Müstəqilliyimiz daim əbədi olacaq

 

   Bir gün azad yaşamaq, qırx il qul kimi yaşamaqdan yaxşıdır

  

   Babək

  

   Zaman-zaman xalqımızın igid, vətənpərvər oğulları Azərbaycanın müstəqilliyi üçün çalışmış, bu yolda neçə-neçə vətən oğulları qurban getmişdir. Şah İsmayıl Xətai sahəsi 514 min kvadrat kilometr olan bütöv Azərbaycan yaratmışdır. Amma Azərbaycanı gözü götürməyən qüvvələr daima onu parçalamış, Rusiyanın köməyi ilə zaman-zaman bu torpaqlardan özlərinə pay götürmüşlər. Nəhayət 86 min kvadrat kilometr ərazisi olan Azərbaycan qalmış, bu gün də 20 faiz torpaqlarımız düşmən tapdağı altındadır. Xatırladım ki, 1928-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı xalqımızın böyük oölu Məmməd Əmin Rəzsulzadənin rəhbərliyi ilə ilk dəfə müstəqilliyimiz əldə edilmişdir. Bu müstəqillik cəmi 23 ay yaşaya bilimişdi. Uzun illər biz sovet imperiyasının caynaqlarında çapalaya-çapalaya qalmışıq. Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan Sovet imperiyasının caynağından xilas olmuş müstəqil Azərbaycan yaranmışdır.1991-ci ilin avqustun 30-da müstəqillik bəyannəmisini həmin ilin oktyabr ayının 18- də isə konstitusiya aktını qəbul edən parlament hələ sovetlər birliyinin hüquqi subyekt kimi mövcud olduğu bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suverən və müstəqil olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özü müəyyənləşdirdiyini bəyan etdi. Çox keçmədi ki, 1991 -ci ilin dekabr ayının 8 də Sovetlər birliyinin öz giosiyasi mövcudluğuna son qoydu. Bu yeni dünya nizamının yaranmasını şərtləndirməklə yanaşı, regional geosiyası mühitin qeyri-müəyyənliyini artırdı. Yeni risk və təhdidlərlə səciyyələndi. Mövcud çətinliklərə baxmayaraq Azərbaycan çox uğurlu yol keçmiş hazırkı beynəlxalq sistemin əsas faktoruna çevrilmiş, beynəlxalq birliyin əsas özünü təqdim etmişdir.  

   2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20 il dönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun Respublikamızda həyata keçirilən geniş miqyaslı proqramlar müasir, iqtisadi potensialın formalaşdırılmasına sosial mədəni həyatın canlandırılmasına və milli mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır. SSRİ-nin süqutunun qaçınılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında konstitusiya aktı" ilə Azərbaycan xalq cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən o beynəlxalq, hüquqi subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himnigerbi dövlət aktları kimi qəbul edildi. onun yarandığı 28 may günü respublika günü kimi qeyd olunmağa başladı. Müstəqilliyimizin ilk illərində hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyası və iqtisadi-sosial böhranlarla nəticələndi.1993-cü ilin iyun ayında ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Separatçılıq meyillərinə son qoydu və H.Əliyevin dövlət quruculuğu siyasətinə gətirib çıxardı.1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşmasına imkan verdi. Və Xəzər hövzəsində irimiqyaslı layıhələrin uğurla həyata keçirilməsini təmin etdi.2006 cı ildə Bakı-Tiblisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə isə Bakı-Tiblis- Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu. Azərbaycanda ordu quruculuğu prosesiböyük uğurla gedir. Silahlı qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi maddi texniki bazası döyüş qabiliyyətini möhkəmləndirir. Ölkəmizdə Müdafiə Sənayesi inkişaf etdirilir. İlk süni peyklərimizlə bağlı layihə həyata keçirilir. İnformasiya kommunikasiya texnologiyalar sahəsində əldə olunan nəaliyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır.  

   Regionların inkişafı proqram çərçivəsində də böyük nəaliyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, tibb müəssələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman konpleksləri və olimpiya mərkəzləridir. Ölkəmizdə 4500 dən çox məktəb, 200 mindən çox müəllim var. Bu müqəddəs peşə sahiblərinə qayğı günü-gündən çoxalır, məvacibləri artırılır,fəxri adlar verilir, elektron məktəblər yaradılır. 600-dən yuxarı bal toplayan abituriyentlər prezident təqaüdünə layiq görülür. Tələbə adını qazananlar, nəinki Azərbaycanda, Avropanın bir sıra dövlətlərinə də oxumağa göndərilir.    

   Aparılan quruculuq və abadlıq işləri sahəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır. Şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni yerləri açılaraq yoxsulluğun səviyyəsi azalmışdır. Azərbaycan çoxsaylı uğurlarla hələ də yaşadığı Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şəraitində nail olmuşdur. Beynəlxalq qurumların qəbul etdiyi qətnamələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyü hələ də bərpa olunmamışdır. Bu gün Azərbaycanın əsas vəzifəsindən biri zəbt olunmuş torpaqların işğalına son qoymaqdır. Münaqişə həll olunana qədər məcburi köçkünlərin sosial müdafiəsi təmin olunsa da onların dədə-baba torpaqlarına qayıtmaq arzusundadırlar. 0 illik inkişaf yolunun ən parlaq nəticəsi odur ki, bu gün Azərbaycan tam müstəqil bir ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərib. 2010-cu ildə Azərbaycanın dövlət bayrağının açılışı olmuş, müstəqil Azərbaycanın konstitusiyasının qəbul edilməsi ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşmışdır.Bütün bu uğurlarda umumimilli lider Heydər Əliyevin əvəzsiz xidməti vardır. Azərbaycanın geosiyası oyunlar məngənəsindən çıxarmış öz milli maraqlarını qoruyaraq, ölkəmizi həqiqi müstəqil dövlətə çevirmişdir. Çoxşaxəli xarici siyasət Azərbaycanın bütün tərəfdaş dövlətlərlə münasibətlərini qarşılıqlı münasibətləri qarşılıqlı maraqlar əsasında yenidən qurulmasına zəmin yaratmışdır.   

   Ulu öndər H.Əliyevin əsas məqsədini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə yönəldir. Azərbaycan ordusu yenidən təşkil edilir. Nizam-intizam gücləndirilir. 1994-cü ilin may ayının 12-də atəşkəsin qüvvəyə minməsi və Azərbaycanın yeni siyasi strategiyasının əsas məqsədlərini həyata keçirməyə, neft istehsalını artırmağa, ölkənin qüdrətinin əsas xidmətlərindən biri olan iqtisadiyyatın inkişafına nail olur. "Əsrin müqaviləsi" tarixi bir sənəd kimi Ulu öndərin adı ilə bağlıdır.1994 - ilin sentyabrın 20-də Gülüstan sarayında Heydər Əliyevin iştirakı ilı "Əsrin müqaviləsi" imzalanır. Bu tarixi hadisə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyur. Neft sektorunun xarici kapital axını tədricən digər sahələri də əhatə edir. Azərbaycanın beynəlxalq arenada əhəmiyyətini artırır. Onu Avropanın enerji təhlükəsizliyində əsas faktora çevirir. Heydər Əliyevin qətiyyəti sahəsində 2001-ci ilin yanvarın 25-də Azərbaycan Avropa şurasına üzv olmaqla rəsmi şəkildə Avropa ailəsinə inteqrasiya olunur. Avropanın ayrılmaz hissəsi olan Azərbaycan bu gün Avropa təşkilatları ilə səmərəli əməkdaşlıq edir. Bu gün Azərbaycan günü-gündən çiçəklənir. Onun çiçəklənməsində biz inanırıq ki, Ulu Öndərin kursunu davam etdirən İlham Əliyev müstəqilliyimizin əbədi olmasına daim nail olacaq.

 

 

Gülnarə Əliyeva,

Nizami rayonu 70 saylı litseyin

tarix müəllimi

 

Ədalət.- 2011.- 11 oktyabr.- S.6.