ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(mövzu
əsasında IV yazı)
(əvvəli ötən
sayımızda)
Orta məktəbi bitirənlərdən
1 nəfəri şəhər 11 nömrəli tam orta məktəbin
məzunu Abduləli Hadızadə qızıl medala layiq
görülmüş, 17 nəfərin attestatının qiymətlərinin
hamısı əla olmuşdur.
Bu gənclərə attestatlar təntənəli şəkildə Heydər Əliyev muzeyində təqdim olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Onların hamısı ali məktəblərə yüksək balla daxil olmuşlar.
Şəkinin 11 məktəbində - şəhər 9, 11, 14, 20 nömərli orta, Zəyzid 2 nömrəli, Daşüz, Çeşməli, Qozlubulaq, Bolludərə, Kiş 4 nömrəli kənd tam orta məktəblərində 11-ci siniflər üzrə buraxılış imtahanlarında "2" qiymət alan şagird olmamışdır.
Xüsusi istedadlılar
Ötən dərs ilində "Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı" üzrə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar məktəblərdə "Kiçik akademiyalar" olimpiada mərkəzləri yaradılmışdır.
Yanvar ayında məktəblilərin fənn olimpiadalarının II şəhər turu keçirilmiş və bu turun 24 nəfər qalibi respublika turunda iştirak etmək hüququ qazanmışlar. Respublika mərhələsində 10 nəfər Şəki məktəblisi müxtəlif fənlər üzrə I, IV yerləri tutmuş, Respublika Təhsil Nazirliyinin qiymətli hədiyyələri və fəxri fərmanı ilə təltif olunmuşdur.
"İNEPO-AVRASİYA" ətraf mühitin mühafizəsi V beynəlxalq layihə olimpiadasında Azərbaycandan seçilmiş 58 işdən 6-sı Şəki məktəblərinin layihələri olmuşdur. Bu olimpiadada Şəki şəhər 18 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədov Ayaz Məmmədrahim oğlu I yerə layiq görülmüş və qızıl medalla təltif edilmişdir.
Tədris ilində iki nəfər şəkili şagird ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilən orta məktəb şagirdləri üçün təşkil olunmuş FLEX (Gənc liderlərin mübadilələri) proqramının qalibi olmuşlar. Şəki şəhər 8 nömrəli beynəlmiləl orta məktəbin rus bölməsinin 11-ci sinif şagirdi Hüseynli Səyyarə Səbuhi qızı və 10 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Abdullayeva Səadət Mahir qızı 2011-2012-ci tədris ilində bir il müddətində ABŞ-da pulsuz təhsil almaq hüququna malik olmuşlar.
Müqayisələr - uğurlu nəticələr
2010-2011-ci tədris ilində 12 kateqoriya üzrə 441 nəfər müəllim ixtisasartırma kursundan keçmişdir. Dərs ilində ümumtəhsil məktəblərinin I sinfində işləyəcək ibtidai sinif müəllimlərinin fənn kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlıqlarını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 10 günlük təlim kursları təşkil edilmişdir. Həmin kurslarda 200 müəllim iştirak etmişdir.
"Yaşlıların Təhsili Assosiasiyası" ictimai birliyinin əməkdaşları tərəfindən aparılan kursda iştirak edən müdavimlər kursun təşkilindən razı qalmışlar.
Ötən müddət ərzində Şəki RTŞ-nin metod kabineti tərəfindən təhsilin məzmunu xüsusilə fənn kurrikulumlarının tətbiqi, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və tətbiqi işinin təşkili, bu sahədə məktəb və metodbirləşmə rəhbərlərinin, müəllimlərinin işinin istiqamətləndirilməsi, fənlərin metodikasının təkmilləşdirilməsi, yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar təlim seminarlarının keçirilməsi, innovasiyaların yayılmasının fəaliyyət istiqamətinə çevrilməsi üçün bir sıra işlər görülmüşdür.
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti onların İKT-dən səmərəli istifadəsi müəyyənləşdirilməklə formalaşıb.
"2008-2012-ci illərdə Azərbaycan Respublikası təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi sahəsində Şəkinin təhsil müəssisələrində də xeyli işlər görülmüşdür. 1378 nəfər təhsil işçisi, o cümlədən 2010-2011-ci dərs ilində 421 nəfər İKT üzrə treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnmişlər. Şəkinin 35 məktəbi internet xəttinə qoşulmuşdur.
Məktəblər beynəlxalq və respublika təşkilatlarının həyata keçirdiyi müxtəlif layihələrdə fəal iştirak ediblər. R.Əfəndiyev adına şəhər 10 saylı tam orta məktəbdə artıq 2 ildir ki, ibtidai siniflərdə inkluziv təhsil layihələri davam etdirilir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-
2011.- 6 oktyabr.- S. 7.