Çarli Çaplin - pedofil!
"Lolita"nın
süjeti Hollivuddan götürülüb
Peşəsi insanları
güldürmək olan səssiz kinonun 1 nömrəli aktyoru -
böyük Çarlz Spenser Çaplinin FBİ-dəki
(Federal Təhqiqat Bürosu) dosyesindən belə
anlaşılır ki, o, dəfələrlə pedofiliyaya
görə məsuliyyətə cəlb olunub. Və görünür, məhz
o, Vladimir Nabokovun "Lolita"sındakı
Qumbert Qumbertin prototipi olub.
Buna qədər
hesab olunurdu ki, məşhur məzhəkəçinin ABŞ rəsmilərinin gözündən
salan onun solçu baxışlarıdır.
Əslində isə hakimiyyət
nümayəndələrini narahat edən böyük Çaplinin kiçik qızlara olan maniakal marağı
idi.
Bir diqqət edin: Çaplinin ilk arvadı
Mildred Harris 17 yaşındaykən ona ərə gedib. Lita Qrey (Lolita Geyz
adıyla görün
necə də səsləşir!) cəmi
15 yaşında ikən
yoldan çıxarılıb.
Və Litanın sözlərinə
görə, onunla evli olarkən də Çaplin başqa azyaşlılarla
ona xəyanət edirmiş.
Komikin digər arvadı Una O""Nil isə aktyorun evinə 16 yaşında gəlin köçüb...
***
O dövrdə
Hollivud övladlarını
ekranda görmək istəyən valideynlər
və kino ulduzu eşqiylə yaşayan gənc qızlarla qaynayıb daşırdı. Və neçə-neçə
iddialı qız əvvəlcə səssiz,
sonrasa səsli kinoda xarüqələr yaradan Çarli Çaplinin yatağından
keçməklə böyük
kinoya vəsiqə qazanırdı.
Bu, çılpaq
həqiqətdir. Və Lita
Qrey onlardan yalnız biriydi. Onun Çaplinlə çəkiliş
meydanında başlayan
romanı məhkəmə
çəkişməsi və
iddiaçının xeyrinə
650 dollarlıq cərimə
və nikahla tamamlandı. Bütün bu
həngamənin başında
isə Litanın anası dururdu.
***
Beləliklə,
"Lolita"dakı Qumber Qumbertlə Çali Çaplin
oxşarlığı!
Hər ikisi ABŞ boyu öz
sevgililərilə səyahətlər edirmiş. Hətta gecələdikləri
otellər də eynidir.
1954-də Birləşmiş
Ştatlardan biryolluq qovulmuş Çaplin İsveçrədə,
Veve şəhərciyində məskən salır. Elə həmin
ildə Vladimir Nabokov Montreyə gələrək
"Lolita"nı yazmağa başlayıb.
Bioqrafik "Çarli Çaplin və
onun dövrü" kitabında Kennet Linn - Vaşinqtondakı
Con Hopkins Universitetinin professoru aktyorun pedofilliyini təsdiqləyən
onlarla fakt toplayıb. Onun kitabında Çaplinin dostu Harri
Kroker də şahidlik edir ki, çəkilişlər
zamanı məşhur aktyorun on yaşlı qızla
yaxınlıq etdiyini şəxsən görüb.
"Hollivud Babili" əsərinin
müəllifi Kennet Ancer də bu fikirləri təsdiqləyir.
Onun yazdığına görə, təkcə Çaplin
deyil, Hollivudun bir çox tanınmışları pedofil
imiş. Məsələn, "Paramaunt"un
sahiblərindən biri
Uilyam Desmond Teylor, rejissor Erik fon Ştrogeym... və nəhayət, Roman Polanski.
Deməli, Nabokovun "Lolita"sndakı
personajın prototipləri
düşünüləndən də çoxumuş.
Ədalət.-2011.-20 oktyabr.-S.8.