BAYAT
Rəsul
Rza yüz ilin sözüdü
Açdım pəncərəmi
may səhərinə,
Yüz ilin sözündən
çələng bağladım..
Baş qoyub günəşin şəfəqlərinə
Sevinc çözələdim, dərd
varaqladım.
Bir sözün məlhəmi mininə
çatar,
Yüz ilin nurunda min həyat eşqi.
Tanrı dərgahına ucalan çinar,
Varlığın canımdan, qanımdan
keçdi.
Salam, söz çinarı, sözün
xan oğlu!
Yüz ilin vüqarı...
möhtəşəm, mətin.
Bir az da addayıb sabaha doğru,
Fövqündə dayandın əbədiyyətin.
Kökləri dərində... ustad, çinartək,
Dəryalar yelkəni, sözün ulusu...
Qələm yazıbdısa vəcdə
gələrək
Kərəm Tanrınındı, özü
qorusun.
Xan çinar torpağın rəngini alır,
Sözün rəngi olur
çinar yarpağı.
Ucalıq şairin tunc olmuş adı
Boy vermir qaldırır ana torpağı.
Yüz il sıralanar
çatar min ilə,
Lap olar
Nizami, Füzuli yaşda.
Pir olan sözlərdə bir qara gilə,
Göynəyər ürəkdə, göyərər daşda.
Yüz ilin sözünü çıraq eylədim,
Yüz ilin sözü
var əyriyə, düzə.
Yüz ildi dostlarla qol-boyun olur,
Yüz ildi düşmənlə
durur üz-üzə.
Gülüş
necə doğdu göz yaşlarından?...
Məqbərən
önündə baş
əydim, ustad!
Başım buludlara dəydi az qala...
"Dəryada
dayanan ey qocaman dağ", -
Hər sözün, hər misran alınmaz qala.
Nə qədər ulusan,
nə qədər cavan?
Haqdan doğulanın bilinməz
yaşı.
Səbətə
sığmayan gül-çiçək
yalan, -
Əbədi gül açan
söz aşıb-daşır.
Mərdlik söz mülkünün
şahlıq tacımı?
Çəkinməz zamanın bəd
daşlarından.
Gülə-gülə
yazdın ağrı-acımı,
-
Gülüş
necə doğdu göz yaşlarından?..
Şişdi qara ciyər, dağlandı sinə,
"Ağ ciyər" olmadı şair qələmi...
Böyük bəlaları yazıb... sən demə,
Başqa aləm qurdu
Sabir "ələmi".
"Hop-Hop" imzasının sərvəti
yağdı.
Dedi: aç gözünü, imana sığın!
Özü beş gün
olub zamana sığdı,
Amma sözü oldu
zamansızlığın.
Kimdir əbədiyyat şərbətin
içən?
Qələm hakimdirsə yazar
qanunu.
Bir ömür yaradıb dünyadan köçən
Min ömür
anladır kim
olduğunu.
Haqqın sədasıdır... yalanmı məgər?
-
Qüdrətdən
doğulan ey dahi insan!
Qalxar, dalğalanar dəniz sevgilər, -
Tanrı eşqi kimi ucalardasan!..
Oğlum, gəl dost olaq
Yaxına, uzağa can deyən dostam,
Canımdan vurulsam qəm
yeyən dostam.
Çox gəzib arama sən deyən dostam
Ömür təşnəsidir bu yol - bu
yolaq.
Oğlum, gəl dost olaq!
Fələyin
can üzən səksəkəsindən,
Düşdüm
bəlaların lap yekəsindən
Tanrı qismətinin bir tikəsindən
Sevgi daşımışam mən
qucaq-qucaq
Oğlum, gəl dost olaq!
Səngərdir,
qaladır düşmən
çəpərin,
Daşı dəlib keçər
zorun, təpərin.
Baldan şirin olur barın, bəhərin
Müqəddəs
türbədir bu ana torpaq
Oğlum, gəl dost olaq!
Bir inam körpüsü yarada bilsən
Görərsən mininə imansan,
pirsən.
Düz olsan əyrini haqnan kəsərsən
Haqqın dərgahıdır son dayanacaq
Oğlum, gəl dost olaq!
İlahi yazıdır, sultandır
qələm,
Yananı ürəkdir, amanı
kərəm.
Kişilik didiyin başqa bir aləm,
Şükranə
deyilmi bu od, bu ocaq
Oğlum, gəl dost olaq!
Birinə könül ver göz üstə saxla,
Günün arzuları ötür
sabahla.
Baş-başa
dayanıb bu səcdəgahla,
Insanlıq eşqinə mayak
ol, mayak.
Oğlum, gəl dost olaq!
Bu şeir sizindir, cənab General!
Polis general-mayoru
Ərzuman Mikayıl oğlu Əliyevə
Bu şeir sizindir, cənab
General!
Misralar uçunur Sizin
ünvana.
Saysız cavabları doğuran sual
Amal sahibiylə durur
yan-yana.
Dünənin haqqına cavabdeh bu gün,
Bu günün
uğuru sabaha mərhəm.
Ürək çırpınırsa yaşatmaq
üçün
Fəxarət kürsüsü olur möhtərəm.
Möhtəşəm
bir sözdür vətəndaş adı,
Çinar qamətitək var
ehtişamı.
Yaxşılıq
dediyin ayrı dünyadı
Tanrıdan işığı, haqdan salamı.
Bu ulu torpağa şərəfdi,
şandı,
Bir örnək dərsidir
ömrün hər zaman.
Ürəyin vətənçün alışdı,
yandı
Yanğıdan doğuldu general Ərzuman.
Bu şeir sizindir cənab genetral!
Zəfər savaşından salıb
yolunu.
Mərdlik qalasından doğan istiqbal
Deyir şəxsiyyətin kim olduğunu.
Üç,
"Dostluq" gəmisi...
Dostum Rəfael Mikayılova
Lal sükut içində dayanıb gəmi,
Həzin ləpələr var yan-yörəsində.
Onamı qalıbdır dünyanın
qəmi
Inləyir gərdişin tərsanəsində.
Bəlkə loğman gərək bu cəfakeşə
Bəlkə qocalıbdı yoxdur
taqəti.
Yoxsa için-için baxıb
keşmişə
Yazır gündəliyə donuq həsrəti
Üz, "Dostluq" gəmisi yar dalğaları
Səsinə səs verən
könüldaşın var.
Insanlıq mülkünün dövləti,
varı
Etibar, sədaqət, əhdə vəfadar.
Bu da qədim nəğmə
düşüb irəli
Sənə xatırladar
müdrük zamanı
Xeyirxah ürəyin qızıl
heykəli
Ayırar, arıyar yaxşı,
yamanı.
Dayanma, yubanma Tanrı eşqinə
Sabahın adına
yazılan adsan.
Bilirəm möhtacsan dost sevgisinə
Aydınlıq daşıyan azad
həyatsan.
Bir kişi uyuyur
ahsoltanlıda...
Respublikamızın Əməkdar
hüquqşünası,
Dəyərli insan Mehdiqulu Baba oğlu
Mahmudovun məzarı önündə.
Bir kişi uyuyur
Şahsoltanlıda...
Yaxın da, uzaq da tanıyır onu.
Hüquq kitabının qanunlarından,
Ona hakim olub mərdlik
qanunu.
"Mərdlik
sadəliklə qoşadır
demək,
Sadəlik gül açar
torpağın sanı.
Çətindir
yaşadıb xoşbəxt
eyləmək,
Bədbəxt eyləməyə nə var insanı.
Bəndə dünəninə təpik
vurursa,
Sanma tale onu güldürə
bəlkə.
Kişi öz taxtını saxta qurursa,
Inan, insanlığa gətirir
ləkə.
Pisin xəbislikdən biçilir
donu,
Gərək
soy kökündə ola yaxşılıq.
Pisin pislik ilə qurtarar sonu,
Elə yaxşı olub
qalar yaxşılıq".
Bax, belə düşündü
bu müdrik insan,
Çəkdi qayğısını doğmanın, yadın.
Şahanə yaşamaq deyilmiş asan,
Mərdanə olmasa insan övladı.
Bir kişi uyuyur
Şahsoltanlıda...
Yaxın da, uzaq da tanıyır onu.
Hüquq kitabının qanunlarından,
Ona hakim olub mərdlik
qanunu.
Bura məbədgahdı...
Göyçayın Bığır kəndində
məktəb tikdirən,
tanınmış maarıfçi Əli Əfəndi Səmədzadənin
ruhuna bağışlayıram.
Məktəbə
gedirsən, yaxşı
yol bala,
Yolun da kəsədir
məktəbə yaxın.
Getdiyin məbədgah bunu bil bala,
Məni sabahından edir
arxayın.
Zamandan güc alıb özülü, daşı,
Heç kimdən, heç kəsdən yox təmənnası,
İllər ötüb keçib bilməyib naşı,
Kişi məktəb tikib
- nədir mənası?
İmarət tikmədi, məktəb tikdi o,
Keçib dövlətindən, keçib varından.
Günəşə
boylanan ağac əkdi o,
Bu gün
də dadırıq onun barından.
Ruhu da müəllim - dərsini deyır,
Özü də, ruhu da batıb savaba.
Təkcə bir nəfərin babası deyil,
Bizim hamımızın babası, baba.
Sənindir ziyası - yaxşı yol, bala,
Haqdan qüvvət alan
hikməti - ulu.
Bura məbədgahdı, bunu bil, bala,
Qoru bu ocağı,
həmişə qoru.
Ədalət Əsgəroğlu
Ədalət.-
2011.- 17 sentyabr.- S. 20.