OD
KİMİ, SU KİMİ KÖHNƏYƏM BALA...
QIRX DOQQUZ YAŞIM
14 oktyabr - qırx doqquz
yaşım...
Görüşdük onunla xəstəxanada.
Əyləşib dərmanım, dərdim
yanaşı,
Təklikdən qorxanda təklənir
adam.
İl qaldı bir əsri yarı
bölməyə,
Bəs sonra? -
Sonranın sonu görünməz.
İşığın qəfildən dönər kölgəyə,
Od elə donar ki, donu görünməz.
Çaylara qol olan
çağlarım hanı,
Gəzəm, görməyim yox,
baxmağım qalıb.
Üfüqlər dalında qovum,
qovdanım,
Üfüqlər qaşında çaxmağım
qalıb.
Hər səsi eşitmir əsrin
qulağı,
Özümə yağışam,
özümə çətir.
Fikrimin çəkisi çəkimdən
ağır,
Dartmaq da çətindi,
Atmaq da çətin...
Yolumu gözləyir bir donqar
yoxuş,
Arxada uçrum var, qarşıda
qala,
Dur, daha qələm də, söz
də yorulmuş,
Dur, azca qurdalan, azca xırdalan!..
Baxıram bu aləm öz aləmində,
Mən açan çiçəyəm,
Solan yarpağam.
Nə vaxtsa, dünyanın duru dəmində
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə vaxtsa tökülən
dolur,
Qum üstə arzular göyərir
onda.
Bir ömrü axırdan əvvələ
doğru
Yaşayan olacaq mən olmayanda.
Ömrün öz tufanı
ömrümü didir,
Yox ayrı dərmanım
dözümdən özgə.
Qırx doqquz yaşıma əlvida
dedim,
Bir kimsə bilmədi özümdən
özgə.
14 oktyabr, 1982
Fevral, 1983
XATİRƏLƏR
Axır yetişəcək
ayrılıq çağı,
Mən səndə, sən məndə
alışasıyıq.
Hələ bu görüşü
bir-iki yaxın
Dosta da arabir
danışasıyıq.
Xeyli susmayacaq yaddaşın səsi,
Sözün olmayacaq əvvəli,
ardı:
"Sinəmdə bu odda kişi nəfəsi..."
"Qəlbimdə bu adda qadın
yaşardı..."
Hələ deyəcəyik:
"Dönə o günlər,
Onu istəyimcə görə bilmədim.
O mənim qəlbimə girdiyi qədər
Mən onun qəlbinə girə
bilmədim..."
Sonra bu ülfətin,
gülüşün, sözün
Odu yavaş-yavaş
soyuyacaqdır.
Bu səslər, bu sözlər
ürəyimizin
Gizli bir küncündə
uyuyacaqdır.
Qalacaq bir uzaq, bir şirin
nağıl,
Yollar yormayacaq nə məktub, nə
zəng.
Ya məndən bir təbrik-bayramqabağı
-
Ya səndən bir barmaq
kağız gələcək.
Axır fikrimizə bir iti caynaq
Girib bunları da didişdirəcək.
Ən məhzun, kədərli
anlarda ancaq
Bizi xatirələr
görüşdürəcək.
Ta heç nə demirəm,
heç nə demirəm,
Alışır sinəmdə
söz aram-aram.
Mən sənə bir kövrək,
yaddaşı möhkəm,
Vəfalı xatirə
bağışlayıram.
Yalta, yanvar 1968
QAYTAR
MƏNİ
Gönül, bu gün nağıl
danış,
Dünənimə qaytar məni.
Ələnməmiş,
üyünməmiş
Öz mənimə qaytar məni.
Mamırına dolu yatan
Bir dağ döşü -bir
daş otaq...
Nə əl dəyən, nə zəng
çatan
Ünvanıma qaytar məni.
Nədir itən, nədir
qalan?..
Beş-on sözdür ümid -
qalam.
Baş aparsam, başsız
qallam,
Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar,
Sahillərdən punhan
yaşar.
Yaşamağa güman
yaşar,
Gümanıma qaytar məni.
1980
DAĞLARA QAR DÜŞDÜ
Dağa qar düşdü, qar
düşdü
Yada yar düşdü, yar
düşdü...
(El sözü)
Dağlara qar düşdü, qar
düşdü yenə,
Məhzunluq ələndi
oda-ocağa.
Çaylar vida deyib
gülüşlərinə,
Başladı aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu
dağlar,
Dağlar həm qocaldı, həm
ucaldılar.
Mələyə-mələyə
quzu bulaqlar
Daşların dibində yetim
qaldılar.
Sanki bir-birindən küsdü zirvələr,
Qayalar necə də boynu
buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran
durubdur.
Dəli uçurumlarda
ütülü görkəm,
Qartal qıyıltısı itib dərində,
Hamilə qadın tək yuxusu
möhkəm,
Qucağı doludur dərələrin
də.
Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından
çıxıb fitnənin,
Hamı bir-biriylə hal-əhval
tutur.
Dağlara qar düşdü...
görüşlər, ahlar,
Vidalı baxışlar yadıma
düşdü.
Çoxdan görmədiyim dostlar,
qohumlar,
Simsarlar, tanışlar yadıma
düşdü.
Gəncliyim atından nə zaman
yenib,
Elə doluxsundum uşaq
sayağı...
Sürüşə-sürüşə
dağlardan enib
Gəlirdi elə bil qocalıq
çağım.
Dağlara qar düşdü, elə
qəmginəm...
Dağlara qar düşdü...
bilirəm bu dəm
Anamın qəbri də qar
altındadır,
Anamın qəlbi də qar
altındadır.
Neçə demədiyi əfsanə,
nağıl
Onun sinəsində - qar
altındadır.
Neçə oxunmamış
bayatı, ağı
Donub sinəsində - qar
altındadır
Tək bircə başdaşı tənha,
mükəddər
Qardan baş qaldırıb yolumu
gözlər...
Dağlara qar düşdü, qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb
istəyirəm...
Yalta 1968
KİMLİYİM, NƏÇİLİYİM...
Qəfil düşdüm bəd taleyin
kəməndinə mən,
Axır dönüb bu halımla
barışan oldum.
Daha tənqid biçinində az
itilənən,
Daha tərif xırmanında az
daşan oldum.
Dib bucaqda beli bükük,
Lüləsi donuq, -
Hörümçəyə
bağışladım ov tüfəngimi.
Günün çoxu yuxuludur ev
telefonu,
Günün çoxu diksinməyir
qapı zəngimiz.
Yox, ürəyim, daş qulazla
ötəri dərdə,
Qəm üstünə sevincini
hörməyi bacar.
Ön cərgədən son cərgəyə
adlayıb hərdən
Görünməyən məqamları
görməyi bacar.
Öz vaxtında ayırmadın
şahini sardan,
Az qoşmadın boş xarallar
şəninə dastan.
Qaranquşa,
sığırçına meylimi sallam,
Ürəyimdə yuva qurmaz
köçəri dostlar.
Bir də üzməm yalan vədlər
cəzirəsinə,
Köpüklərə ip
atmağın faydası nəymiş?
Bir vəzifə
kürsüsünün cazibəsi nə,
Bir telefon dəstəyinin ədası
nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da
"baxarıq"lı, "görək"li imiş;
Mən ömrümün
aşrımında anlaya bildim:
Nəçiliyim kimliyimdən gərəkli
imiş...
1981
***
Dünya böyük, ömür
yolu bir addım,
Bir balaca eşq adası
yaratdım.
Bir uçrumdan fırtınaya tor
atdım,
Bu cürəti görən, duyan
olmadı,
Səndən mənə gün
ağlayan olmadı.
Sığalını görsə
idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz yaşından nə
barlanım, nə dərim...
Günün mənə gün
bağlayan olmadı,
Səndən mənə gün
ağlayan olmadı.
Taleyinin hökmü oldu, nə
deyim,
Tez doğuldum, gec doğuldun, nə
deyim...
Zaman keçdi, yaşa doldum, nə
deyim...
Cavanlıqdan od saxlayan
olmadım,
Səndən mənə gün
ağlayan olmadı.
İki çırpı bir ocaqda
gün ağlar,
Od səngiyər, köz
sızıldar, kül ağlar.
Yaş ötəndə yada
düşər günahlar:
Kim yıxıldı, kim haqlayan
olmadı,
Kimdən kimə gün ağlayan
olmadı...
1981
DİQQƏTİM
Deyirsən: qadınlar diqqət sevəndir,
Diqqətim keşikçin, diqqətim
qulun.
Hələ istəyirsən bir adam
nədir,
Yüz adam diqqətli diqqətcil
olum.
Adi eyhamını gözündə
görər
Mənim göz diqqətim, xəfif
diqqətim.
Səni sancağından çəkmənə
qədər
Tərifə bələyər tərif
diqqətim.
Baxmaz bir gözucu özgə
qadına,
Ehtiras diqqətim sadiqdir yaman.
Ad günü yaşını
salmaz yadına,
Mənim yaş diqqətim
ayıqdır yaman.
Duyğu diqqətim də küləyə
dönər,
Qapıb hər qəmini didər
dişində.
Qayğı diqqətim də mələyə
dönər,
Səni çimizdirər nəvazişində.
Mənim yol diqqətim min bir
qanadlı
Sözsüz, lətifəsiz,
gülüşsüz olmaz.
Əyləncə diqqətim
şit zarafatlı,
Ayrılıq diqqətim
öpüşsüz olmaz.
Çox diqqət dərsini o hələ
bilmir,
Çox görüb-götürə
gərək diqqətim.
Bircə məhəbbətə
çevrilə bilmir
Bu ütük diqqətim, zirək
diqqətim.
Yanvar 1968
NƏ
GÜNAH
Bu ömürdü, öz
baharı, öz qışı;
Gələn yazda, gedən
qışqa nə günah.
Xirtdəyəcən günahlara
batmışı
Yuya bilməz, qar-yağışda
nə günah.
Göylər qala buludları
axımlı,
Yer körpəli, yer cavanlı,
ahıllı.
"Dəli" - deyib
daşlayanda ağıllı
Xəncər qapan
ağlıçaşda nə günah.
Yekə-yekə xırdalanan
"addılar"
Heç bilinməz
çapardılar, atdılar;
İki itə para sümük
atdılar;
Qarabaşda, Alabaşda nə
günah.
Qara külək tumanını
qaldıra,
Xırmançının
samanını qaldıra.
Dəyirmançı
dabanını qaldıra,
Bir-birini yeyən daşda nə
günah.
Hər havaya çiyninə baş
qoymayan:
Fırfıra tək fırlanmaqdan
doymayan...
Bu başlarla
aşıq-aşıq oynayan
Çevik əldə, ayıq
başda nə günah.
Bəlkə əlli misrası yox əllimin,
Bu titrəyiş
günahıdır əlimin...
Qollarında dost əli var əlli
min,
Məmməd Araz, əlli yaşda
nə günah...
1982
BİR İNSANA
İNAMIMI İTİRDİM
Ağ yol idi... ikimiz bir
qaraltı
Nağıl kimi: işıq
yandı, it hürdü...
Yarı yolda qədəmləri
daraldı,
Yarı yolda inamımı itirdim.
A yalquzaq, tək deyilsən bu dəfə
Sizin olsun - bizim olmaz bu
cığır.
İkiliyi yarıtmadı bu səfər,
Görək indi tənhalıqdan nə
çıxır.
Elə bildim göy meşələr
axnadı,
Ağ bulaqlar bir də nə vaxt
durula...
Bu gün uçan quşlara da
baxmadım,
"Məni görüb
qanadları qırılar"...
Çox yaxşılar
yamanlaşdı gözümdə,
Çox vədələr
dumanlaşdı gözümdə,
Düz əhd-ilqar
yarğanlaşdı gözümdə,
Bir insana inamımı itirdim.
Elə bildim
küsdürmüşəm səhəri,
Dan yerini kilidlədim dan
üzü.
Qara yelkən, qanadını
çək bəri,
Bu dəryanın dalğasında
dağ üzür.
Ümid yolu köhnə yoldu, bilirəm,
Ayaq geri, göz irəli səslədi.
Dönüşünə ümid
yoxdu, bilirəm,
Ancaq yenə ümidimi kəsmədim.
Bir ömürdən bir-ikicə
yaz qalıb,
Öz qorumdan öz tayamdı od alan.
Mənim kimi uduzanlar az
qalıb,
Özgə bəxti haqlamasın o
talan.
Yamaq tutan qəlbə bölük
deyərlər,
Dostdan gələn dərdə
"böyük"- deyərlər
Belə dosta İsmi Dönük
deyərlər,
Bir insana inamımı itirdim.
Pitsunda, 7 sentyabr, 1981
GÖYƏRDİ
Bu dünyanın qara daşı
göyərməz.
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı
göyərdi.
Göyərmədi istədiyi bircə
dən,
Savalanın qara daşı göyərdi.
Bu dünyanı hörümçəkdən
almışıq,
İlməsini kim atdı bu
yanlışın,
Dedim barı düz toxuyaq
qalmışı,
Önümdəcə neçə
naşı göyərdi.
Kim işığı ürəklərə
doğrayar,
Kim işığı ürəklərdən
oğrayar,
Kim yalanı calaq vurdu
doğruya,
Hər şivindən
oğrubaşı göyərdi.
Çox gözlü var
torpağına kor baxır,
Dan yerinə bəbəyində tor
baxır.
Yüz də çevir, min də ələ
torpağı,
Namərdinən mərd
yanaşı göyərdi.
Mən Arazda şaxələnən
çinardım,
Ömrü boyu tufan əydim, su
yardım.
Xətainin qılıncını
suvardım,
Məmməd Araz karandaşı
göyərdi.
Pitsunda, avqust 1981
KÜR ÜSTÜNDƏ TƏK AĞAC
Ə.Kürçaylının
xatirəsinə
Kür üstündə tək
ağacdı,
Sağı-solu düzən
idi.
Küləklərin əndərinə-döndərinə
dözən idi.
Sinəsində od soyudan,
Buz əridən gücü
vardı.
Baxışları üfüqlərin
tərs üzünü
oxuyardı.
Nəğməsində Kür
harayı,
Nəfəsində Muğan
duzu.
Ömrü boyu oxuduğu kitab
idi
Muğan düzü.
Söz yolunda fəhlə idi
əli qabar, çiyni qabar.
Şum yerindən
yığılmışdı
misraları
damar-damar.
O, şerinin, şeri onun
özü idi,
əsli idi,
Bərkliyi də,
sərtliyi də
mərdliyinə
təslim idi.
Danışanda deyərdin ki:
Kürsü onun
qatarıdı,
Yer şarının bu
qütbündən
o qütbünə
aparırdı.
Yol gedəndə deyərdin ki:
Günəşəcən gedəcəkdi,
Öz qəlbinin tufanında
təkbaşına avar çəkdi.
Ürəyində itirdiyi
səsi gəzdi son anında,
Əridi səs,
qeyb oldu səs
ürəyinin vulkanında.
Səsləyəni itirdi səs,
Dönüb getdi Kür
üstünə,
Qondu qərib bülbül kimi
boynu bükük gül
üstünə.
Gördü həmən məcra
boyu
həzin-həzin ötən su var;
Tənhalaşan ağacların
qəfil sınmaq qorxusu var...
1980
SƏN
MƏNİ SEVSƏYDİN...
Sən məni sevsəydin
nolardı görən?
Görən olardımı bir dərdim
onda?
Yoruldum demədən qolum üstə
sən
Dünyanı piyada gəzərdim
onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət
acları bəlkə,
Təzə haşiyələr
alardı bizdən
Dünyanın məhəbbət
tacları bəlkə.
Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər,
dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz
şüalar-bizim.
Ləpələr göz alıb
baxar dənizdən,
Sular mehrimizə həsəd
çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət
çəkərdi.
Dedim ki, göyərər bir Leyli
pöhrə,
Məcnun bir səhərin
gözündə gələr.
Saçını tor elər sahildə
Zöhrə,
Tahir ləpələrin
üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin
əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda "ürəkləş",
"sevləş" demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı
qismətmiş bizə,
Elə bil bir kədər
gölünə düşdük.
Salamsız, kəlamsız durub
üz-üzə,
Bir xeyli baxışla, gözlə
görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər
kövrək deyildin.
Sən əzəl bu qədər
mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng
deyildin.
Hanı ömrümüzün o
keçən günü,
Hanı öz əhdinə o
dönük andım...
Sənin "gəl
barışaq" təbəssümünü
Mən o vaxt əl açan dilənçi
sandım.
İndi dayanmışıq
üz-üzə, yaxın:
Təəssüf çay kimi
axır aradan.
Bəlkə də vədəsiz
yaxın olmağın
Cazibə gücündən tez
aşır adam.
Bir eşqin dolaşıb itən
yoluna
Tutma çırağını bu
aləmdə sən.
Kaş elə məzara gedən
yoluma
Göy işıq olasan bu görkəmdə
sən.
Bəlkə də yüz dəfə
görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf,
təəssüf ilə
Qayıda bilməyən günə
təəssüf!..
Dekabr, 1967
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd
düşüb qara...
Yadıma düşür ki, bəzən
hissimiz
Nə qədər aldanır bu
ağlıqlara...
Qayğılar görürük,
bürüncək kimi --
Tikandan astarı, ipəkdən
üzü.
Vədələr
görürük, kəpənək kimi
Dalınca uşağa döndərir
bizi.
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif
atıbdır.
Qəlbim inciməsin gözümdən
gərək,
Qəlbim də gözümü
çox aldadıbdır.
Kəlbəcər - İstisu
İyul 1968
QOLTUQ
AĞACI
Qoltuq ağacına
yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın
çiyinlərində
Qurd əzən dəyənək
ola bilərdi.
Bir körpü tağı da ola
bilərdi,
Tüfəng qundağı da ola
bilərdi.
Vaxtsızmı qırıldı,
tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi
qırıldı.
Qoltuq ağacından
acığım gəlir,
O bütün yollara qoltuqdan
baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o,
cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? -- "qoltuq nəğməsi"
Özü bu vərdişi
ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir
ayaqsızın,
Kiməsə üçüncü
ayağa dönər...
Daş kaha yaxşıdır bir
uçuq damdan,
Duyar eyhamımı bir qoltuq
acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq
qoltuq ağacı.
1967
QONŞU ÇƏPƏRİ
Qonşu qardaş, az qurdalan o
çəpər boyu,
Əsəbini, qəzəbini
hörmə çəpərə,
Bizə tərəf əyilməkdən
tikan quruyub,
Pozma onun yatımını hədərcə
yerə.
Bizim bağa su axıdır
açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə
düşəcək.
Gözümüzü
gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.
Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim"
dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.
Sənin baban bulaq çəkdi, ya
mənim babam?
Nə fərqi var? - Su - çəkənin,
su - içənindir?
Yol boyunca cərgələnən
bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə
deyək indi?
Olmasaq da bir süfrədə bir dəmə
ortaq,
Günümüzün gəlişi
bir, axarı birdir.
Dağa çıxaq, düzə
enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı
birdir.
Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən
gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri
sənindi,
Dünyagirlər yemədilər
quyruq dünyanı.
Mən Təbrizli,
Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm
hasar üstdə ölənləri də.
Mən torpağı bölünməyə
öyrəncəliyəm,
Heç qazanan görməmişəm
bölənləri də...
Pitsunda, 30 avqust, 1981
DÜZ YOL QURTARAN YERDƏ
Qorxuram uzana qədəmlərin
Düz yol qurtaran yerdə.
Uçurumu güllü yaylıq,
İlğımı at biləsən.
Dərəni selələyən
Seli qanad biləsən.
Qorxuram utana qədəmlərin,
Düz yol qurtaran yerdə;
Geriyə qayıtmağa
yol ola, üz olmaya;
Yalanı ha dartasan
Ortası üzülməyə.
Büdrəmək öz əlində.
Dikəlmək çətin peşə!
Andını saxla daha,
Yazıqsan, dilin şişər...
22 oktyabr, 1982
OD
KİMİ, SU KİMİ...
Hələ yeriyirəm qəlbimlə
qoşa,
Hələ çoxlarına
örnəyəm, bala!
Qoca büdrəyəndə
büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm,
bala!
Ömürsüz ömürdən
çox asılıyam,
Gərəkdir söz deyəm,
söz yastılayam.
Hardasa gül üzə gül
yastığıyam,
Hardasa ilana köynəyəm, bala!
Bəlalı başında nə
dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz
qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından köynəyəm,
bala!
Dünyamız bir sapla asılı
göydən,
Səsim, bu torpağın səsinə
köhlən!
Desələr şerimin avazı
köhnə...
Od kimi, su kimi köhnəyəm,
bala!
1981
Məmməd
Araz
Ədalət.-2011.-14
oktyabr.- S.4.