ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(mövzu əsasında
IV yazı)
Respublikamızda son illər aparılan davamlı islahatlar siyasəti ölkəmizin
iqtisadiyyatının əhəmiyyətli dərəcədə
güclənməsinə imkan vermiş, dinamik sosial-iqtisadi inkişafı və insanlarımızın
rifah halının
yaxşılaşdırılmasını təmin etmişdir. Məqsədyönlü iqtisadi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
Azərbaycan bölgənin ən qüvvətli dövlətinə
çevrilib.
İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamçısı Prezident İlham Əliyevin "neftdən əldə edilən kapitalın insan kapitalının inkişafına yönəldilməlidir" konsepsiyası təhsil işçilərinin qarşısına yeni vəzifələr qoyur.
Heydər Əliyev Fondunun
töhfələri
Azərbaycanda təhsilin inkişafı, müasirləşməsi ayrıca olaraq Heydər Əliyev Fondunun da ciddi yanaşdığı məsələdir. Heydər Əliyev Fondu ən geniş layihələrini təhsil sahəsində reallaşdırır.
İndiyədək fondun təşəbbüsü ilə 300-dən çox müasir tipli təhsil müəssisəsi tikilərək istifadəyə verilmişdir. Əbəs yerə deyil ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva məsələyə münasibət bildirərkən hər zaman Azərbaycan üçün təhsilin inkişafının prioritet sahə olduğunu diqqətə çatdırır.
Şəkidə təhsilə xüsusi yanaşma
Bütün bu məsələlər
Şəki rayonunda da öz həllini tapmaqdadır. Bu mənada
ki, rayon rəhbərliyi mühüm sahəni daim diqqətdə
saxlayır. Əvvəlki icra başçılarının
başqa gözlə baxdıqları təhsil məsələləri
Şəkinin yeni icra başçısı Elxan Usubovun
münasibətində əsl mahiyyətinə qovuşur. Bir
çox səriştəli rayon rəhbərləri kimi o da təhsilə
qayğı və diqqətin zəruriliyini gündəlik
iş prinsipi hesab edərək məsələni daim nəzarətdə
saxlayır.
Belədə rayon təhsil
şöbəsi rəhbərliyinin, pedaqoji kollektivlərin də
fəaliyyəti düzgün istiqamət üçün dəstəklənmiş
olur.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov əvvəllər çalışdığı Ağstafa rayonunda da təhsilə xüsusi diqqət yetirməsi ilə yadda qalıb. Yanvar ayında regionlarda təhsilin inkişaf perspektivləri ilə əlaqədar Ağstafa, Qazax və Tovuz rayonları təhsil işçilərinin iştirakı ilə keçirilən müşavirənin məhz Ağstafa rayonunda baş tutmasında rayon rəhbərliyinin təşəbbüsü və rolu danılmazdır.
Bir
rayonun əhalisi qədər müəllim və şagird
Şəki rayonu bütün mənalarda xarakterik yerdir. Təhsil burada daha çox diqqət tələb edən məsələdir. Müəllim və şagird kollektivlərinin birgə say rəqəmi bəzi rayonların bütövlükdə əhalisi qədər, hətta bəzilərindən çoxdur, 30000 nəfərə yaxındır.
Biz Şəki rayon təhsil şöbəsinin müdiri Südabər İsmayılova ilə elə təkcə bu faktı diqqətə çəkərkən qarşıda duran vəzifələrin nə dərəcədə çətin və məsuliyyətli olması qənaətinə gəldik.
2010-2011-ci tədris ilində Şəkidə 99 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bunlardan 53-ü tam orta, 22-si ümumi orta, 4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 24897 nəfər şagird təhsilə cəlb edilmişdir.
Dərs ilinin yekununa görə 24897 nəfər şagirddən 24530 nəfəri dərs ilinin sonuna qalmış, onlardan 23625 nəfəri yuxarı sinfə keçmiş və ya məktəbi bitirmişdir. 2010-2011-ci dərs ilində 1725 nəfər məzun tam orta təhsil haqqında attestat, 2454 nəfər isə ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Bundan əlavə əvvəlki illərdə Şəki məktəblərinin 11-ci sinfini bitirmiş 146 nəfər məzun buraxılış imtahanlarında iştirak etmək üçün ərizə vermiş, onlardan 125 nəfəri imtahanlarda iştirak etmiş, 81 nəfəri isə istəyinə nail olmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2011.-5
oktyabr.- S.7.