BAYAT
Yaddaşımı
sil
İlahi, sən mənim
yaddaşımı sil,
İlahi, sən mənə bir
sovqat eylə.
Bilgisayar kimi, telefon kimi,
Yaddaşı təzələ, ya format eylə.
Dopdolu beynimin ağırlığından,
Sıxılır
ürəyim, dolur gözlərim!
Yapışıb
tavanda qalır baxışım,
Bir məchul nöqtəyə
dalır gözlərim.
Beynimin içində qaynaşan dərdlər,
Yeyir, dimdikləyir olan varımı
Qurdtək parçalayır, balıqtək
udur
Xoşbəxt anlarımı, saatlarımı.
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını yaxşılı-pisli
Təzdən ağ beyinlə
başlayım barı.
Söz
Heç onu bu qədər
günahkar, aciz,
İşıqsız görmədim, saxta
görmədim.
Dənizə atılan daştək mənasız
Bu qədər
təsirsiz vaxtda görmədim.
"Azərsel"in
şablon təbrikləritək
Hamı yollayacaq - yiyəsi yoxdu
Ən isti kəlmə də çox işlənibsə
Kəsəri qalmayıb, tiyəsi
yoxdu.
Sən sözü dəyərdən
elə saldın ki,
Nə desən yalandı sən mənə indi!
Qımışıb
baxıram dünən
dediyin
Gözümü yaşardan kəlmənə
indi.
Uzağı bir ay
Unuda bilmirəm: uşaqkən qumdan
Qurduğum qalanı sular
apardı.
O itki heç zaman çıxmır yadımdan
-
Çığırdım, qışqırdım, şivən qopardım.
Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə
qalıb,
Uşaqlıq evlərim daş-daş
sökülüb.
İndi nə sarsılıb, nə də yanaram
Taleyin növbəti sərt
sınağına.
Uzağı bircə ay qubarlanaram
Qurduğun qalanın uçulmağına.
Əsəb dərmanı
İldırım
tək gedirdin,
Qəfildən qucaqladı.
Dayanası deyildin,
Səni yaman haqladı.
Ləngidi yerişlərin,
Addımların laxladı.
Zamanı yavaşıtdı,
Vaxtı tutub saxladı.
Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
Çarə
Bunun bircə çarəsi var -
Sən bu yolu qısalt,
getsin!
Apendisitin, ödün kimi
Çıxart
getsin, kəs at, getsin!
Üzündəki
sızaq kimi
Kislatanı tök, yandırsın.
Hər gün əzab verənəcən
Birdəfəlik bərk yandırsın.
Aman Allah, bu nə çarə,
Bu nə
əlac - sızıldadım.
İcazə ver bu ağrıdan,
Uzaqlaşım addım-addım.
* * *
Çıxırsan
yavaş-yavaş,
Vətənimdən
çıxırsan!
Beynimdən aralanıb
Bədənimdən çıxırsan.
Məğlub ordu kimisən,
Sınıq-salxaq çıxırsan.
Ərazimdən
astaca,
Yorğun, axsaq çıxırsan.
Geri dönür
nəfəsim,
Sifətim işıqlanır!
Cadudan ayılmışam,
Gözümün
dibi yanır!
Nə yaxşı ki, çıxartdın
Bu tilsimdən,
ilahi!
Mənə sakit həyat ver,
Rahat bədən, ilahi!
Saxla
Gözlə, hamı yığışsın,
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.
Topala heyranları
Düzləri, yalanları.
Az
sına qurbanları,
Qurtar bu teşti saxla.
Üzünü
işıq elə,
Dərddən bir qaşıq elə,
Bir az qarışıq
elə,
Mən doydum, bəsdi,
saxla.
Bəsdi!
Neçə
ay içindən çıxa
bilmədim:
Türmədi, məhbəsdi, qəfəsdi
- bəsdi.
Gözümün
yaşını yığa
bilmədim,
Kürdü, Həkəridi, Arazdı -
bəsdi.
Keçdim, qucağında xoş dəmi keçdim,
Sevinci, kədəri, dərd-qəmi
keçdim,
Ruhumla bir sirli aləmi
keçdim,
Vergidi, cadudu, nəfəsdi
- bəsdi.
Sultandın, çevrildi taxt, sona yetdi,
Tale bağışlayan
baxt sona yetdi,
Tanrının
verdiyi vaxt sona yetdi,
Sevgidi, qəzəbdi, həvəsdi
- bəsdi!
Xəngəl
Hey yoğurdun,
kündələdin,
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın axır etdin
Yuxadan da nazik məni.
Böldü, kəsdi parça-parça,
Bıçaq tutan barmaqların.
Daşıdı
qaynayan suya
Undan da ağ
dırnaqların.
Bəlkə qazı çox elədin,
Vaxtı ötürdün deyəsən.
İş işdən keçəndən
sonra
Üstdən götürdün deyəsən.
Gətirib masaya qoydun,
Bir yekə sinidə məni.
Kim dadıma yüyürəcək,
Kim yeyəcək
indi məni?
Səndən qalanlar
Bu şeirlər,
bu yazılar canımdan,
Səni hiss-hiss, duyğu-duyğu qoparır.
Əllərini,
tellərini astaca,
Gözlərini qorxa-qorxa qoparır.
Hələ çoxdur səndən məndə qalanlar,
Hələ nələr
yazmalıyam mən, nələr...
Ağrı dolu, əzab dolu romanlar,
İnildəyən, sızıldayan nəğmələr.
Gərək hələ səni gün-gün itirib,
Görüşləri bir-bir sayıb
çıxarım.
Hüceyrəmdən
pinset ilə götürüb,
Ürəyimdən qaşıqlayıb çıxarım.
Son şeirimi yazdığım gün
son səhər,
Yaddaşımdan uzaqlaşıb itərsən.
Son baxışın
bədənimi titrədər,
Gözümdəki son damlayla bitərsən.
Rəşad MƏCİD
Ədalət.-2011.-29
oktyabr.- S.20.