ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(mövzu əsasında
V yazı)
(əvvəli ötən
sayımızda)
İlin ən
yaxşıları
Rayon üzrə
götürdükdə şəhər 1, 2, 3, 4, 5 nömrəli,
Qaxbaş 2 nömrəli, Cəlayir, Ləkit, Zərnə, Qum
kənd tam orta məktəbləri şagirdlərinin
buraxılış imtahanlarındakı keyfiyyət göstəriciləri
rayonun orta göstəricisindən yüksək olmuşdur.
Rayonun təhsil müəssisələrində
Azərbaycan RTN-nin "Təhsil sahəsində müasir
yanaşmaların təşəkkülü ilinin
davamı" ilə bağlı əmrinə müvafiq
iş aparılmış, "İlin ən yaxşı məktəbi",
"İlin ən yaxşı müəllimi",
"İlin ən yaxşı pedaqoji mühazirəçisi",
"İlin ən yaxşı şagirdi", "İlin ən
yaxşı fənn kabineti" və digər müsabiqələr
keçirilmişdir. Ayrı-ayrı nominasiyalar üzrə
aşağıda adları göstərilən müəllimlər
qalib adını qazanmışlar.
I. "İlin ən yaxşı
pedaqoji mühazirəçi"ləri:
1. İsmayılova Nazlı - Azərb.dili
və ədəbiyyatı, şəhər 2 N-li o.m.
2. Qaracayeva Aybəniz - Coğrafiya,
şəhər 4 N-li t.o.m.
3. Nəzirova Nazimə - Azərb.dili
və ədəbiyyatı, şəhər 2 N-li o.m.
II. "İlin ən yaxşı
fənn kabineti"
1. İbtidai sinif kabineti - Asafova
Ayna, şəhər 2 N-li o.m.
2. "H.Əliyev kabineti" -
Şirinova Gültəkin, şəhər 2 N-li o.m.
3. İbtidai sinif kabineti - Heydərova
Vəfa şəhər 5 N-li t.o.m.
4. Riyaziyyat kabineti - Hacıyeva Əntiqə,
şəhər 2 N-li o.m.
III. "İlin ən yaxşı
şagirdi"
I-IV siniflər üzrə
1. Aslanova Zeynəb Aslan
qızı, şəhər 3 N-li t.o.m.
V-IX siniflər üzrə
2. Balacayeva Xanım Əsəd
qızı, şəhər 1 N-li t.o.m.
X-XI siniflər üzrə
3. Yusifli Gülay Asəf
qızı, şəhər 2 N-li o.m.
Ötən dərs ilində
respublika prezidenti İ.Əliyevin sərəncamı ilə
dördüncü dəfə keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin nəticələri
ümumi təhsil sistemində pedaqoji innovasiyaların, beynəlxalq
təcrübənin sınaqdan çıxmış
metodlarının geniş yayıldığını və
uğurla tətbiq olunduğunu bir daha sübut etmişdir.
Müsabiqənin nəticələrinə əsasən Dilarə Əliyeva adına Qax şəhər 1 N-li tam orta məktəb "Ən yaxşı ümumtəhsil məktəbi", şəhər 2 N-li orta məktəb -liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazlı İsmayılova "İlin müəllimi" respublika müsabiqəsinin qalibi olmuşdur.
Yeniliklərin tətbiqi
Əvvəllərdə olduğu kimi ötən dərs ilində də təhsil nazirinin müvafiq əmrinə əsasən I siniflərdə işləyəcək ibtidai sinif müəllimləri üçün kurrikulum proqramı üzrə öyrədici kurslar təşkil edilmişdir. Həmin kurslarda 200 nəfər müəllimin iştirakı təmin edilmiş, onlar fənn kurrikulumları əsasında təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizminin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və s. üzrə zəruri bilik və bacarıqlara yiyələnmişlər.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və "Mədəd" təşkilatı ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin pedaqoji heyəti üçün təlim kursları keçirilməsi davam etdirilmişdir.
Bu proqrama uyğun olaraq rayonun şəhər 1, 2, 3, 4, 5 N-li, İlisu, Qaxbaş 2 N-li, Qum, Turaclı, Almalı kənd tam orta məktəbləri və rayon təhsil şöbəsinin sürətli internet şəbəkəsinə qoşulması həyata keçirilmişdir.
Hal-hazırda rayonun ümumtəhsil məktəblərinin istifadəsində 250 ədəd müasir tipli kompüter, 27 ədəd notbuk, 20 ədəd proyektor və 3000-dən artıq elektron dərslik vardır. Bu avadanlıqlardan tədris prosesində müvəffəqiyyətlə istifadə olunur.
Rayon təhsil şöbəsi ilboyu ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi məsələsini ciddi nəzarətdə saxlamışdır. Bu məqsədlə şagirdlərin bilik, bacarıq və vərdişlərinin faktik vəziyyətini, habelə müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini aşkara çıxarmaq və qiymətləndirmək məqsədilə rayonun Marsan, Zəyəm, şəhər 3 N-li, Qaşqaçay tam orta, Fıstıqlı ümumi orta, Şıxlar, Ləkit-Malax, Tanqıt, Qazmalar, Amanlı və Armudlu ibtidai məktəblərində, Almalı, Ağçay, Qum, şəhər 9 N-li uşaq bağçalarında frontal və müxtəlif mövzularda tematik yoxlamalar, test-yoxlama imtahanları keçirilmiş nəticələri şura iclasında müzakirə olunaraq təhlil edilmişdir. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün pedaqoji kollektivlərə əməli köməklik göstərilmişdir.
İl ərzində təhsil müəssisələrinin işini elmi cəhətdən əlaqələndirib onların fəaliyyətinə nəzarət edən qurum kimi rayon təhsil şöbəsi yanında şura fəaliyyət göstərmişdir. Hesabat ili ərzində təhsil şurasının 10, aparatyanı müşavirənin 11 iclası keçirilmiş, həmin iclaslarda 78 məsələnin müzakirəsi aparılmaqla, müvafiq qərarlar qəbul edilmişdir. Vaxtaşırı verilmiş şura qərarlarının icrası yoxlanılmış, şöbənin əməkdaşlarının yerlərə planlı gedişləri təşkil olunmuşdur.
Müəllimlərin vəzifə funksiyalarının yerinə yetirilməsinə diqqət artırmalarını təmin etmək, onların fəaliyyətlərini öyrənmək, metodiki hazırlıqlarını, peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə zona və məktəb metodbirləşmələri xətti ilə seminarlar, açıq dərslər, elmi-nəzəri, elmi-praktik konfranslar keçirilmişdir.
Bu il rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 450 nəfər məzundan 342 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Məlumatlara görə, 156 (keçən il 134) nəfər ali məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 16 nəfər məzun 600-dən çox, 49 nəfər isə 500-700 arası bal toplamışdır. 8 nəfərin topladığı bal 585-600 intervalında olmuşdur. Bu il məzunların topladıqları orta bal 268-dir (keçən il 246,08).
Qabaqcılların nümunəsi
Bu gün Azərbaycan təhsilinin qarşısında kamil insan rəqabətədavamlı şəxsiyyət yetişdirmək vəzifəsi qoyulmuşdur. Əlbəttə, bu çətin işin öhdəsindən yalnız müasir təhsildən hərtərəfli baş çıxaran, yeni yanaşmalar və texnologiyalardan fəaliyyətində istifadə etməyi bacaran yüksək hazırlıqlı müəllimlər gələ bilər. Rayonun təhsil işçiləri arasında bu tələblərə cavab verən müəllimlər az deyildir. Rayon müəllimlərindən 5 nəfəri "Respublikanın əməkdar müəllimi" adına layiq görülmüş, 14 nəfəri "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 3 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Müəllimlərdən Əkrəm Balacayev (şəhər 1 N-li), Gülbəniz Seyidova, Nazlı İsmayılova, Dilşad Xəlilova, Güləbənzər Sərkərova, Ayna Asafova, Nərminə Abdullayeva, Oqtay Hacıyev, Lyuda Qamxaraşvili (şəhər 2 N-li), Zənfirə Heydərova, Leyla Muradova (şəhər 3 N-li), Nəzakət Əzimova, Qalibə Əlicanova, Məmləkət Hüseynova (şəhər 4 N-li), Məlahət Çələbiyeva, Həlimə Tağıyeva, Vəfa Heydərova (şəhər 5 N-li), Xanım Təsilova (Cəlayir), Pərvanə Həşimova (Tasmalı), Dariko Tartaraşvili, Xatirə Şəkiliyeva (Qaxingiloy) və başqaları dərs ili ərzində öz nümunəvi davranışı, yaradıcı əməyi ilə seçilmiş, dövlət tərəfindən bəslənilən etimadı doğrultmağa çalışmış, yeni insan formalaşmasında fəal iştirak etmişdir.
Yeni dərs ilində rayonun təhsil işçilərini milli təhsilimizin təkmilləşdirilməsi ilə bağlı respublika rəhbərliyinin qarşıya qoyduğu tələblərin, İslahat Proqramının, yeni Təhsil Qanununun, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya haqqında" Respublika Prezidentinin 11 iyul 2011-ci il tarixli sərəncamının tələblərindən irəli gələn vəzifələrin icrası sahəsində ciddi işlər gözləyir. Qax rayonunun pedaqoji kollektivləri yeni dərs ilində də yüksək nəticələr qazanmaq əhval-ruhiyyəsindədirlər.
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2011.-12-13
oktyabr.-S.7.