Cəlil Cavanşir
Anam Vətənə oxşayır...
Ana, başımın
tacısan,
gözüm
gözünə oxşayır.
gözlərimdən
doğulan dərd
balamdır,
mənə oxşayır.
qürbətdə
sinəm dağlanır,
ürək
yanır, alovlanır.
qapımdan
kölgə boylanır,
sənin
kölgənə oxşayır.
boylanıram
kəndə sarı,
dağlar
kəsibdi yolları.
zirvələrin
bəyaz qarı,
saçında
dənə oxşayır.
dərdim
yaşımla tənləşir,
dərdli
yolumuz birləşir.
dərd
çəkdikcə böyükləşir,
anam
vətənə oxşayır.
Aldatmaq...ağlatmaq...
ovutmaq
məni
aldatmaq asandı:
bir
gülüş,
bir
öpüş,
ya
da süzgün gözlərlə baxıb
saçlarınla
oynamağın,
"Sən yaxşı insansan"- deməyin,
bir
də dəniz qədər dərin gözlərində
oxuduğum
sevgi.
yandırar...yandırar...yaxar,
bu
gözəlliklər ki,
var
aldadar
məni, gülüm,
aldadar...
məni
ağlatmaq asandı,
buludlu
havalar,
həzin
bir musiqi,
gözlədiyim
bir telefon zəngi
alar
məni özümdən
uzaqlara
uçurar.
gecənin
gec saatlarında
dinlədiyim
bütün mahnılar
ağladar
məni gülüm, ağladar...
məni
ovutmaq asandı,
əllərimi
tutub,
gözlərimə
baxıb,
dağılmış
saçlarıma
çəkdiyin
bir tumar
və
ya titrəyən səsinlə
telefonun
o başından:
"Səni çox istəyirəm"-
deməyin,
səsindəki
həzinlik,
gözlərindəki
xumar
ovudar
məni gülüm, ovudar...
Underground sevgi
və
ya Oqtay Hacımusalıya nəzmlə
yazılmış məktub
mən,
zibillikdən çörək
götürüb yeyən
hər
şeyə nifrət edən
və
kapitalizmi söyən
gözləri
çuxura düşmüş
o tənha qadını sevirəm.
o qadının baxışları
həyata
nifrətlə dolu,
əynindəki
nimdaş paltarlar
elə
bu zibilliyin məhsulu
amma
üz cizgiləri çox cazibəli,
nə
vaxtsa gözəl olması,
kirpiklərinin
uzunluğundan bəlli...
bu
zibillik gözəli məni sevmir.
gecələr
sığındığı zirzəminin
soyuq
və üfunətli havasına
şərik
çıxmağım,
sakitcə
ona baxmağım
acığına
gəlir.
hər
dəfə məni görəndə deyinir,
hələ
ona şeir deməyimi heç sevmir...
sakitcə
siqaret sümürürük
ikimiz...
bu
üfunətli zirzəmidəki
alaqaranlıqda
qəribə
görünür
suvaqsız
daşlara düşən
kölgəmiz...
onun
zibillikdən tapdığı
şamın işığında
mən
şeir yazıram,
o həyatını danışır
və
bu üfunətli zirzəmiyə
romantika
qarışır...
və
bütün gecəni
biz ağlayırıq..
mən
ona sevgidən danışanda
hirslənir
sevgi
haqqında söhbətləri
saxlayırıq...
mən
bu qadını sevirəm,
bu
zavallı
talesiz
və kimsəsiz qadını
sadəcə
sevirəm,
çünki
bu zirzəmidə yazdığım
sevgi
şeirlərini
və
mənim sərsəm
romantikamı
dinləyəcək
başqa qadın yoxdu.
Tanrıya vida sözü
Mən bir çayam,yatağımdan
çıxmışam,
kükrəmişəm,
səbrim daşıb
gəlmişəm.
Tanrı mənim "döyüş"
yazıb alnıma,
əcəlimlə
qucaqlaşıb, gəlmişəm.
Mən bir daşam,
Vətən daşı, yurd
daşı.
Yaşayıram
Tanrı edib qarğışı.
Bu dünyadan başım çıxmır,
mən
naşı
o dünyadan yolu çaşıb gəmişəm.
Sədaqətim görünmürmü yoluna?
Əyri yazıb,
düz
görünür yol ona.
Tanrı məni bir də almaz yanına.
Mən Tanrıyla vidlaşıb
gəlmişəm.
Ədalət.-2011.-15
oktyabr.-S.20.