Azərbaycanın Antalyası

 

  (əvvəli ötən sayımızda)

  

   Kənd təsərrüfatı texnikası ilə təminat işi qənaətbəxş səviyyədə təşkil edilmişdir. Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə kənd təsərrüfatı texnikası mövcuddur. Belə ki, 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir və onlarda müəyyən qədər kənd təsərrüfatı texnikası cəmlənmişdir.Bundan əlavə rayon üzrə 457 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır.Bütövlükdə rayon üzrə 90 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskovators. kənd təsərrüfatı texnikası mövcuddur.Kənd təsərrüfatı texnikası parkı da daim təzələnir.  

   Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir . Hazırda rayon üzrə iribuynuzlu mal-qaranın sayı artaraq 52363 başa, qoyun-keçilər 218554 başa,donuzların sayı 850 başa, quşların sayı isə 314830 başa çatmışdır.  

   Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır.   

   Baytarlıq idarəsi və Zona Baytarlıq laboratoriyası tərəfindən heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır.Hal-hazırda rayonda epizotik durum demək olar ki, sabitdir. 2011-ci ilin I rübü ərzində 17 baş iribuynuzlu və 7 baş xırdabuynuzlu heyvanın bruselloza qarşı müayinə zamanı xəstə olduğu müəyyən edilmişdir ki, həmin heyvanlar da kəsilərək təsərrüfatdan çıxarılmışdır.Digər yoluxucu xəstəliklər - dabaq, qarayara, leptesprioz, çiçək və sair müşahidə edilməmişdir. Həmin idarələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində onlar üçün yeni inzbati bina tikilmişdir.

      Rayon Balıq yetişdirmə zavodu tərəfindən göstərilən dövr ərzində 95 min ədəd sağlam kürü yetişdirilmiş və hazırda onların inkişafı istiqamətində işlər görülür.  

   Respublikamızın paytaxtı Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edir. 2011-ci ilin I rübü ərzində həmin yarmarkalarda 12 ton tumlu, 21 ton qərzəkli, 3 ton çəyirdəkli meyvələr satılmışdır.Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.  

   Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncam imzalanmışdır. Sərəncamla əlaqədar aqrar məsələlər şöbəsi tərəfindən 8 maddə və 35 bənddən ibarət rayon üzrə "Tədbirlər Planı" hazırlanmış və aidiyyatı yuxarı orqanlara təqdim edilmişdir.   

   Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Rayonda konserv zavodu kimi alıcı müəssisənin fəaliyyət göstərməsi nəzərə alınaraq əhali arasında meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində təbliğat işləri genişləndirilmişdir.  

   Respublikamızın iqtisadiyyatındakı irəliləyişlər, aqrar sahəyə dövlət qayğısının daim artması, bu sahədə rayonda görülən işlər bizə deməyə imkan verir ki, rayonumuzun aqrar sahəsi və bu sahədə görülən işlər yüksək templərlə inkişaf edəcəkdir.

   Rayonda digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Rayonda konserv zavodu kimi alıcı müəssisənin fəaliyyət göstərməsi nəzərə alınaraq əhali arasında meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində təbliğat işləri genişləndirilmişdir. Hazırda rayonun mövcud bağ sahələri 5603 hektardır.  

   Daha 9 hektar meyvə bağları salınaraq, yeni salınmış bağlar 120 hektara çatdırılmışdır. Həmçinin yeni üzüm plantasiyalarının salınması işi davam etdirilir. Daha 20 hektar üzüm bağının salınması üçün plantaj işləri aparılmışdır. Hazırda rayonda 406 hektar yeni üzüm bağları mövcuddur. Üzümçülüyün inkişaf etdirilməsi nəzərə alınaraq rayonda üzümün ilkin emalı müəssisəsinin açılması məqsədə müvafiq olardı.  

   Respublikamızın iqtisadiyyatındakı irəliləyişlər, aqrar sahəyə dövlət qayğısının daim artması, bu sahədə rayonda görülən işlər bizə deməyə imkan verir ki, rayonumuzun aqrar sahəsi və bu sahədə görülən işlər yüksək templərlə inkişaf edəcəkdir.

      Qəbələdə turizm sahəsi də son dövrlər böyük inkişaf yolu keçmişdir. Turizm iqtisadiyyatımızın əlverişli bir hissəsi olmaqla xırda və orta sahibkarlıq üçün möhkəm baza yaradır, rayonda turizmin inkişafı yeni yerlərinin açılmasına kömək edir. Regionun infrastrukturun formalaşdırılması üçün əlverişli şərait yaranır. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Proqramının və yoxsulluğun aradan qaldırılması Proqramının əsas müddəalarına cavab verir. Azərbaycanda yoxsulluq kəskin şəkildə azaldılıb, işsizlərin sayı minimuma endirilib. Bu vəzifə üç il bundan əvvəl qarşıya qoyulmuşdubu müddət ərzində bu sahədə görülən işlər sübut edir ki, bizim ölkəmiz düzgün istiqamətdə inkişaf edir. İstehsal proseslərinin planlı şəkildə inkişaf etdirilməsi də turizm sənayesinin inkişafı ilə bağlıdır. Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il keçirilən nüfuzlu sərgilərində, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edirbazarda özünün turməhsullarını nümayiş etdirir. Turizm sahəsində rayonun müsbət imicinin formalaşması üçün qüvvələrini səfərbər edir. Ölkənin bir çox rayonlarında turizm sektorunda çalışan həmvətənlərimiz yaxşı bilir ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı yeməklərini daha çox xoşlayırlar, necə istirahət edirlər, hansı servisə üstünlük verirlər.   

   Rayonda yerləşən "Qəbələ Hotel", "Gilan" Hotel, "Karvan Hotel", Qafqaz Resort Hotel buranın inkişafında çox mühüm rol oynayır. Rayonun turizm və istirahət məqsədləri üçün istifadə edilə bilən təbii potensialı da böyükdür.  

   Füsünkar təbiət, çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəz edən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlimi, gur dağ çayları, mineralqeyri-mineral bulaqları, iyul ayının əvvəllərindən ilin sonuna qədər biri digərinin ardınca yetişən mədəni və yabanı meyvələri, meyvə bağları bu yerlərdə turizm üçün çox əlverişli şərait yaradır.  

   Qəbələ 12 turizm obyekti vardır. Bu turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunmuşdur. Bu obyektlər rayonun füsunkar təbiətli şimal və şimal-şərq hissəsində yerləşir. Burada istirahət üçun gözəl şərait yaradılmışdır.  

   İstirahət mərkəzlərinin geniş əraziləri vardır. Həmin ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstə konki meydançası və alpinizm üçün şərait yaradılmışdır. Müxtəlif stolüstü oyunları, idman qurğuları, trinajyor avadanlıqlarının olması turistlərin buraya diqqətini daha çox artırır. Peynboll, boulinq, atv safari yeniyetmə və gənclərin ən çox maraq göstərdiyi əyləncə sahəsidir.  

   2010-cu ildən fəaliyyətə başlayan "Gənclik Mərkəzi" uşaqların və gənclərin ən çox əyləncə üçün vaxt ayırdığı sahədir.  

   Qurup halında istirahət edən turistlərə rayonun görkəmli yerlərinə, muzeylərə, tarixi abidələrə gəzinti marşrutları təşkil edilir. Asudə vaxtlarının səmərəli keçməsi üçün bir neçə turizm-istirahət mərkəzində sadə idman meydançaları düzəldilmişdir.  

   Turistlərin təhlükəsizliyini təmin etmək üçün obyektlərdə müvafiq struktur fəaliyyət göstərir. Gəzinti zamanı təhlükəsizlik məqsədilə dağ zolaqlarında, dağ yamaclarında, göl ətrafında və çay sahillərində müxtəlif şərti işarələr qoyulmuşdur. İstirahət mərkəzlərində turistlərin daha yüksək səviyyədə istirahətlərinin təşkili məqsədilə canlı musiqidənmusiqi mərkəzlərindən istifadə olunur.  

   İstirahət mərkəzlərinın dizaynı rayonun təbiətinə və relyefinə uyğun şəkildə təşkil edilmişdir ki, bu da mərkəzlərə daha çox diqqət yaradır.  

   Avropa standartlarına cavab verən "Qafqaz SPA Sağlamlıq və Əyləncə Mərkəzi" cəlbedici sahələrilə istirahətə gələn turistlərin ən çox maraq göstərdiyi yerdir.

   Hər il Respublika paytaxtında turizm sərgisi keçirilir. Burada Qəbələni təmsil edən çoxsaylı eksponatların nümayişi, turizm mərkəzlərinin nailiyyətləri barədə məlumatlar rayonun turizm obyektlərinə olan marağı ildən-ilə artırır.   

   Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərindən "Qəbələ Xanlar", "Yeddi gözəl", "Semerana", "Selbasar", "Çənlibel", Yengicə istisu sağlamlıq istirahət komplekslərini qeyd etmək olar.  

   Qəmərvan istisu müalicə sanatoriyasında Avropa standartlarına uyğun müalicə vannaları quraşdırılıb 2 ədəd müalicəvi su hovuzu mövcuddur. Burada revmatizm, oynaq ağrılarının müalicəsi aparılır   

   Vəndam kəndində yerləşən "DUYMA" idman-sağlamlıq kompleksi insanlara istirahətin ləzzətini duymaq imkanı bəxş edir.   

   Avropa standartlarına cavab verən "Qafqaz SPA Sağlamlıq Əyləncə Mərkəzi" cəlbedici sahələrilə istirahətə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir.  

   Burada müxtəlif istirahət bölmələri, hovuz, türk hamamı, idman zalı, buxar hamamı, müxtəlif stolüstü oyunlar vardır. Mərkəzdə həmçinin uzunluğu 25 m, eni 10 m, dərinliyi-1.60 m. olan qapalı hovuz vardır. Sağlamlıq Mərkəzində çoxsaylı masaj, hidromasaj vannaları müalicəvi vannalar vardır.  

   Qəbələdə gördüklərimiz onu deməyə əsas verir ki, bölgələrimiz inkişaf edir bu inkişaf getdikcə daha da sürətlənəcək.

 

 

   ŞAMXAL ŞƏBİYEV

 

  Ədalət.- 2011.- 21 sentyabr.- S.3.