Şirvanın
şöhrəti çinarlı Göyçay...
Dövlət
proqramları inkişafa aparır
Ölkənin hər yerində
olduğu kimi Göyçay rayonunda da geniş quruculuq işləri
davam etməkdədir. Sosial-iqtisadi həyatın bütün
istiqamətlərində stabil inkişafın təmin
olunması əhalidə böyük inam və ruh yüksəkliyi
oyadır. Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramlarının qəbulu və bu
proqramların müvəffəqiyyətlə yerinə yetirilməsi
xalq təsərrüfatının bütün sahələrində
irəliləyişlərə səbəb olmuşdur.
Proqramların həyata keçirildiyi 2003-2010-cu illərdə
rayon üzrə ümumi məhsul istehsalı
buraxılışının həcmi 42.8 milyon manatdan 170.5
milyon manata çatmış, iqtisadi artım 4 dəfə
olmuşdu
Müstəqilliyin əbədi qururu
Azərbaycan Respublikasının
müstəqilliyinin 20 illiyinə həsr olunmuş bayram təntənələrindən
az bir vaxt keçir. Ancaq hər dəfə xatırlanası və
qürurverici hadisədir.
Çünki doğma
respublikamız mərkəzdən tutmuş ən ucqarlaradək
məhz müstəqillik dövründə xüsusi
inkişafa nail ola bilmişdir. Göyçay rayonunun
timsalında da bütün bunlar öz təsdiqini tapır və
və diqqət çəkir.
...
Bunu rəqəmlər də təsdiqləyib
Son 20 ildə rayonun kənd təsərrüfatında
yüksək göstəricilər əldə edilmişdir. 1991-ci
ilə nisbətən dənli bitkilərin əkin sahələri
4115 hektar və ya 42.4 faiz artaraq 13810 hektara
çatmışdır. 2011-ci ildə 34.2 min ton taxıl
istehsal edilmişdir ki, bu da 1991- ci ilə nisbətən 12.5
min ton və ya 57.6 faiz coxdur. Rayon üçün ənənəvi
olan meyvə istehsalına, xüsusən nar istehsalına diqqət
artırılmış, meyvə bağlarının ümumi
sahəsi son 20 ildə 2.2 dəfə çoxalaraq 4828 hektara
çatdırılmışdır. Heyvandarlıq sahəsində
də müəyyən nailiyyətlər əldə
edilmiş, 1991-ci ilə nisbətən ət istehsalı 3.1 dəfə,
süd istehsalı 28.5 faiz, yumurta istehsalı 22.5 faiz,
mal-qaranın baş sayı 12 faiz artmışdır. Ərzaq
sənaye məhsullarının istehsalının inkişaf
etdirilməsi üçün bir sıra tədbirlər həyata
keçirilmiş, Göyçay Konserv və Süd
zavodlarında əsaslı yenidən qurma işləri
aparılmış, ən müasir dəzgah və
avadanlıqlar quraşdırılmış, dünya
standartlarına cavab verən meyvə şirələrinin və
süd məhsullarının istehsalı təşkil
olunmuşdur. Hazırda bu müəssisələrdə
istehsal olunan məhsulların 80 faizə qədəri xarici
dövlətlərə ixrac olunur və dünya
bazarlarında Göyçay nar şirəsinə
böyük tələbat vardır. Son illər 528 min
başlıq broyler quşçuluq fabrikində də əsaslı
yenidənqurma işləri aparılmış, bütün
sexlər müasirləşmiş, müəssisədə
yeni qablaşdırma və kəsim sexləri istifadəyə
verilmişdir.
Kənd yaşayış məntəqələrinin
suvarma suyu ilə təminatının
etibarlılığını yüksəltmək
üçün Göyçay çayının məcrasında
ümumi smeta dəyəri 2 milyon manat olan nizamlayıcı
qurğu istifadəyə verilmişdir. Bu qurğunun istifadəyə
verilməsi ilin bütün fəsillərində əkin sahələrni
fasiləsiz suvarma suyu ilə təmin etməyə imkan
vermişdir.
Böyük tikinti proqramı
Son 20 ildə rayonda böyük
tikinti proqramı həyata keçirilmiş, 500-ə yaxın
irili-xırdalı obyekt istifadəyə verilmişdir. Tikinti
sahəsinə qoyulan investisiyaların həcmi əsaslı
olaraq artmışdır. Təkcə 2010-cu ildə əsas
kapitala 25 milyon manat vəsait yönəldilmişdir. 1991-ci ildə
isə bu rəqəm cəmi 400 min manat səviyyəsində
olmuşdur. Yerli xam maldan inşaat materialları istehsalına
diqqət artırılmış, Göyçay kərpic
zavodunda əsaslı yenidənqurma işləri
aparılmış, onun istehsal gücü 2 dəfəyə
yaxın artırılmışdır. Şəhərin sənaye
zonasında və Qarabaqqal kəndində kərpic istehsal edən
müəssisələr istifadəyə verilmişdir. Cəyirli
kəndinin ərazisində illik istehsal gücü 1 milyon kub
metrə yaxın olan daşdoğrayan qurğu kompleksi, həmçinin
sənaye zonasında qum-çinqıl istehsal edən 4 müəssisə
inşa edilmiş
Göyçay çayı üzərində
strateji əhəmiyyətli olan yük götürmə
qabiliyyəti 300 tonluq körpü keçidi istifadəyə
verilmişdir
Son 20 ildə rabitə və
poçt xidmətinin madd-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində xeyli işlər
görülmüşdür.
Rayonda ilk dəfə tətbiq
olunan müasir rabitə texnologiyaları əhalinin beynəlxalq
standartlara cavab verən informasiya -telekommunikasiya xidmətlərindən
səmərəli istifadəsinə şərait
yaratmış, abonentlərin beynəlxalq rabitə xəttinə
çıxışını tam təmin etmişdir.
1991-ci ildə rayon üzrə
yalnız bir elektron ATS olduğu halda hazırda mövcud 26
ATS-nın hamısı elektron sisteminə keçirilmiş,
Alxasava, Qarayazı, Mirzəhüseynli, Mırtı və
Mallı-Şıxlı kəndlərində yeni ATS binaları
inşa edilmişdir. Göyçay Telekommunikasiya
qovşağının yerləşdiyi bina əsaslı yenidən
qurulmuşdur. Son illər əhaliyə göstərilən
poçt xidmətinin də səviyyəsi xeyli yüksəlmiş,
Bəydövül, Qaraman, Müskürlü, Qarabaqqal,
Qızılağac, Kürdşaban, Alpout, Potu, İnçə,
Məlikkənd, Qarayazı, Yeniarx və Mırtı kəndlərində
yeni poçt şöbələri inşa edilmiş, mərkəzi
poçtamt filialı yeni binaya
köçürülmüşdür.
Rayon əhalisinin elektrik enerjisi və
təbii qazla təhcizatının
yaxşılaşdırılması sahəsində
görülmüş tədbirlər nəticəsində əhali
fasiləsiz elektrik enerjisi və təbii qazla təmin
olunmuşdur.
Göyçay paylayıcı
yarımstansiyasında 20 mva gücündə transformator
quraşdırılaraq stansiyanın ümumi gücü 45
mva-ya çatdırılmış, bu da pik saatlarında istər
əhalinin, istərsə də istehsal müəssisələrinin
sabit elektrik enerjisi ilə təminatına imkan
vermişdir.
Şəhəri təbii qazla təmin
edən 1 və 2 saylı qazpaylayıcı stansiyalar əsaslı
təmir olunmuş, Mirzəhüseynli kəndinin ərazisində
yeni qazpaylayıcı stansiya istifadəyə verilmişdir.
Rayon mərkəzinə və 9 kənd yaşayış məntəqəsinə
təbii qaz verilişi bərpa edilmişdir.
Təhsil,
səhiyyə, mədəniyyət və idman
Son illər təhsil, idman, mədəniyyət
və səhiyyə müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
əməli tədbirlər görülmüşdür. Dövlət
Proqramı və Heydər Əliyev Fondunun vəsaiti
hesabına şəhər 8 saylı, rayonun Kürdşaban, Bəydövül,
Yekəxana, Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət-Qarabağlar,
Şıxbəy kəndlərində məktəb binaları
inşa edilmiş, şəhər 1, 3, 4, 5, 7 saylı,
İnternat və Qaraməryəm kənd orta məktəbləri
əsaslı təmir olunmuşdur.
(ardı 1 noyabr sayımızda)
Məzahir
Əhmədoğlu,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
kütləvi informasiya vasitələrinin
inkişafına
dövlət dəstəyi fondunun maliyyə
yardımı
ilə
Ədalət.-2011.-29
oktyabr.- S.8.