Mirzə İbrahimov anıldı
Dünən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunda xalq
yazıçısı, əməkdar incəsənət
xadimi Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar
tədbir keçirilib.
APA-nın
məlumatına görə, Ədəbiyyat İnstitutunun
direktoru, akademik Bəkir Nəbiyev ilk olaraq prezident İlham Əliyevin
Mirzə İbrahimovun 100 illik yubileyinin qeyd olunması ilə
bağlı imzaladığı sərəncamı
xatırladıb. O, Mirzə İbrahimovun
həyat və yaradıcılığına nəzər
salıb, ictimai fəaliyyətindən
danışıb. B. Nəbiyev bildirib ki, xalq
yazıçısı milli filologiya elmi
kadrlarının hazırlanması sahəsində böyük işlər görüb:
"Mirzə İbrahimov bu
instituta direktorluq etdiyi dövrdə dilçilik
və ədəbiyyatşünaslıq elminin
yeni, yüksək səviyyədə tədqiqini
təşkil edib, üçcildlik
"Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında böyük
əməyi olub. Sonralar institutda
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi
şöbəsinə başçılıq edib,
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin
sədri və SSRİ Yazıçılar
İttifaqının katibi seçilib.
Ömrünün axırınadək Nizami adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik
"Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub".
Tədbirdə
tanınmış ədəbiyyat xadimləri ilə
yanaşı, yazıçının qızı Sevda
İbrahimova və gəlini də iştirak edib. Sevda İbrahimova tədbirin
təşkilinə görə minnətdarlığını
bildirib.
Ədalət.-2011.-27 oktyabr.-S.8.