O
GÖRDÜYÜN MİRAJ DEYİL, MİNGƏÇEVİRDİR...
(əvvəli
ötən sayımızda)
Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Sağ sahil yaşayış massivində yüksək səviyyəli istirahət parkı salınmışdır. Parkda ümummilli liderin zövqlə işlənmiş pannosu quraşdırılmış, fəvvarə inşa edilmiş, 3 min kvadrat metr sahədə torpaq işləri görülərək yaşıllıqlar və güllüklər salınmışdır. Əraziyə 50 ədəd park işıqlandırıcısı quraşdırılmış, 40 ədəd oturacaq qoyulmuş, uşaqlar üçün əyləncə qurğuları yerləşdirilmiş, 2 minə yaxın ağac və gül kolları əkilmişdir. Parkın 15 iyun Milli Qurtuluş günündə açılışı olmuş və sakinlərin sərəncamına verilmişdir.
Yarandığı gündən 30 ildən çox bir müddətdə baxımsız qalmış "Dostluq" parkı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən əsaslı yenidən qurulmuşdur. Parkın giriş qapısı inşa edilmiş, müasir fəvvarə və şəhid Müşviq Mirzəyevin adını daşıyan bulaq quraşdırılmışdır. Ərazidə 4 min kvadrat metr sahədə torpaq işləri görülmüş, yaşıllıqlar salınmış, min kvadrat metr sahəyə tamet döşənmiş, 40 ədəd işıqlandırıcı, 70 ədəd oturacaq quraşdırılmış, 2 mindən çox ağac və gül kolları əkilmişdir.
Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən "Az.İES" yaşayış massivinin sakinləri üçün "Energetik" klubunun ətrafında istirahət guşəsi yaradılır və bu ərazidə işlər davam edir.
Bu
ilin ilk aylarından başlayaraq "Az.İES"
yaşayış massivində geniş miqyasda asfaltlanma işlərinə
başlanmış və bu sahədə
görüləsi işlər əsasən
yekunlaşmışdır. Sağ və sol yaşayış
massivində məhəllədaxili ərazilərin və səkilərin
asfaltlanmasına başlanmışdır. Ötən dövr ərzində yol və
səkilərin yenidən qurulmasında 35 min
kvadrat metr sahəyə
qırmadaş döşənmiş, 55 min
kvadrat metr avtomobil yoluna, 5 min kvadrat metr
səkiyə asfalt örtük salınmışdır.
Abadlıq, abadlıq ... gözəllik!
65 binanın şifer dam örtüyündə, 73 binanın yumşaq dam örtüyündə, ümumilikdə 15 min kvadrat metr sahədə cari və əsaslı təmir işləri görülmüşdür. Əsaslı təmir işlərinə 3.5 min kvadrat metr "öndülün" örtük materialı, 5.5 min kvadrat metr dəmir örtük işlənmişdir.
Şəhərin hündür mərtəbəli binalarının fasadlarında aparılan təmir işləri ötən 6 ayda davam etdirilmişdir. Ötən aylar ərzində 16 min kvadrat metr fasad hissəyə alkopon üzlük çəkilmiş, 25 min kvadrat metr sahə rənglənmişdir. Şəhərin küçə və meydanlarına 230 ədəd səki işıqlandırıcısı və 67 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. Puşkin küçəsində H.Əliyev prospekti ilə N.Nərimanov küçələri arasında küçə işıqlanma sistemi əsaslı yenidən qurulmuşdur.
2011-ci ilin əvvəlindən park, xiyaban və yol kənarlarında 4 min kvadrat metr tamet döşənmiş, 5 min kvadrat metr yol səki daşları bərpa edilmiş, 10 min kvadrat metr əraziyə yaşıllıqlar salınmış, 20 min ədəd ağac və dekorativ gül kolları əkilmiş, 3 ədəd yeni fəvvarə inşa edilmişdir. Ümumilikdə isə son 3 ildə yeni tikilmiş fəvvarələrin sayı 12-yə çatdırılmışdır.
Aparılan abadlıq və quruculuq işləri ilə bərabər Dövlət Proqramında nəzərdə tutulan digər sahələrdə də genişmiqyaslı işlər görülmüşdür.
Şəhər sənayesinin enerji istehsalı müəssisələrində aparılan modernləşdirmə və əsaslı yenidənqurma işləri davam etdirilmişdir. Stansiyada ötən 6 ayda 1-ci və 7-ci enerji bloklarında aparılan yenidənqurma işləri başa çatdırılmış və bloklar şəbəkəyə qoşulmuşdur. Mart ayının sonlarında 6-cı enerji blokunda yenidənqurma işlərinə başlanmış və bu işlər davam edir.
SES silsiləsində 1 hidroaqreqatda, 2 güc transformatorlarında, 4 hava kompressorunda cari təmir işləri aparılmışdır. Varvara SES-də hər üç hidroaqreqatda yenidənqurma işlərinə başlanmışdır.
Cari
ilin 6 ayında "Azneftmaş",
"Mingəçevir İzolit",
"Maşınqayırma zavodu" ASC-lər,
"Aqrosənaye" ASC-nin Mingəçevir
DBM zabodu, "Kür"
Elektron Avadanlıqları və "İnterenerji" MMC-lər sabit
iş ahəngi nümayiş
etdirmişlər.
Sosial məsələlər
ön planda
2011-ci ilin birinci yarısında şəhərin sosial sahələrinin işi də daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Hesabat dövrünün sonuna əmək pensiyaçılarının sayı 16827 nəfər olmuş, onlara hesablanmış 10.5 milyon manat vəsait vaxtında ödənilmişdir. Orta aylıq pensiya 112 manat təşkil etmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ayda 191 ailəyə sosial yardım təyinatı aparılmış, ümumilikdə isə 2052 ailəyə ünvanlı sosial yardım ödənilmişdir. 13 min şəhər sakini müavinatlarla, kompensasiyalarla və digər ödənişlərlə əhatə olunmuş və bu istiqamətlərə 4 milyona yaxın vəsait ödənilmişdir.
Şəhər Məşğulluq Mərkəzinə 566 nəfər şəhər sakini iş üçün müraciət etmiş, onlardan 296 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunmuş, 73 nəfər münasib işlə təmin olunmadığı üçün onlara işsizlik statusu təyin edilmiş və müavinat verilmişdir.
İlin əvvəlindən 16 mənzilli bina tikilərək imtiyazlı şəxslərin istifadəsinə verilmiş və əlavə 54 mənzilli binanın tikintisinə başlanmışdır.
2011-ci ilin 6 ayında Mingəçevir Su-kanal idarəsi tərəfindən sıradan çıxmış 382 metr su xətti dəyişdirilmiş, mindən çox qəza hadisəsi aradan qaldırılmış, 17 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, sayğac quraşdırılmış abonentlərin sayı 2771-ə çatdırılmışdır.
Son 3 il ərzində şəhərin işıqlanma sistemində aparılmış əsaslı yenidənqurma işləri nəticəsində işıq nöqtələrinin sayı 7 dəfədən çox artaraq 7475-ə çatdırılmışdır.
Yaşıllaşdırma və sanitar təmizlik idarəsi tərəfindən bu il 108 hektar yaşıllıq və 663 min kv.m. çəmən otu sahəsinə xidmət göstərilmiş, 29,7 min kub metr məişət tullantısı daşınaraq zərərsizləşdirilmişdir.
(ardı gələn sayımızda)
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-2011.-
23 sentaybr.- S.3.