NURGƏZDİRƏN
Görkəmli ziyalı Elman İslam oğlu Əliyevin nurlu
xatirəsinə
Gəzdirərdi
sonsuz ümman nurunu,
İslam ocağından ürfan nurunu.
Yanmayan
gəzdikcə möcüzələrlə,
Əcəmidən Nəqşi-cahan nurunu.
Nuhun sorağında Gəmiqayadan
On min illik
ağır karvan nurunu.
Əxz edib "Mağara qardaşları" tək
"Əshabi-Kəhf"
içrə asman nurunu.
Nəsrəddin
Tusidən dərs
ala-ala,
Ayrılmaz elm ilə iyman
nurunu.
"Fatehlər
divanı"n qurduqca
bir-bir,
Tacdan uca duran
Sultan nurunu.
Tuğ qaldırıb daim yalana qarşı,
Həqiqət önündə vicdan nurunu.
Təbriz baharını qəribsədikcə,
Şah İsmayıl kimi
azman nurunu.
Cavid amalın həkk edərək qəlbə,
Turan ilə əhdü-peyman
nurunu.
Məmməd Araz ilə dərdləşdikcə
hey,
Yanar Sözdən qalxan
tüğyan nurunu.
Qarabağ deyəndə, Vətən
deyəndə,
Ön sırada mərdi-meydan nurunu!
İlham verən parlaq zəfərləri ilə,
Azərbaycan boyda dastan nurunu!
Səmavat necə də tez özləyərmiş
Mövləviyə həmdəm
insan nurunu!
Göy səslədi onu, qucduğu
yerdə,
Şamaxı yolunda Şirvan nurunu!
Hələ açıldıqca
sirləri bir-bir,
Yurda bəxş edəcək Elman nurunu!
Akif AZALP
Ədalət.-2011.-27
oktyabr.-S.6.