"Xilaskar"
Xilaskarım!
Sən - dərdin qənimi!
Sən - qüssənin cəlladı!
Sən - ağrıların
keyidicisi!
Sən gerçək - yalan
artan çoxalan
yüzə
- minə vurulan
bəd
xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
Sən - ən kədərli anımın sirdaşı
ən
kefli halımın yoldaşı!
Sən olmasaydın
beynimə
mikrob tək
düşən
qanıma
işləyən bu
fəlakət
virusları
bu
faciə, bu ölüm epidemiyaları
çoxdan
yayılmışdı beynimin
hər küncünə
ürəyimin
dibinə!
Yayılmışdı
yosun tək!
Sən saxladın onu damarlarımın divarlarında
beynimin
uzaq küncündə!
Qoymadın yayılmağa!
Boğazımdakı
qəhərdən qalxıb
beynimdə
insulta
ürəyimdə
infarkta keçməyə
qoymadın!
Sən ən böyük rahatlığım!
Ona görə yeyirəm ki, dadına dad artıracaq!
İçirəm
ki, səni şirinləşdirəcək!
Sənə görə yeriyir
sənə
görə gəzirəm!
Səhər tezdən yanındayam
bir
qurtum su ilə
bir
qaşıq balla!
Axşam səninlə bağlanır
göz qapaqlarım!
Xilaskarım!
Kimdi səni anlayan -
Barmaqla sayılan azlar!
Çörəyi
dizinin üstə olan
Ətəyindən
tutub qalxan
sonra
səni söyən, tapdalayan naxələf dayazlar!
Ən çətin anlarında da barmaqlarını aralayıb -
birin
ver- deyənlər!
üstünə
yüyürür bəşər!
Səni göydələnlərdən çıxarıb
bomj kimi
qapı
ağzına atırlar
təyyarələrdən,
otellərdən qaçaq
salırlar
Səni hava limanlarında bir küncə sıxdılar
Səni qatarlarda ən kirli vaqonlarda qapadılar!
Dözdün dayandın! Sakit baxdın!
Üstünə
yüyürdü
qanunlar
yasalar!
Orda onun, burda bunun
bəyanatı!
Bizdə də Qənirə xanımın qanun layihəsi!
Qapalı alanlar!
No smokinqlər
içiləməzlər
çəkmək
olmazlar!
Sən olmasaydın
bəşər
uşaqlıq çağında
qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi
və
ən böyük kəşflərinin cığır
açanı!
Ən gözəl musiqinin
ən
ilahi sözün qanad verəni!
dün
on adama ağız açdım
qapısında
içiləməz yazılan
odamda
sənə
bir tabaq tapılanacan!
İncimə küsmə!
Bu şeirdə
mənim sənə
təşəkkürüm
sədaqətim!
Tütünüm!
Nikatinim!
Tüstüm!
Siqaretim!
Ankara,
Gecəyarısı
Rəşad Məcid
Ədalət.-
2011.- 6 oktyabr.- S. 4.