O
GÖRDÜYÜN MİRAJ DEYİL, MİNGƏÇEVİRDİR...
(əvvəli
ötən sayımızda)
Təhsil, səhiyyə, mədəniyyət...
Şəhər İcra Hakimiyyəti 2011-ci ilin birinci yarısında şəhər həyatının digər sahələri ilə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirmişdir.
Hesabat dövründə təhsil müəssisələrinə 91,8 min manatlıq inventar və avadanlıq alınmış, 100 min manata yaxın cari və əsaslı təmir işləri görülmüş, körpələr evi-uşaq bağçaları 113,2 min manat dəyərində zəruri ərzaq məhsulları ilə təmin edilmişdir.
2010-2011-ci tədris ilinin sonuna şəhərin 22 ümumtəhsil məktəbində şagirdlərin sayı 12247 nəfər olmuş, XI siniflərdə 964 şagird təhsil almış, imtahanlara buraxılmış 957 nəfərdən 888 nəfəri imtahanları müvəffəqiyyətlə vermiş və attestat almışdır. Ötən il attestat ala bilməyən 33 nəfərdən 27 nəfəri də bu il təkrar imtahan verərək attestat almışlar. IX siniflər üzrə 1232 şagirddən 1216 nəfəri imtahanda iştirak etmiş və 1148 nəfəri imtahanları uğurla vermiş, onlardan 18 nəfər fərqlənmə şəhadətnaməsi almışdır.
Respublika fənn olmpiadalarında 3 nəfər şagird 4-cü yeri tutmuş, bu ilin əvvəlində Respublika Təhsil və Fövqəladə Hallar Nazirliklərinin birgə layihəsi əsasında 8 nominasiya üzrə keçirilmiş müsabiqədə 14 nömrəli məktəbin şagirdi Məmmədli Aytac I yerə layiq görülmüşdür.
Şahmat məktəbinin yetirməsi Zeynəb İsmayılzadə öz yaş qrupunda növbəti dəfə respublika çempionu olmuş və dünya birinciliyinə vəsiqə qazanmışdır.
5 nəfər müəllim "İlin ən yaxşı müəllimi" respublika müsabiqəsində iştirak etmiş və onlardan Texniki humanitar Liseyin riyaziyyat müəllimi İsmayılova Sevda müsabiqənin qalibi olmuşdur.
Şəhər məktəblərində "20 Yanvar faciəsi", "26 fevral Xocalı soyqrımı", 31 mart Azərbaycanlıların soyqrımı" günlərinə həsr olunmuş tədbirlər, o cümlədən açıq dərslər keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı inşa və rəsm müsabiqələri və şəhərin bütün təhsil müəssisələrinin iştirakı ilə ənənəvi "Gül bayramı" keçirilmişdir.
Bu il şəhər Mərkəzi Xəstəxanası üzrə 5 tibb müəssisəsində 75,3 min manatlıq cari və əsaslı təmir işləri görülmüş, 54,5 min manatlıq ərzaq alınmış, dərman və sarğı materiallarına 47,4 min manat, inventar və avadanlığa 164 min manat vəsait xərclənmişdir.
Şəhər Mərkəzi xəstəxanası Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə şöbə, Dezinfeksiya stansiyası və Baytarlıq idarəsi ilə birgə yaz-yay mövsümündə Mingəçevir şəhərində infeksion xəstəliklərin profilaktikası üzrə hazırlanmış geniş tədlbirlər planı həyata keçirməkdədir.
Şəhər ərazisində xüsusi təhlükəli yolxucu xəstəliklərin baş verməsinin qarşısının alınmasına yönəlmiş tədbirlər həyata keçirilmiş, müvafiq analiz və müayinələr aparılmışdır. Bununla yanaşı şəhərdə aparılan profilaktiki tədbirlər mövsümlərə uyğun qaydada daha da gücləndirilməlidir.
Şəhər baytarlıq idarəsi cari ilin əvvəlində Respublika Kənd Təsərrüfatı Nazirliyi və şəhər icra hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq iri və xırdabuynuzlu heyvanların "bruselyoz və vərəm" xəstəliklərinə görə müayinələrini aparmış,"qara yara", "quduzluq", "dabaq", habelə ev quşlarının "Nyukasl H" xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə işlərini başa çatdırmışdır.
Şəhər Mədəniyyət və Turizm şöbəsi bu il mədəniyyət müəssisələrində 20,8 min manat həcmində əsaslı və cari təmir işləri aparmış, inventar və avadanlıqların alınmasına 5,8 min manat vəsait xərclənmişdir.
Mədəniyyət müəssisələri tərəfindən tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmiş, müxtəlif adlı sərgilər, Ulu öndərin 88-ci ildönümünə həsr olunmuş "Kitab bayramı" təşkil edilmiş, habelə görkəmli şəxslərin yubileylərinin qeyd edilməsi, əhalinin, xüsusilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev parkında rəngarəng konsert proqramları və diskotekaların təşkili müntəzəm qaydada davam etdirilmişdir.
Qeyd olunan
müsbət işlərlə yanaşı şəhər mədəniyyət
və turizm şöbəsi, uşaq musiqi və incəsənət
məktəblərində tədrisin keyfiyyətini daha da gücləndirməli
və əhaliyə göstərilən mədəni xidmətləri
genişləndirməlidir.
Şəhər rəhbərliyi və sakinlər
2011-ci ilin 6 ayında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 12 iclası keçirilib, 18 məsələyə baxılıb. Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən 26 səyyari qəbulda 183 müraciət olub və əksəriyyəti həllinin tapıb. Bilavasitə İcra Hakimiyyəti başçısı tərəfindən 582 vətəndaş qəbul edilmişdir.
Əhalinin elektrik enerjisi, qaz və su təminatı fasiləsiz olmasına baxmayaraq, bu sahələrdə mövcud təsərrüfatların əsaslı yenidənqurulması işləri sürətləndirilməlidir. Ərazidən keçən magistral avtomobil yolu və çimərliyə bağlar ərazisindən gedən ikinci avtomobil yolu abadlaşdırılmalıdır. Məhəllədaxili səkilərin asfaltlanması sürətlənməlidir. Məktəblərdə məskunlaşmış köçkünlərin köçürülməsi ilə bağlı inşa olunan çoxmərtəbəli binaların tikintisinə diqqət artırılmalıdır. Dam örtüklərində, zirzəmi kommunikasiya xətlərində aparılan işlər nəzarətdə saxlanılmalıdır. Kommunal müəssisələrə yeni maşın və mexanizmlərin alınması davam etməlidir.
Görülən işlər və faktlar göstərir ki, 2011-ci ilin ötən dövrü ərzində də, şəhərin sosial-iqtisadi inkişafında müsbət inkişaf səviyyəsi saxlanılmışdır. Bütün bunlar bir daha göstərir ki, 2011-ci il bütövlükdə Mingəçevir şəhəri üçün yüksək nailiyyətlər ili olacaq.
MƏZAHİR
ƏHMƏDOĞLU
Ədalət.-
2011.- 24 sentyabr.- S.4.