Lənkəran,
gözəl diyar, Doğma
şəhərim mənim!
(əvvəli ötən
sayımızda)
Gözəldir bu
yerlərin səfası
Paytaxtdan 268 kilometr məsafədə
yerləşən, 2 şəhəri, 8 qəsəbəni, 83
kəndi özündə birləşdirən Lənkəranın
çox zəngin və ecazkar təbiəti var. Dənizi,
dağları, yaşıl ormanları olan rayonda turizm də
elə buna görə xeyli inkişaf etmişdir.
Bunu Azərbaycan Prezidenti cənab
İlham Əliyev belə ümumiləşdirmişdir: "Lənkəran
bölgəsində turizmin inkişafı üçün hər
bir şərait vardır.
Subtropik zonaya xas təkrarsız təbiəti,
dağ və meşələrlə əhatə olunması Xəzər
dənizi sahilində Lənkərana böyük şöhrət
qazandırmışdır. Bununla yanaşı, bölgə zəngin
tarixi və hər bir turistdə maraq oyada bilən çoxəsrlik
xalq sənəti ənənələri ilə tanınır.
Bütün bunlar bölgədə turizmin daha da inkişaf
etdirilməsinə geniş imkan yaradır".
Bu mənada Lənkəranda son illərdə
müasir üslubda inşa edilmiş, bütün tələblərə
cavab verən bir neçə turizm obyektləri, istirahət mərkəzləri,
kurort-sanatoriya, mehmanxanalar müsafirlərin ixtiyarına
verilmişdir. Bütün bunlar Lənkərana iqtisadi gəlir
gətirməklə bərabər, həm də bölgənin
daha yaxşı tanınması üçün bir vasitədir.
Son illərdə inşa edilmiş
belə obyektlərin biri də "Qafqaz"
mehmanxanasıdır. Burda təşkil edilmiş bütün
xidmət sahələri insanların mədəni istirahətinə
hesablanmışdır. Həm də cənub bölgəsinin
zəngin mətbəxini göstərməklə bu yerlərin
füsunkar təbiətini nümayiş etdirir.
Bir daha vurğulayırıq ki, Lənkəranın
çox zəngin təbiəti imkan verir ki, burda turizmin
sürətlə inkişaf etdirilməsi sözün həqiqi
mənasında öz həllini tapmış olsun. Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci
ilin Azərbaycanda "Turizm ili" elan edilməsi də məhz
ölkədə bu sahəyə diqqətdən,
qayğıdan xəbər verir.
Dediyimiz kimi, dövrün bu vacib tələbini
ödəmək, insanlara daha yaxşı xidmət etmək
üçün bu şəbəkənin genişləndirilməsi
qaçılmazdır.
2011-ci ilin birinci yarısında Lənkəran
şəhərində 16 nəfərlik "Xan-Lənkəran"
otel binası, Sütəmurdov kəndində "Palmalife"
turizm istirahət kompleksi inşa edilmişdir.
Bütün bunların nəticəsidir ki, Lənkərana gələn turistlərin sayı son zamanlar xeyli çoxalmışdır. Əgər 2010-cu ildə rayona cəmi 8 minə yaxın turist gəlmişdisə, 2011-ci ilin birinci yarısında turistlərin sayı 7 min nəfəri ötmüşdür.
Təbiət bəzən
şıltaqlığı sevir
İndi Lənkəranda son bahar -
payız - bütün gözəlliyi ilə təbiətə
hakim kəsilmişdir. Onsuz da gözəl olan bu şəhər
bu payız günlərində bir az da axar-baxarlı
olmuşdur.
Ancaq
payızın əvvəllərində, sentyabrın 16-dan
başlayan intensiv leysan yağışları rayonda bir
çox problemlər yaratmağa müvəffəq
olmuşdur. Lənkəranın Rvo, Şovu, Təngivan, Əşlə,
Veravul, Vilvan, Osaküçə, Biləsər və digər
kəndləri yağış sularına qərq olmuşdur.
Ölkə əhalisinin müxtəlif televiziya kanallarından da seyr etdiyi bu görüntülər doğrudan da çox böyük təbii fəlakət idi. Burdakı yollar, körpülər, suötürücü qurğular sıradan çıxmışdır. Şəxsi təsərrüfatlara, yaşayış evlərinə, ev heyvanlarına xeyli ziyan dəymişdir.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun sədrliyi ilə rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağırılmışdır.
Əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, problemlərin qısa vaxtda aradan qaldırılması tələb edilmişdir. Təbii fəlakətin nəticələrini aradan qaldırmaqda Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional İdarəsinin əməkdaşları öz texnikaları ilə daha fəal iştirak etmişlər. Qısa müddətdə Lənkəran-Lerik magistral yolunun dağılmış hissələri bərpa olunmuşdur.
Veravul, Vilvan, Osaküçə, Günəhir kəndlərində isə iri körpü tikintiləri artıq başa çatmışdır.
Yazıya vacib əlavə
Lənkərandan hazırladığımız
bu yazıda müxtəlif rəsmi rəqəmlərin
arxasında heç şübhəsiz ki, rayonun sosial-iqtisadi
inkişafı dayanır.
Elə təkcə şəhərin özündə son bir ildə tikilən müasir, yaraşıqlı evlər, sahibkarlıq fəaliyyəti üçün inşa edilən göz oxşayan obyektlər, istirahət və ticarət mərkəzləri kifayət qədər çoxalmışdır və hər gün bunun miqyası xeyli genişlənməkdədir. Sakinlərin, sadə kənd adamlarının dediklərinə görə, bütün bunlar 2010-cu ilin aprelindən Lənkəran şəhərinə İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq İbrahimovun əməyi nəticəsindədir. Bu rayondakı demokratik ab-hava, insanlara diqqət və qayğı Tofiq müəllimin zəhmətsevər lənkəranlılara səmimi münasibətindən qaynaqlanır. Səmimiyyət olan yerdə isə uğur və fərəh daimidir.
Səxavət Məmmədli,
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına dövlət dəstəyi
fondunun maliyyə
yardımı ilə
Ədalət.-2011.-14 oktyabr.- S.7.