarış gəzirsən.
Vətən, qayıtmışam qoynuna
yenə...
Qurbanlar kəsərəm bu gözəl
günə!
Öpüm torpağını mən
dönə-dönə,
Saflığım,
paklığım, iffətim, salam!
Yaradıcılıq ürəkdən
su içir, sonra da gözəl bir şeirə çevrilir.
"Səni düşünürəm" kitabı lirik
şeirlərdən ibarətdir. Oxuduqca şairənin lirik
dünyasına qərq olursan, yeniliklər kəşf edirsən.
Məhəbbət mövzusunda yazdığı şeirləri
Afaq xanımın ən incə , ən zərif ətirli
çiçəkləridir. "Uzat əllərini mənə
bir daha!", "Özün söylə", "Sən
getdin", "Mən sənin sevgindən qorxuram",
"Kaş ki", "Mənə "sevgilim" demə"
şeirlərində sevən, inciyən qəlbi
görürük. Bu şeirlərdə hissin, poetik əhvali-ruhiyyənin
müasirliyi, genişliyi də öz əksini
tapmışdır.
Poeziyada uğurlu yol inam, sevgi və
sədaqətdən başlayır. Afaq xanımın "Səni
düşünürəm" kitabında da bu vəhdəti
görmək mümkündü. Şeirlərində cəsarətlə
sevən bir qəlbin çırpıntıları, sevgisini
qorumaq və yaşadacaq arzuları səslənir.
Bəllidir ki, lirika insanın həyat
prosesində doğan duyğu və düşüncələrini,
hiss və həyəcanlarını, ətrafa, insanlara, cəmiyyətə,
hətta, təbiət hadisələrinə belə təsirini
əks etdirir. Afaq xanımın "Səni
düşünürəm" kitabında istənilən bir
mövzunu, istənilən bir hadisəni tapmaq, izləmək
olar. Bu kitabda toplanan şeirlər həm mövzu, həm də
mündəricə etibarilə zəngin və dolğundur.
Ülvi, pak hissləri tərənnüm edən şairə
insanın qəlbinin dərinliklərini çox məharətlə
və ustalıqla aça bilmişdir. Afaq xanım tükənməz
həyat eşqini şeirlərinin döyünən ürəyinə
çevirmişdir. Poeziyanın başlıca meyarı olan sadəlik
və aydınlıq prinsiplərini də unutmamağa
çalışmış və yeri gəldikcə çox
böyük ustalıqla istifadə etmişdir.
"Səni düşünürəm"
Afaq Şıxlının dördüncü kitabıdır.
Bundan əvvəlki kitablarında olduğu kimi, bu kitabda da
şairə öz oxucusunu şeir fikrinə və mövqeyinə
inanmağa, onunla dərdləşməyə,
yaratdığı fikirlər ətrafında sərbəst
düşünməyə çağırır.
Könül
Səid
Ədalət.-2011.-5
oktyabr.- S.6.