XALQIN
SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN
DÖVLƏT QAYĞISI
(əvvəli ötən
sayımızda)
İnfeksion xəstəliklərlə
"müharibə" sona çatır
Aparılan profilaktik tədbirlər
nəticəsində uzun illərdir ki, rayonda qızılca, məxmərək,
qarayara, difteriya, tetanus və poliomelitlə xəstələnmə
qeydə alınmır. Malyariya ilə xəstələnmələrin
də kökü kəsilir. Keçən il bir halda bu cür
xəstələnmə baş vermişdir.
Uşaqlar arasında ölüm, o
cümlədən evdə ölüm halları əvvəlki
illərlə müqayisədə xeyli azalmış, bu istiqamətdə
aparılan tədbirlər daha effektiv şəkil
almışdır. Keçən il rayonda infeksion xəstəliklərin
profilaktikası məqsədilə 24120 vaksinasiya və
revaksinasiya tədbirləri aparılmışdır. 2010-cu
ilin oktyabr ayından başlayaraq müraciətimizə əsasən
Səhiyyə Nazirliyi Ağdaş rayonunda göz xəstəliklərinə
düçar olmuş xəstələrin yerlərdə
müayinə olunmaları, sonradan onların üzərində
cərrahiyyə əməliyyatlarının aparılması
üçün Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutuna göstəriş
vermiş, institutun əməkdaşları 3 dəfə
rayonda olmuş, 200 nəfərdən çox xəstəni
müayinə etmişlər.
İslahatlar, yeniliklər...
... Səhiyyədə islahatlar və
ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi
tədbirləri proqramına uyğun olaraq Ağdaş MRX-nın
6 nəfər həkimi Türkiyə Respublikasının
paytaxtı Ankarada ixtisasartırma kursları keçmişdir.
Orta tibb işçiləri də bu cür kurslara cəlb
edilmişlər...
Mövcud
tibb müəssisələri də müasirləşir
Öyrənirik ki, il ərzində
Ağdaş MRX-da və uşaq poliklinikasında büdcə
vəsaiti və daxili imkanlar hesabına əsaslı cari təmir
işləri aparılmışdır. Eyni zamanda rayonun səhiyyə
müəssisələrinin tibb ehtiyacları üçün
büdcə vəsaiti ilə 82500 manatlıq müxtəlif
tibb avadanlıqları, yumşaq və bərk inventarlar
alınıb paylanmışdır.
Mərkəzi Rayon Xəstəxanasının
həyətyanı sahəsində əlavə olaraq 300-dək
müxtəlif bəzək və meyvə ağacları əkilmişdir.
İl ərzində güzəştli əhaliyə 116.416
manatlıq pulsuz dərman verilmişdir. Rayonda məskunlaşmış
qaçqın və köçkünlər ilboyu müayinədən
keçirilir, onların məişət şəraiti
epidemioloji nəzarətdə saxlanılır, onlara bu istiqamətdə
əlavə qayğı və diqqət göstərilir.
Təminat
razılıq doğurur
Keçən il Səhiyyə
Nazirliyi tərəfindən Ağdaş Mərkəzi Rayon Xəstəxanasına
184.674 manat dəyərində 2 ədəd "Mersedes"
markalı sanitar avtomobili verilmişdir. Eyni zamanda il ərzində
18.689 manatlıq tibb avadanlığı, diabetli xəstələr
üçün 7.866 manatlıq qlükometr aparatı və
test strinləri verilmişdir.
Baş həkim bildirir ki, 2011-ci
ilin birinci yarısında da rayonda peyvənd tədbirləri
davam etdirilmişdir. Həmin müddət ərzində
infeksion xəstəliklərin profilaktikası məqsədilə
10751 peyvənd tədbiri qeydə alınmışdır. Eyni
zamanda rayonda vərəm xəstəliyinə qarşı
müalicə və profilaktik tədbirlər də daim nəzarətdə
saxlanılır. Rayonda qeydiyyatda olan ağ ciyər xəstələrinə
dövlət vəsaiti hesabına hər ay vərəm əleyhinə
spesifik dərman preparatları verilir. Xəstələr DOTS və
DOTS+ proqramları üzrə əlavə dərmanlarla da təmin
olunurlar.
Səhiyyə Nazirliyinin yaxından
köməkliyi sayəsində ilboyu böyrək
çatışmazlığı olan xəstələrin
hemodializ müalicəsi yüksək səviyyədə təşkil
olunmuşdur.
Bakı və Gəncə şəhərlərində
təşkil edilmiş Perinatal Mərkəzlər rayonun
qadın əhalisinə göstərilən mama-ginekoloji xidmətin
keyfiyyətcə yüksəldilməsində Ağdaş
MRX-na yaxından kömək göstərir. Müayinə və
müalicəsi çətinlik törədən xəstələrə
diaqnozların qoyulmasında və müalicəsində
respublika sanitar aviasiyası və təcili təxirəsalınmaz
tibbi yardım xidmətindən də razılıq edilir. Bu
ilin 9 ayı ərzində də güzəştli xəstələrə
pulsuz dərman preparatlarının verilməsi davam
etmişdir.
İlkin səhiyyə xidmətinin
gücləndirilməsi məqsədilə əlavə olaraq
rayonun 13 yaşayış məntəqəsində müasir
tipli ambulator poliklinika şəbəkələri inşa
olunacaqdır. Hazırda Qoltəti və Ərəbocaq kəndlərində
bu məqsədlə müvafiq torpaq sahələri
ayrılmış, texniki şərtlər
hazırlanmış, tikintiyə start verilmişdir.
Yeni xəstəxana binasının tikintisində son
işlər görülür
Ağdaş Mərkəzi Rayon Xəstəxanası
üçün yeni binanın tikinti-quraşdırma işləri
də son mərhələdədir.
Səhiyyədə islahatlar
proqramı çərçivəsində aparılan bu
genişmiqyaslı tədbir rayon əhalisinin
sağlamlığına dövlət
qayğısının yeni bir töhfəsidir. 5,3 hektar ərazidə
nəhəng sağlamlıq ocağı inşa olunur.
6
korpusdan ibarət olan müasir görkəmli xəstəxana
binası hər cür şərait və avadanlıqlarla təchiz
ediləcək. Burada dializ şöbəsinin
açılması da nəzərdə tutulmuşdur.
Bütün bunlar dövlətimizin öz vətəndaşlarının
sağlamlığına necə böyük qayğı və
diqqət göstərdiyini bir daha təsdiqləyir.
Məzahir
ƏHMƏDOĞLU,
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi informasiya
vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-25
oktyabr.-S.6.