YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR

 

ANAR-2

 

8-kilometr, Montin qəsəbəsindəki Tərcümə Mərkəzi və 525-ci qəzet aralarındakı "yetmiş il yubileyi" beləcə başa çatdı. "Böyük bir təntənə ilə" (Tofiq Abdin, daha o təntənələr yoxdu, məyər bu ölkədə yaşamırsan) qeyd olunan bu yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduqindi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə bir nəzər salıb həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edirAllah onlara uzun ömür versin.Bu yaradıcı və sıradan insanlar haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir,bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.

 

   Bu insanlar kimlərdir?

 

   Başlayıram ANARdan!!!!!!!!!!!!

 

    ÖNCƏ DEPUTAT, SONRA MİLLƏT VƏKİLİ

 

   Bu yazını yazdığım günlərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Anar Rəsul oğlu Rzayev haqqında iki xəbər çap olundu.

   Birinci xəbərdən aşağıdakı sətirlər diqqətimi çəkdi: "GƏLƏN KİMİ DÜYMƏNİ BASIB ÇIXIŞA YAZILIRAM. AMMA HƏR DƏFƏ MƏNƏ NÖVBƏ ÇATMIR. MƏNDƏ BELƏ TƏSƏVVÜR YARANIR Kİ, HƏMKARLARIM DÜYMƏNİ EVDƏ BASIB GƏLİRLƏR."

   Bu xəbər bir çox qəzetdə yayımlandı yaxud belə deyək çap olundu bəzi qəzetlərdə ola bilər, bu sözlərdən bəziləri başqa cür səslənib. Mən bu sözləri "Avropa" qəzetinin 9-11 may tarixli sayından götürmüşəm. 

   elə həmin günlərdə başqa bir xəbər diqqətimi çəkdi. "525-ci qəzet"in birinci səhifəsində belə bir xəbər vardı:

  

 

   "YAZIÇI ANAR "ATƏŞ XƏTTİ"NDƏ NİYƏ

 

   İŞTİRAK ETMƏYİB?"

 

   Qəzet sonra yazırdı: "bu ekspertlər (yəni məncə körpüdən keçmək istəyənlər, yəni iştirakçılar T.A.) qarşı tərəflə razılaşdırılır. Ancaq bəzən qarşı tərəflər arasında verilişə çağırılan ekspertlərlə bağlı fikir ayrılığı da olub. Misal üçün, erməni tərəfi "Atəş xətti"nə yazıçı Anarın dəvət olunmasına imkan verməyib."

   İnanın ki, son günlərə qədər Anar müəllimin hansı partiyadan haradan millət vəkili oluduğunu da bilmirdim heç maraqlandırmırdı məni, çünki Anar müəllimi bildiyim qədər tanıyıram şəxsən onun hansı partiyadan hardan millət vəkili olmasının da marağında deyiləm. Mənim üçün vacibi maraqlısı onun Azərbaycan Respublikası Milli Məclisində təmsil olunmasıdı, çünki Anar müəllim sözün əsl mənasında bir azərbaycanlıdı, AZƏRBAYCAN TÜRKÜDÜ (onun azərbaycancılıq ideyası mənə çatmır) qibtə olunacaq Azərbaycan ziyalısıdı ki, hələ Sovet dövründə, o zamanın mərkəzi mətbuatında onun haqqında yazırdılar: "Sizin şəhərdə ziyalı varmı?"   

   Əlbəttə, indi bu həqiqətə mız qoyan tapılar mənim məqsədim indi bunu kiminsə gözünə soxmaq deyil güman ki, hətta bu haqlı sözlərdə haqsızlıq tapan insanımız az deyil.

   Yuxarıda adlarını çəkdiyim xəbərlərdə əsas məsələ bu idi ki, Anar müəllim rahatsızlıqla deyirdi ki, ola bilsin vaxtsa iqtisadiyyatın zəifləməsi, dünya dövlətlərinin təkidi, ordumuzun güclənməsi Ermənistana bizim istədiyimiz şərtləri razı salar. Amma o zaman Şuşa artıq erməni şəhəri olacaq."

   İndi mən bu sətirləri oxuyuram gözlərim dolur: ən əvvəl bu ifadələrin deyilişi o qədər mədəni eyni zamanda o qədər acıdır ki, bunu yalnız yalnız Anar müəllim deyə bilər. İndi bizim bir çoxumuz Şuşanın Erməni şəhəri olduğunu deyirik, Anar müəllim bunu bilir, amma yenə Anar müəllim ürəyində bir ümid yeri qoyur xəbərdarlıq edir. Bu xəbərdarlığı elə mədəni eləyir ki, əsl müxalifət sözüdür məncə

   Heç şübhəsiz, bəzi insanlarımız müxalifəti küçədə döyülməkdə birisi İranda oturub, birisi Amerikada oturub-durmaqda başa düşürsə bəzi insanlarımız bu gün yalnız yalnız məmləkətin içindəki yaraları yalnız özləri istədikləri kimi ifadə edib deyirlərsə, o zaman nədən belə bir mədəni müxalifətin olduğunu da düşünmürük yalnız vurub çatdı, məhəlli davranış müxalifəti olduğunu gözə soxmaqla məşğuluq.

   Bir Dövlətin, bir Millətin, bir Xalqın Millət Vəkili onu seçən insanların haqqı-sayını itirirsə o, Dövlətin işlərini görüb onu dəyərləndirmək ya yeni təkliflər verməklə heç olmasa bəzi həqiqətləri demirsə, rahat kresloda oturub hər dəfə söz salıb boş-boş şeylər deyirsə, o zaman nədən o Millət vəkillərinin yaxasından yapışmırlar zaman-zaman Anar kimi ziyalılar daha çox qınaq sahibi olurlar. Bunu mən başa düşürəm ki, Anar müəllimdən daha çox şey umurlar, amma Anar müəllim külli-ərzin sahibi deyil burada mən bir pardon demək məcburiyyətindəyəm.

 

   PARDON, YOLDAŞLAR!

 

   Anar müəllim heç vaxt bir çox ziyalımız kimi YAXŞI ADAM rolunu oynamayıb.O əlindən gəlibsə onun sonuna qədər gedib bu böyüklükdə məmləkətdə onun yaxışılıq elədiyi insanlar çoxdu. Anar müəllim heç vaxt gücü çatmadığı işin altına girməyib bu da onu bir ziyalı kimi həmişə ucada saxlayıb. hətta Milli Məclisin Millət Vəkili olanda deyirdi ki,,"Gələn kimi düyməni basıb çıxışa yazılıram. Amma hər dəfə mənə növbə çatmır. Məndə belə təsəvvür yaranır ki, həmkarlarım düyməni evdə basıb gəlirlər."

  

   Təsəvvür edin ki, qonaq olduğum bir yerdə evin gənc bir insanı belə bir sual verdi: doğurdanmı Anar müəllimə söz vermirlər? 

   Doğrusunu Anar müəllim özü deyir qəzetlərdə. Bundan o yanası yoxdu.

   Xatırlarsınız, Anar müəllim Sovetlərdə deputat olanda da Qorbaçov onun sözünü kəsdi Anar müəllim Zori Balayan kimi zorlayıb tribunanı zəbt eləmədi,başını aşağı salıb yerinə keçdi hələ o zaman da o qınaq obyekti oldu.

   Yəni Adamı biz yenidən yarada bilmərik ki... Onu yaradan yaradıb bu gün həmin o tribunadan deyiləcək şeyləri eşitməmək üçün "Atəş xətti"nə dəvət olunan Anar müəllimə ermənilər etiraz edirlər.

   Xatırlayıram, hələ Sovet dövründə Anar müəllim bizə Ermənistanda kino festivalında göstərilən bir filmin nümayişi vaxtı zalda olan rəzaləti danışdı. Dedi ki, göstərilən filmlər arasında erməni rejissorlarının da bir neçə əsəri vardı, bu filmlərdən birində ermənilərin dünyaya hayqırdığı soyqırım məsələsinə toxunulurdu, yalan, gerçəklikdən uzaq hətta bəzi bədii filmlərdən kəsilib montaj olunan filmdə erməniləri guya qıran türklərin vəhşilikləri göstərilirdi. Bu filmi göstərərkən təbii, ermənilərin bir məqsədləri vardı: SSRİ-nin çeşidli yerlərindən gələn kino sənət adamlarına bir soyqırımın olduğunu təkrar bildirmək. Heç bir zaman sakitləşmək bilməyən, hər zaman qana susayan ermənilər uşaqlarına bu cür filmləri göstərərək Türkə Türk insanına nifrət aşılayırlar. Film sona çatdı. Bizim vəziyyətdə olduğumuzu bir biz, bir Allah bilirdi. Bakıdan gəlmiş kino sənətkarlarının üzü bəmbəyaz idi. Biz başımızı qaldıra bilmirdik. Bir an başımı qaldırıb baxdım: filmi seyr eləyən Erməni gənclərinin ermənilərin gözlərindən qan damırdı, sanki bizi parçalamaq üçün can atırdılar.

   Anar müəllim bunları da bilir.

   Ürəyim ağrıyaraq deyirəm, görəsən "iqtidara satılmış" Anar müəllimi ermənilər neyçin istəmədilər

   Ermənilər bir yana dursun,biz niyə istəmədik?

   Məcburam yenə deyim: müxalifətlik dava-dalaş deyil. Müxalifətçilik söyüş deyil, müxalifətçilik onsuz da həyatı zəhər olan insanlarımızın həyatını bir daha zəhərləmək deyil.

 

   Əgər bu yollar varsa, başqa yollar da var demək.

   bu yol Anar müxalifətidi məncə.

 

   ***

  

   MÖVZUYLA BAĞLI TOFİQ ABDİNdən

 

   BİR ŞEİR

 

   DEPUTAT YOLDAŞA

  

   Deputat yoldaş,

   sən sülhsən,

    azadlıq,

    səadət!

   Ona görə bağırmıram:

   Sülhə,

    səadətə,

    azadlığa səs verirəm!

   Sən adi bir vətəndaşsan!

   Biz səs veririk sənə,

   səni layiq bilirik

    insanlığa, Vətənə!

   Deməli sən

   bizim adımızdan

   danışmalısan,

   deməli sən

   bizə qarışmalısan!

   Daha öyməməlisən özünü

   Deputatam deyə,

   təkcə özün haqqında düşünməməlisən

   hər arzuma çatım deyə!

   Görürsənmi:

   biz sənə etibar edirik

   özümüzü.

   Görək

   sən necə başa düşəcəksən

   bizim sənə olan

   şikayətimizi, sözümüzü!

  

   1969

 

 

   Tofiq Abdin

   abdin41@mail.ru www.tofigabdin.com

 

   Ədalət.-2011.-29 oktyabr.- S.15.