Azərbaycanda
və Türkiyədə TÜRKÜN SÖZÜ
Türk mədəniyyətinin yorulmaz
tədqiqatçısı, Azərbaycan sevdalısı, unudulmaz dostum ƏLİ
HEYDƏR BAYATIN əziz xatirəsinə
(əvvəli ötən
sayımızda)
Meyvə dükanından "ərik" istəsəniz, sizə "qaysı" deyil, "alça" verəcəklər. Bunun əvəzində isə "pul" deyil, "para" istəyəcəklər. "Para pul oldu" deyimi olsa da, alış-verişlərdə istifadə olunan ödəniş vasitəsi yox, məktub göndəriləndə zərfin üzərinə yapışdırılmaq üçün istifadə olunan "marka"dır. "Qızıl" kəlməsinin də maraqlı yozumu var Türkiyədə. "Qızıl" "qırmızı" rəngini ifadə etməsinə baxmayaraq, daha çox "kommunist" mənası ilə məşhurdur. Buna görə də uğursuz mənası var. Hətta bir müddət xalqın çoxu "qızıl" sözünə nifrət edirdi. Buna görə də kimsə "qızıl" sahibi olmaq istəmirdi. Bir iş yeri, ya da təşkilat "istismara açıldıqda" hamı oradan öz mənfəəti üçün fayda əldə etmək məqsədi güdür. Türkiyədə bir şeyi "istismar" etmək pis və qeyri-əxlaqi bir hərəkətdir.
Birinə "işgüzar" desəniz o sizdən inciyər. Çünki bu sözlə onu Azərbaycandakı mənanın əksinə olaraq, "başqalarının işinə burnunu soxan, lazımsız işlər görən" şəxs kimi təqdim etmiş olursunuz. Bir insan "cinayət"də ittiham olunursa, deməli, çox ağır bir ittihamla qarşı-qarşıya qalıb. Çünki "cinayət" sözü yalnız "adam öldürənlər"ə aid edilir. Başqaları isə "suç" işləyiblər və ya "suçlu"durlar.
"Subay"lıq bütün Türk "kişi"ləri üçün son dərəcə şərəfli bir peşədir. Hər gəncin röyalarını və xəyallarını bəzər. Çünki Türkiyədə "subay", evli olmayan deyil, "zabit" mənasını verir, ona görə də "zabit" olmaq cəmiyyətdə önəmli bir mənsəb sahibi olmaq deməkdir. Bir çox gənc qız "subaylar"la evlənməyi arzulayır.
"Subaylıq"dan qurtulanlar isə "uşaq" deyil, "çocuk" sahibi olmaq istəyirlər. Çünki "uşaq" "xidmətçi, nökər" mənasında işlənir. Birinə "qulluq" etmək, ona "xidmət etmək" deyil, "kölə olmaq", onun "əmri altında olmaq" deməkdir. Başqa sözlə, Allahdan başqasına "qulluq" edilməməlidir.
"Hala" ananın yox, atanın bacısı - yəni "bibi"dir. Ananın bacısı isə "teyzədir". Digər tərəfdən bizdə siqaret həqiqətdə olduğu kimi "çəkilmir", "içilir". Birisi "dal"da oturursa, "arxa"da deyil, ağacın budağı üstündə oturmuş olur. "Qıç" isə "bacaq" deyil, "omba" mənasını verir. Başqa sözlə, bir insan çox yorulduğu zaman "qıç"ı yox, "bacak"ları ağrıyır. "Kabak" isə şirniyyatı da bişirilən bir "çərəz", "tərəvəz"dir.
Bu siyahını daha da uzatmaq olar. Hətta bu mövzuda aparılacaq xüsusi araşdırma daha maraqlı fərqliliklər üzə çıxaracaq. Bütün bunlar isə bir ayrılığı deyil, bir müddət əlaqələri pozulmuş qardaş coğrafiyalardakı etimoloji inkişafın fərqliliklərini göstərir. Başqa sözlə, dil ilə yanaşı, sosial tərəqqini daha yaxşı qavraya bilmək baxımından mühüm nəticələri ortaya çıxarır.
Mən dilçi olmadığım üçün məsələyə jurnalist gözü ilə baxmağa çalışdım. Buna görə də daha çox diqqət cəlb edən oxşarlıqlara toxundum. Ancaq bir qənaətimi də açıqlamaq istərdim: məncə, sözlərin özünəməxsus mənası Azərbaycanda daha çox mühafizə edilib, istifadə olunan sözlər mənşəyini daha çox qoruyub. Digər türk dillərinə nəzər salanda bunu daha yaxşı anlamaq mümkündür. Belə ki, bir kəlmə həm Azərbaycan, həm də Uyğur türkcəsində eyni mənada işləndiyi halda, Türkiyədə mənası təhrif olmuş, ya da şivə səviyyəsində qalmışdır. Məsələn, Anadolunun bəzi şivələrində "qızıl" sözü bu gün də "qızıl" kimi işlədilir. Yenə, məsələn, bir türküdə "keçmə namert körpüsündən, koy "aparsın" su seni" deyimində "aparsın" kəlməsi "götürmək" mənasında işlədilib.
Son olaraq, Azərbaycana gəldikdən sonra ağlımdan keçən bir məsələyə toxunmaq istəyirəm. Osmanlı dövründəki bir üsyana rəhbərlik etmiş Kabakçı Mustafanın ləqəbindəki "kabakçı" sözünü "kabak" ticarəti ilə məşğul olan bir adamın rəhbərliyi ilə baş verdiyi kimi anlayırdım. Doğrusu, tarix kitablarında bununla bağlı bir açıqlama da yoxdur. İndi isə bu ləqəbin "kabak" ticarətini ifadə etdiyi üçün deyil, hərəkata "liderlik, rəhbərlik" etdiyi üçün verildiyini düşünməyə başlamışam. Göründüyü kimi, əslində, Türkiyədə də olan bu söz müəyyən zaman keçdikdən sonra bir tərəvəz mənasına gəldiyi halda, Azərbaycanda hər iki mənasını qoruyub.
Türk dili coğrafiya və Türkiyə arasındakı münasibətlər inkişaf etdikcə buna bənzər maraqlı sözlərlə daha çox qarşılaşacaq. Bunun ümumi Türkcəyə bir zənginlik gətirəcəyəni düşünürəm. Çünki jarqona çevrilmiş bəzi sözlər, bu xüsusiyyətlər dərk olunduqca ya istifadə olunmur, ya da dəyişikliyə uğramaqdadır. Belə ki, Azərbaycanla əlaqələri olan Türkiyə türklərinin öz aralarında etdikləri söhbətlərdə Türkiyədə müsbət bir mənası olmasına baxmayaraq, Azərbaycanda mənfi məna verən kəlmələri istifadə etmədikləri diqqət çəkir. Məsələn, Azərbaycanda "itin balası" mənasında deyilən "küçük" yerinə "kiçik" sözünü istifadə edən çox həmvətənimi tanıyıram. Tam əksi də vardır. Azərbaycanlılar da, Türkiyədə qəliz mənası olan sözləri istifadə etməməyə çalışırlar.
Digər tərəfdən, arqo bir mənaya sahib olmadıqdan sonra, bəzi sözlərin yaşamağa davam etməsi, iki qardaş dil arasında müsbət bir atmosfer yaratmazmı?
Artıq bu məsələnin Türkiyədə elmi olaraq araşdırılmağa başlanması da sevindiricidir.
Həm
Türkiyəli, həm də Azərbaycanlı oxuculara ünvanladığım bu kitabda kəlmələrin
Azərbaycandakı mənalarını (Az)
Türkiyə türkcəsində, Türkiyədəki
anlamlarını (Tr) isə Azərbaycan
türkcəsində ifadə etdim. Hacali Nəcəfoğlu
A
ABDAL
(APTAL)
Az
- Serseri, avara, derbeder.
Tr
- 1. Keçmişdə bə"zi gəzəgən
dərvişlərə verilən
ad. 2. Geri zəkalı,
axmaq.
ACIKLI
/ ACIQLI
Az
- 1. Öfkeli, hırslı, kızgın,
hiddetli. 2. Şiddetli,
coşkun, dehşetli
vs. anlamlarında.
Tr
- 1. Acılaşdıracaq xüsusiyyətdə olan, acı. 2. Acı görmüş, yaslı, kədərli.
ACITMA
Az
- Hamur mayası.
Tr
- Acılaşdırma.
ACITMAK
/ ACITMAQ
Az
- 1. Acılık vermek. 2. Eşkitmek,
maya katmakla yetiştirmek.
Tr
- 1. Bkz.
Az1. 2. Ağrı duymasına
səbeb olmaq.
AÇ
Az
- "Açmak" filinin
emr şekli.
Tr
- Ac, "tox"un antonimi.
AÇAR
Az
- Anahtar.
Tr
- 1. İştah açmaq üçün
yeməkdən öncə
içilən spirtli içgi. 2. Bkz. Az.
ADAK /
ADAQ
Az
- Çocuğun ilk adımı.
Tr
- Nəzir.
ADAKLI
/ ADAQLI (ADAXLI)
Az
- Nişanlı, sözlü.
Tr
- 1. Nəziri olan. 2. Bkz.
Az.
ADET
Az
- ədet.
Tr
- ədəd.
ADETA
/ ADəTA (ADəTəN)
Az
- Adet üzere, her zaman olduğu gibi, her zaman.
Tr
- Sanki, hardasa.
ADİ
Az
- 1. Adet haline gelmiş, her zamanki. 2. Sıradan, hiçbir özelliği olmayan.
Tr
- 1. Sadə, başqalarından fərqlənməyən. 2. Alçaq.
AĞ
Az
- 1. Ak, beyaz.
2. Bkz. Tr.
Tr
- Tor, şəbəkə.
AĞAÇ DELEN / AĞACDELEN
Az
- Ağaçkakan.
Tr
- Ağacları oyaraq
yuva hazırlayan böcək.
AĞIL
Az
- 1. Akıl. 2. Hafıza. 3. Bkz. Tr1.
Tr
- 1. Qoyun
və keçi sürülərinin gecələdiyi
tikan ve ya ağacla çəpərlənmiş yer.
2. Halə.
AĞI
Az
- 1. Ağıt. 2. Bkz. Tr.
Tr
- Zəhər.
AHIR /
AXIR
Az
- 1. Son, nihayet. 2. Akıbet, sonuç. 3. Sonda, sonuçta. 4. Ölüm, son nefes.
Tr
- İri buynuzlu heyvanların gecələdiyi
qapalı yer, heyvan damı, axur.
AKIM /
AXIM
Az - Akmak
işi.
Tr
- 1. Bkz. Az. 2. Cərəyan.
AKTARMAK / AXTARMAQ
Az
- Aramak.
Tr
- 1. Bir yerdən, bir qabdan başqa bir yerə ve
ya qaba keçirmək.
2. Bir şeyin yolunu, yönünü dəyişmək. 3. Bir kitabdan və ya bir yazıdan
bir bölməni iqtibas etmək. 4. Ötürmək. 5. Bir kitabı, daha çox Quranı başdan sonuna qədər oxumaq.
ALAY
Az
- 1. Asker topluluğu.
2. Her hanği bir törende veya gösteride yer alan topluluk.
3. Çok kalabalık.
Tr
- 1. Səs tonu, söz,
davranış kimi yollarla biriylə, bir şeylə əylənmə, onu aşağılama. 2. Bkz.
Az1,2,3.
ALÇI
Az
- Aşık kemiğile
oyunda aşığın
bir yüzü.
Tr
- Gips.
ALIŞKAN / ALIŞQAN
Az
- 1. Tez yanabilen, tutuşkan.
2. Çakmak. 3. Bkz.
Tr.
Tr
- Bir şeye verdiş etmiş, adetkerde, verdişli.
ALIŞMAK / ALIŞMAQ
Az
- 1. Tutuşmak, alev almak.
2. Bkz. Tr1.
Tr
- 1. Vərdiş etmək. 2. Bkz. Az1.
ALMA
Az
- 1. Elma. 2. Bkz. Tr1.
Tr
- 1. Almaq
işi. 2. İqtibas.
AMİP
Az
- "Azerbaycan Milli İstiklal Partisi" kısaltması
Tr
- Amöb.
ANDIRMAK / ANDIRMAQ
Az
- 1. Anlatmak. 2. Hatırlatmak, benzer gibi görmek.
Tr
- 1. Xatırlatmaq. 2. Oxşar tərəfləri olmaq.
ARABA
Az
- Tekerli, motorsuz kara taşıtı.
Tr
- Təkərli, motorlu
ve ya motorsuz
nəqliyyat vasitəsi;
avtomobil, maşın.
ARAZ
Az
- Aras (nehri).
Tr
- əlamətlər, simptomlar.
AŞ
Az - 1. Pilav. 2. Bkz. Tr.
Tr
- Bişirilərək hazırlanmış
yemək.
AŞÇI
Az
- Deri, gön aşılayan usta, dabbağ.
Tr
- 1. Aşpaz. 2. Aşxana.
AŞIRMAK
/ AŞIRMAQ
Az
- 1. Kaldırıp koymak, yüklemek.
2. Üzerinden geçirmek.
3. Üstünden atmak.
4. Döndürmek, çevirmek,
devirmek, indirmek. 5. Yüksek bir yerin üstünden öte yana
geçirmek. 6. Atlatmak.
7. Öldürmek, vurarak
öldürmek. 8. Bir şeyi hızlıca yemek. 9. Birini malını, pulunu ele geçirmek, dağıtmak, savurmak. 10.
Üstesinde gelmek, halletmek.
Tr
- 1. Hündür və ya keçilməsi çətin
olan bir yerin üstündən o biri tərəfə keçirmək. 2. Oğurlamaq.
3. Təhlükə içində
olan bir şeyi tez qaçırmaq.
4. Başqasının əsərini
özününkü kimi
göstermək, plagiatlıq
etmək.
AŞÜFTE / AŞÜFTə
Az
- 1. Keyifsiz, perişan. 2. Meftun, tutkun, vurulmuş, delicesine aşık.
Tr
- Açıq saçıq
qadın.
ATIŞMA
Az
- Atışmak işi.
Tr
- 1. Bkz. Az. 2. Aşıqların deyişməsi.
(ardı var)
Hacali NƏCƏFOĞLU
Ədalət.-2011.-14 oktyabr.- S.5.