Azərbaycanın
Antalyası
(əvvəli ötən
sayımızda)
Rayonun cənub
sərhəddində 1958-ci ildə 22.400 ha sahədə quraq
landşaftını mühafizə etmək məqsədi ilə
Türyançay Dövlət təbiət qoruğu
yaradılmışdır. 1961-ci ildə qoruğun Qəbələ
rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən
ayrılaraq Qəbələ meşə təsərrüfatı
idarəsinin nəzarətinə verilmişdir. Hazırda
Türyançay Dövlət qoruğu rayonun cənubi-qərb
sərhəddini təşkil edir.
Rayonun
şərq sərhəddində, Bakı-Qəbələ
şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə,
düzən meşə landşaftının və xallı
maralın mühafizə olunması üçün
yaradılmış İsmayıllı Dövlət təbiət
qoruğu yerləşir.
1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli,
Bum və Qaraçay çaylarının hövzələrində,
həmçinin Əlvan (Alban) dərəsi ərazisində
ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət
təbiət yasaqlığı yaradılmışdır.
Qeyd olunan yasaqlıqda düzən və dağ meşə
lantşaftının müxtəlif ağac və kol bitkiləri,
elecə də nəsli kəslimək təhlükəsi olan
dağ kəli, qarapaça, cüyür, ayı, qaban,
vaşaq və s. nadir heyvanlar mühafizə olunur.
Qəbələ
rayonunun təbii sərvətləri sistemində onun
torpaq-bitki örtüyü və heyvanlar aləmi özünəməxsus
yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə
olunmasına görə olduqca rəngarəngdir. Rayonda
adambaşına düşən torpaq fondu təqribən
respublika üzrə olan göstəriciyə bərabər
olub, 1,5 hektar təşkil edir.
Rayon
üzrə torpaq tiplərinin müxtəlifliyi həmçinin
relyef və iqlim şəraiti bitki örtüyünün zənginliyinə
səbəb olmuşdur.
Rayonun
meşə və düzləri təbii landşaftdan
asılı olaraq müxtəlif heyvan və quş növləri
ilə zəngindir. Bunlardan nəcib maral, dağ keçisi,
dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi,
dələ, yenot, tülkü, çöl donuzu, dovşan,
adi və oxlu kirpi və s. heyvanları, Qafqaz uları, soltan
toyuğu, qırqovul, kəklik, turac, bağ toyuğu,
çöl göyərçini, qartal, qarğa, köçəri
quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək
və s. bu yerlərin sakinidir. Çöl və düzlərdə,
xüsusən Qəbələ yaylasında sürünənlərin
müxtəlif növləri, o cümlədən yüksək
keyfiyyətli zəhəri ilə tanınan "Tosik gürzəsi"
yaşayır. Rayonun cənub sərhəddi Türyançay,
şərq sərhəddi isə İsmayıllı dövlət
təbiət qoruqları ilə həmsərhəddir. Bununla
yanaşı Qəbələnin əsrarəngiz təbiətini
qoruyub saxlamaq məqsədi ilə 1993-cü ildə rayonun Vəndam,
Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay hövzələrində,
elecə də Əlvan dərəsi ərazisində 39.680 ha
sahədə Qəbələ dövlət təbiət
yasaqlığı yaradılmışdır.
Qəbələ
rayonunun relyefi və rütubətli iqlim şəraiti ərazidə
sıx çay şəbəkəsinin formalaşmasına səbəb
olmuşdur.
Rayonun sənaye
sahəsinin inkişafında burada fəalyyət göstərən
zavodlar mühüm rol oynayır. Qəbələ
özünün təkcə zəngin tarixi ilə deyil, həm
də bərəkətli torpaqları, bol məhsullu meyvə
bağları ilə də məşhurdur. Özünə məxsus
dadı ilə xalq arasında populyarlıq qazanan "Jalə"
şirələri də məhz Qəbələ konserv
zavodunda hazırlanır.
Cənubi
Qafqaz regionunda istehsal gücünə görə ən iri
meyvə emalı müəssisəsi olan Qəbələ
konserv zavodu hələ çox gənc olmasına baxmayaraq,
artıq dünya standartlarına cavab verən məhsulları
ilə Azərbaycan bazarında liderliyi əldə etmişdir.
Zavod Avropada istehsal olunmuş ən müasir avadanlıqla təchiz
olunmuşdur. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət
edilən mütəxəssislər bu avadanlığın
istismarında, eləcə də yerli ixtisaslı kadrların
hazırlanmasında yaxından iştirak edirlər.
Təsadüfi
deyil ki, artıq bu gün Zavodun istehsal etdiyi təbii meyvə
şirələri, müxtəlif mürəbbə və cemlər,
turşular, eləcə də yarımfabrikat olan konsentrat və
pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin
Rusiya, Ukrayna, Belorus, Baltikyanı respublikalarda, hətta Amerika və
Avropa dövlətlərində satılır. Bütün
müasir Avropa keyfiyyət sertifikatlarına layiq
görülmüş məhsullarımızın
istehsalında başlıca prinsiplərdən biri də məhsulun
məhz yerli xammaldan, bərəkətli Azərbaycan
torpağında yetişən nemətlərdən
hazırlanmasıdır. Bu məqsədlə zavod yerli fermerlərin
köməyi ilə ölkənin bütün regionlarından
meyvə və tərəvəz məhsulları qəbul
edir.
On minlərlə
həmvətənimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin
becərilməsi ilə məşğuldur ki, bu da Respublikada
kənd təsərrüfatının inkişafında
mühüm rol oynayır.
Gilan Qəbələ
Konserv Zavodunun təməli 2005-ci ildə qoyulmuşdur. 1 il ərzində
tikinti işləri başa çatdırılmış və
2007-ci ilin mart ayının 2-də Hörmətli Prezidentimiz
İlham Əliyev cənabları tərəfindən
açılışı həyata keşirilmişdir. Zavod
12 hektar ərazidə yerləşir. Zavodun İstehsal
gücü və avadanlıq texnologiyasına görə
Qafqaz regionunda analoqu yoxdur. 2007-ci ildə zavod da Tetra Pak xətti
qurulub. Zavodun bütün avadanlıqları İtaliya və
İsveçrədə istehsal olunmuşdur. Zavodun iş
prinsipi xammal və tərəvəzin qəbulundan
başlayaraq qablaşdırılmaya qədər
mövçud olan bütün prosesləri əhatə edir. Əsas
istehsal bölümləri aşağıdakılardan ibarətdir:
Püre
və konsentrat istehsalı.
Meyvə
suyu və nektar istehsalı.
Mürəbbə
və cem istehsalı.
Turşu
istehsalı.
Müxtəlif
çeşiddə soyuq çaylar.
Gilan Qəbələ
Konserv Zavodunda təxminən 100-ə qədər müxtəlif
növdə qablaşdırılmış mallar istehal olunur.
Məhsullarımız "JALƏ", "BAĞDAN",
"AYCAN", "ZOLOTOY SAD" adı altında
alıçılara təqdim olunub.
Zavod
5.10.2006-cı ildə İSO 9001:2000, HACCP, İSO 14001:2004,
2007-ci ildə isə Koşer və UKAS Sertifikatı
almışdır.
Məhsullarımız
sadəcə daxili bazarda deyil, həmçinin xarici bazarda da
öz sözünü demişdir. Belə ki, qısa müddət
ərzində ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna,
Belorusiya, Estoniya, Latviya, Gürcüstan kimi ölkələrə
ixracatımız olmuşdur və bir çox ölkələr
ilə danışıqlar aparılır. Hədəfimiz
çox yaxında dünyada tanınmış meyvə suyu
istehsalatçıları sırasına girmək və
dünya bazarında layiqli bazar payı tutmaqdır.
Zavodun
istehsal gücünü və məhsul müxtəlifliyini
artırmaq üçün yeni layihələr
hazırlanır və daha müasir avadanlıqlar
quraşdırılır.
İstehsalın səmərə və keyfiyyətini
artırmaq üçün ölkəmizin müxtəlif
reqionlarında meyvə və tərəvəz əkinçiliyini
inkişaf etdiririk və fermerləri məlumatlandırırıq.
Ümid edirik ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan
nemətləri dünya bazarında birincilik qazanaçaq.
Zavodumuz
durmadan yeniləşir, genişlənir.Yeni istehsal sahələri
tikilir, məhsullarımızın çeşidı atır.
Məqsədimiz, "Gilan Qəbələ Konserv Zavodu"
MMC-nin əsas iqtisadi prinsipi olan xalqımızı yüksək
keyfiyyətli məhsullarla təmin etmək və Azərbaycan
məhsullarını dünya bazarında
tanıtmaqdır.
Qəbələdə
həmçinin Asfalt zavod, Dəmir beton məmulatları
istehsalı zavodu, kərpic zavodu və Qum-çınqıl zavodu
da fəaliyyət göstərir.
Respublikamızda son illər müşahidə edilən
nəzərə çarpacaq sosial-iqtisadi inkişaf Qəbələdə
də qabarıq şəkildə nəzərə
çarpır. Regionların sosial - iqtisadi inkişafı
Dövlət Proqramlarında aqrar sahə üzrə nəzərdə
tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi
ölkənin aqrar sahəsinin inkişafında həlledici rol
oynamışdır. Son illərdə islahatların dərinləşməsi,
ictimai və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin
həyat səviyyəsinin yuksəldilməsi xalqımız tərəfindən
qürur və rəğbət hissi ilə
qarşılanır.
Aqrar sahəyə
dövlət qayğısının daim artması nəticəsində,
bütövlükdə Respublikada olduğu kimi, rayonumuzun kənd
təsərrüfatı sahəsində də əhəmiyyətli
dirçəliş hiss edilir. Meşə mühafizəsi və
bərpası müəssisəsi tərəfindən 2011-ci
ilin I rübü ərzində Dövlət Meşə Fondu
torpaqlarında 19 ha meşə əkini əkilmişdir ki,
bunun da 13 hektarını qiymətli meşə cinsləri olan
qoz,şabalıd, göyrüş,ağcaqayın və s. təşkil
edir.
Qəbələ
rayon Dayaq məntəqəsi 50 hektar ərazini əhatə edir.
Onun 39 hektarını bağ sahələri, 11 hektarını
isə əkin sahələri təşkil edir.Bundan əlavə
məntəqədə 6 kənd təsərrüfatı
texnikası mövcuddur. O əsasən tinglik təsərrüfatı
kimi fəaliyyət göstərir.
Məhsul
istehsalçılarının mineral gübrələrlə
və texnika ilə təchizatı işi qənaətbəxş
səviyyədə təşkil edilmişdir.Bu sahədə
Respublika "Aqrolizinq" ASC-nin Qəbələ rayon
"Aqroservis" filialı mühüm rol oynayır. Filial tərəfindən
I rüb ərzində 200 ton azot gübrəsi gətirilmiş
və güzəştli qiymətlərlə məhsul istehsalçılarına
satılmışdır.
(ardı
gələn sayımızda)
ŞAMXAL ŞƏBİYEV
Ədalət.- 2011.- 20 sentyabr.- S.3.